“Demişdi ki, uşağımıza iynə vurdurub öldür” Aliment ödəməyən ata həbs edildi
Kriminal 24 İyl 2025 20:31:00 87 0
Bakıda əlil övladına aliment ödəməyən ata həbs edilib.
Bu xəbəri də oxu: Azərbaycan incəsənətinə ağır itki
Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 45 yaşlı Ramin (ad şərtidir) 6 yaşlı oğluna bir il ərzində aliment verməyib.
Ən acınacaqlısı isə budur ki, azyaşlı birinci qrup əlildir, görmə qabiliyyətindən tam məhrumdur.
Azyaşlının anası məhkəmədə deyib ki, keçmiş əri övladının əlil olduğunu öyrəndikdən sonra ondan imtina edib. Hətta atası uşağın yaşamasını belə istəməyib: "Evliliyimizdən bir il sonra əkiz övladımız dünyaya gəldi. Onlardan biri doğulan kimi vəfat etdi. Digəri isə görmə məhdudiyyətli idi. Bu səbəbdən atası uşağı qəbul etmədi, hətta dedi ki, apar xəstəxanada iynə vurdurub öldür. Amma mən buna razı olmadım. Bundan sonra atamın evinə köçdüm, övladımı tək böyütməyə başladım. Bir müddət sonra boşandıq. Məhkəmə uşağın saxlanılması üçün Raminin hər ay 220 manat aliment, əlavə olaraq müalicəsi üçün 200 manat ödəməsinə qərar verdi".
Lakin ata bu məhkəmə qərarını icra etməyib. Təqsirləndirilən kişi aliment ödəməməsini işsiz olması ilə əsaslandırsa da, keçmiş həyat yoldaşı onun işlədiyini, sadəcə övladına baxmaq istəmədiyini deyib.
Məhkəmə yekunda qadının dediklərini əsaslı hesab edib. Hökmə əsasən, Ramin məhkəmə qərarını icra etməməkdə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, hökm oxunan kimi məhkəmə zalındaca həbs olunub.
Çeçenistanın Dövlət Başçısı Ramzan Kadırov, tətil məqsədilə gəldi

Amerikalı güləşçi, aktyor Hulk Hogan 71 yaşında vəfat edib.

Ermənistan hökuməti "Ermənistan Elektrik Şəbəkələri"ndə (EE�

İyulun 24-də Lerik rayonunun Tikəbənd və Durğan kəndləri ərazisində ə

Bu il 89 uşağın müəssisələrdən ailələrinə qayıdışı təmin edilib.

Ölkə ərazisində uşaqlar arasında yoluxucu xəstəlik yayılıb.

Hazırda ictimaiyyət arasında "ehtiyatda olan zabit" anlayışı il�

"Moskva Bakı ilə münasibətlərin tezliklə normallaşacağını gözlə

Ağdamda baş verən güclü yanğın hadisəsinə əlavə kömək cəlb edilib

Azərbaycan Prezidenti İlham Əliyev təyyarə qəzasında çoxsaylı insanın

1982-ci il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşı Yusupov A

BMT katibliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci

"Xural" Media Qrupunun rəhbəri Əvəz Zeynallı sonuncu dəfə 202

Azərbaycan QHT-ləri ABŞ dövlət katibi Marko Rubioya müraciət ünvanlayıb

Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə növbəyə
