Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günü keçirilib FOTO


Digərləri 30 İyl 2025 11:25:00 97 0

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günü keçirilib  FOTO

Bu gün Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günü keçirilib.

Bu xəbəri də oxu: Bu dərmanların qiyməti artdı

Trend xəbər verir ki, mərkəzin 5-ci dalğası üzrə 100 tələbə məzun olub.

Tədbirdə nazir müavini Samir Məmmədov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanov və digər nümayəndələr iştirak ediblər.

İlk növbədə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Samir Məmmədov Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günündə çıxışı zamanı qeyd edib ki, kibertəhlükəsizliyin həm qlobal miqyasda, həm də ölkəmiz üçün aktuallığı durmadan artır. Sürətli rəqəmsallaşma mühitində kibertəhdidlər mütənasib olaraq çoxalır, yeni daha mürəkkəb kibercinayət növləri yayılır. Dünya üzrə kibercinayətkarlığın iqtisadiyyata, dövlətə və cəmiyyətə vurduğu zərər trilyon dollarlarla hesablanır.

O bildirib ki, "Statista" platformasının hesablamalarına görə, kibercinayətkarlığın ümumi zərəri 2025-ci ildə 10 trilyon dollar civarında proqnozlaşdırılır: "Bu göstəricinin 2029-cu ilə qədər 16 trilyon dollara yüksələcəyi ehtimal edilir.

Kibercinayətkarlar həm özəl, həm də dövlət sektorunu hədəf ala bilər. Bu o deməkdir ki, heç bir qurum kiberhücumlardan 100% sığortalanmayıb. Məhz buna görə də şirkətlərdə, dövlət qurumlarında və xüsusilə də ölkəmiz üçün kritik önəm təşkil edən müəssisələrdə kibertəhlükəsizlik üzrə müvafiq insan kapitalının, eləcə də lisenziyalı proqram təminatlarının və antivirus proqramlarının mövcudluğu müstəsna əhəmiyyət kəsb edir".

Nazir müavini qeyd edib ki, kibertəhdidlər Azərbaycandan da yan keçmir: "Azərbaycan Respublikasının informasiya məkanının müasir təhdidlərdən qorunması bu baxımdan milli təhlükəsizliyimizin əsas istiqamətlərindən birinə çevrilib və dövlət rəhbərliyi səviyyəsində müvafiq strateji yanaşma formalaşıb. Belə ki, 2023-cü il avqustun 28-də cənab Prezident İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası" təsdiq edilib.

Strategiyadan irəli gələn yanaşma çərçivəsində görülən işlər Qlobal Kibertəhlükəsizlik İndeksinin 2024-cü il üçün açıqladığı hesabatda ölkəmizin mühüm irəliləyiş əldə etdiyini göstərir. Azərbaycan reytinqdə 100 mümkün xaldan ümumilikdə 93,76 (doxsan üç tam yüzdə yetmiş altı) xal toplayaraq "təkmil səviyyə"də qərarlaşıb. Beləliklə, kibertəhlükəsizlik sahəsində milli ekosistemin formalaşdırılması və inkişafı istiqamətində aparılmış əməli fəaliyyətin ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin ciddi şəkildə yaxşılaşdırılmasına əhəmiyyətli töhfə verdiyinin şahidi oluruq".

Daha sonra İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov çıxışında əlavə edib ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik istiqamətində əməkdaşlıqların daha da genişləndirilməsi, eləcə də kiber klubların fəaliyyətinə dəstək göstərilməsi planlaşdırılır.

O bildirib ki, rəqəmsallaşan dünyada artıq gündəlik həyatın, demək olar ki, hər anında rəqəmsal sistemlərdən istifadə edilir - mobil telefonlar, naviqasiya proqramları, ödəniş sistemləri və müxtəlif platformalar bu prosesin ayrılmaz hissəsinə çevrilib: "Bu texnologiyaların həyatımıza daxil olması gündəlik işlərimizi daha rahat və səmərəli edir, vaxt və resurslarımızın idarə olunmasında mühüm rol oynayır. Lakin rəqəmsal inkişafın gətirdiyi bu üstünlüklərlə yanaşı, müəyyən risk və təhlükələr də meydana çıxır. Məhz buna görə də dövlət qurumlarının, özəl sektorun və fərdi istifadəçilərin rəqəmsal transformasiyanın davamlı və təhlükəsiz şəkildə reallaşması üçün kibertəhlükəsizlik məsələlərinə xüsusi önəm verməsi son dərəcə vacibdir".

İmtahan qaydalarını pozan abituriyentlər istintaqa cəlb edilib  RƏSMİ like
  • 30 İyl 11:20  
Digərləri İmtahan qaydalarını pozan abituriyentlər istintaqa cəlb edilib RƏSMİ

Sosial şəbəkələrdə müəyyən imtahan qaydalarını pozan şəbəkələrin

arrow Ətraflı
Prezident İlham Əliyev Mərakeşin Kralını təbrik edib like
  • 30 İyl 11:08  
Siyasət Prezident İlham Əliyev Mərakeşin Kralını təbrik edib

Prezident İlham Əliyev Mərakeşin Kralı VI Məhəmmədə təbrik məktubu ü

arrow Ətraflı
Sürücülər üçün gizli TƏHLÜKƏ  35 manata alıb yola qoyurlar like
  • 30 İyl 11:00  
Digərləri Sürücülər üçün gizli TƏHLÜKƏ 35 manata alıb yola qoyurlar

Yollarda olan bəzi tramplinlər özbaşına quraşdırılıb. Bu cür tramplinl

arrow Ətraflı
CeyLo ilə FOTO çəkdirməyə görə 100 minlərindən keçdilər like
  • 30 İyl 10:50  
Şou-biznes CeyLo ilə FOTO çəkdirməyə görə 100 minlərindən keçdilər

Dübya şöhrətli ulduz Cennifer Lopezin Antalyadakı konserti ilə bağlı ma

arrow Ətraflı
Bakıda 16 yaşlı qız itkin düşdü like
  • 30 İyl 10:41  
Digərləri Bakıda 16 yaşlı qız itkin düşdü

Bakıda 16 yaşlı qız itkin düşüb.

arrow Ətraflı
Məşhur dərmanla bağlı qorxunc həqiqət üzə çıxdı  Hamının evində var like
  • 30 İyl 10:30  
Digərləri Məşhur dərmanla bağlı qorxunc həqiqət üzə çıxdı Hamının evində var

Dünyada ən çox istifadə olunan ağrıkəsici ilə bağlı qorxunc həqiqətl

arrow Ətraflı
Günelin öldüyü dəhşətli qəzanın görüntüləri yayıldı like
  • 30 İyl 10:25  
Digərləri Günelin öldüyü dəhşətli qəzanın görüntüləri yayıldı

İyulun 29-na keçən gecə saat 1 radələrində Novxanı-Sumqayıt yolunda (Sa

arrow Ətraflı
Güclü zəlzələyə baxmayaraq əməliyyata davam etdilər like
  • 30 İyl 10:22  
Dünya Güclü zəlzələyə baxmayaraq əməliyyata davam etdilər

Xəbər verdiyimiz kimi, Rusiyanın Severo-Kurilsk şəhərində 8,7 bal gücün

arrow Ətraflı
Azərbaycanda bu rayonlarda dəbdəbəli yas mərasimləri qadağandır  SİYAHI like
  • 30 İyl 10:15  
Digərləri Azərbaycanda bu rayonlarda dəbdəbəli yas mərasimləri qadağandır SİYAHI

Şəmkir rayonunda yas mərasimlərində ehsan kimi isti yeməklərin verilməsi

arrow Ətraflı
İsrailin yeni səfiri Bakıya görün hansı geyimdə gəldi like
  • 30 İyl 10:11  
Siyasət İsrailin yeni səfiri Bakıya görün hansı geyimdə gəldi

İsrailin Azərbaycandakı yeni səfiri Ronen Kraus ölkəmizə gəlib.

arrow Ətraflı
Van Dammın gəlini Bakıdan paylaşım etdi  “... çox sevirəm" like
  • 30 İyl 10:05  
Digərləri Van Dammın gəlini Bakıdan paylaşım etdi “... çox sevirəm"

Hollivud ulduzu Jan Klod Van Dammın gəlini, azərbaycanlı pianoçu Suada Hac�

arrow Ətraflı
Rusiyada sunamidə ölən var?  AÇIQLAMA like
  • 30 İyl 10:00  
Dünya Rusiyada sunamidə ölən var? AÇIQLAMA

Saxalin qubernatoru sunaminin üç dalğasından sonra itkilər və dağıntıla

arrow Ətraflı
Təhlükəli oyunun mərkəzində: Mərkəzi Asiya müstəqilliyini necə qoruyur? like
  • 30 İyl 09:51  
Siyasət Təhlükəli oyunun mərkəzində: Mərkəzi Asiya müstəqilliyini necə qoruyur?

Müasir dövrdə dövlət suverenliyinə təzyiq artıq hərbi müdaxilə və ya

arrow Ətraflı
4 bürcə MÜJDƏ  Həyatınızın "ağ zolağı" gəlir like
  • 30 İyl 09:38  
Digərləri 4 bürcə MÜJDƏ Həyatınızın "ağ zolağı" gəlir

Çətinliklərin ardınca nəhayət ki, həyatın "ağ zolağı" gəli

arrow Ətraflı