İlqar Mustafayevin məhkəməsi başladı
Digərləri 28 İyl 2025 20:18:00 103 0
Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayevin və onunla birgə ittiham olunan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bu xəbəri də oxu: Ailə institutu niyə sıradan çıxır? Səbəblər və çıxış yolları
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baxılır.
İlqar Mustafayevlə yanaşı, onun köməkçisi Rəşad Bədəlov və "GİRASOL" MMC-nin direktoru Fuad Babayev də mühakimə olunur. Onlardan yalnız Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib, digərləri sərbəst mühakimə edilir.
Bu gün keçirilən hazırlıq iclasında prokurorun ittiham aktını elan etməsi gözlənilsə də, iş vaxtı bitdiyindən bu, mümkün olmayıb. Yalnız keçmiş sədrin vəkili İsmayıl Kəngərlinin vəsatəti qısa şəkildə müzakirə olunub.
Vəkilin sözlərinə görə, ittiham aktında Bulvar ərazisindəki üç gəmi - "Mirvari", "Şəfəq" və "Xəzri"də daşınan sərnişinlərin sayı ilə bağlı ciddi ziddiyyətlər var:
"İş materiallarında qeyd olunur ki, 2020-ci ilin iyun ayında yalnız gəmilərdə ümumilikdə 7 min nəfər daşınıb".
Agentliyin İdarə Heyətinin sədrinin müşaviri Habil Abbasov tərəfindən "Dənizkənarı Bulvar İdarəsi" PHŞ-ə məxsus "Mirvari" və "Şəfəq" gəmiləri ilə bağlı təqdim edilmiş məlumatlarda "Mirvari" gəzinti gəmisi tərəfindən 2018-ci il ərzində 647 gəmi gəzintisi səfərlərinin yerinə yetirildiyi və gəmi səfərlərində olan sərnişinlərin sayının 168.192 nəfər, 2019-cu il ərzində 460 gəmi gəzintisi səfərlərinin yerinə yetirildiyi və gəmi səfərlərində olan sərnişinlərin sayının 124.932 nəfər, 2020-ci il ərzində 106 gəmi gəzintisi səfərlərinin yerinə yetirildiyi və gəmi səfərlərində olan sərnişinlərin sayının 12.827 nəfər olduğu göstərilib.
Bu rəqəmlər inandırıcı deyil. Həmin dövr sərt karantin rejimi tətbiq olunmuş illərə təsadüf edir. İnsanlar evdən belə çıxa bilmirdilər. Belə olan halda bu qədər sərnişinin daşınması mümkün deyildi".
İsmayıl Kəngərli ittihamların obyektiv araşdırılması üçün zərərçəkmiş qurumdan əlavə sənədlərin məhkəməyə təqdim olunmasını istəyib. Vəsatət baxılmamış saxlanılıb.
Növbəti məhkəmə iclası avqustun 18-nə təyin edilib.
Qeyd edək ki, İlqar Mustafayev ötən ilin sentyabrında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb və barəsində cinayət işi başlanılıb. Son.az
Sosial şəbəkədə yayılan video görənlərə kövrək anlar yaşadıb.

İyulun 22-də Fransa Milli Assambleyasında "Respublikaçılar" Parti

Tanınmış müğənni Nigar Camalın səhnə geyimi sosial şəbəkələrdə ge

Ali məktəblərə qəbul imtahanlarında müsbət nəticə əldə etmək məqs�

Rusiyanın "Aeroflot" hava yolları şirkətinin informasiya sistemind

Bu gün saat 17 radələrində Yevlax-Zaqatala- Gürcüstan yolunun Şəki rayon

Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alanların siyahısı g

Bakıda məşhur futbolçu Cavid Tağıyevin evindən oğurluq edən qadın məh

Şimali Koreyada əvvəllər raket sınaqlarının aparıldığı ərazidə ku

Müğənni İbrahim Borçalı dünyasını dəyişən oğlu Rəhimin vəfatında

ABŞ-nin BMT-dəki səfiri Doroti Şi BMT Təhlükəsizlik Şurasında çıxış

Bəzi sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının bir sıra d�

Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alanların siyahısı g
