Şuşada Vaqif soraqlı növbəti poeziya bayramı FOTO
Digərləri 23 İyl 2025 09:08:00 55 0
Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə növbəti Vaqif Poeziya Günləri keçirilir.
Son.az xəbər verir ki, görkəmli şairin yurdu Qazax rayonunda başlayan (14 iyul) poeziya bayramı Gəncə (15 iyul) və Ağdamdan (16 iyul) sonra 22-23 iyul tarixlərində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində davam edir.
İyulun 22-də dahi şairin məqbərəsi önündə Vaqif Poeziya Günlərinin silsilə tədbirləri başlanıb.
Açılış mərasimində mədəniyyət naziri Adil Kərimli, AYB-nin sədri Xalq yazıçısı Anar, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, tanınmış ədəbiyyat və mədəniyyət xadimləri, doğma yurda qayıtmış şuşalı poeziyasevərlər iştirak ediblər.
AYB-nin sədri Xalq yazıçısı Anar Molla Pənah Vaqifin milli ədəbiyyatın inkişafında xidmətlərindən söz açıb.
Vaqif Poeziya Günlərinin əhəmiyyətini qeyd edən yazıçı deyib ki, xalqın varlığı onun ədəbiyyat və mədəniyyəti ilə təzahür edir.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova qurumun Azərbaycan mədəniyyəti və ədəbiyyatı ilə bağlı həyata keçirdiyi layihələrdən bəhs edib, Molla Pənah Vaqifə həsr olunan "Özü vəzir, sözü şah" (2023) adlı nəşrdən danışıb.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov çıxışında Şuşa şəhərini və Molla Pənah Vaqifi Azərbaycan intibahının nümunələri kimi səciyyələndirib. Alim Vaqifin özündən sonrakı ədəbi prosesə böyük təsir göstərdiyini də diqqətə çatdırıb.
Şair, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru, əslən şuşalı olan Ramil Əhməd Şuşanın zəngin tarixinin və əsrarəngiz təbiətinin ilham mənbəyi olduğunu bildirib, şeirini səsləndirib.
Çıxışlardan sonra "Vaqifə məktub" esse müsabiqəsi qaliblərinin mükafatlandırması mərasimi olub. Məlumat verilib ki, Mədəniyyət Nazirliyi tərəfindən bu ilin may ayında elan olunan müsabiqənin əsas məqsədi yaradıcı potensialı olan hər bir kəsin diqqətini bir daha görkəmli şair və dövlət xadimi Molla Pənah Vaqifin yaradıcılığına yönəltməklə mövzu baxımından yeni əsərlərin yazılmasına stimul verməkdir. Müsabiqəyə ümumilikdə 175 esse təqdim olunub. Esselər tanınmış ədəbiyyatşünas və yazarlardan ibarət komissiya tərəfindən mövzuya yanaşma, mətnin bədii-estetik tutumu, dil və ifadə zənginliyi, həmçinin üslubun orijinallığı və kompozisiya strukturu baxımından dəyərləndirilib.
Komissiyanın yekun qərarına uyğun olaraq Təhminə Verdiyeva ("Ruhun və tarixin qovuşduğu Şuşa") I, Natəvan Bağırova ("Vaqifə müraciət") II, Elvin Əhməd ("Ömrün sıfır nöqtəsi və ya iki misraya sığan həyat") III yerlərə layiq görülüblər.
Birinci yerin qalibinə 2500 manat, II yerin qalibinə 1500 manat, III yeri qazanmış müəllifə isə 1000 manat verilib. Bütün qaliblərə eyni zamanda Mədəniyyət Nazirliyinin diplomları təqdim olunub.
Daha sonra "İgidlərin sözü" layihəsi təqdim olunub. Şairə Nigar Həsənzadənin "Söz" layihəsi çərçivəsində reallaşan
"İgidlərin sözü"nün məqsədi 44 günlük Vətən müharibəsində vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə aparan igid oğulların yaradıcılıq nümunələrini nümayiş etdirməkdir.
Tədbirdə 44 günlük Vətən müharibəsi iştirakçıları olan şairlər öz şeirlərini səsləndiriblər.
Bu gün Xaçmazda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişi

Müğənni Səidə Dadaşova illərdir anası Sədaqət Dadaşova ilə danışm�

Tavandakı borularla qurulan innovativ soyutma texnologiyası səssiz işləməs

Astroloqlar əhəmiyyətli peşəkar yüksəkliklərə çata bilən və çoxlu p

ABŞ-da aparılan genişmiqyaslı araşdırma gündəlik makiyaj vərdişlərini

Yeməkdən sonra cəmi 30 dəqiqəlik gəzinti bağırsaq xərçəngi də daxil

Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) Xudat El

Elimizin toy kimi gözəl adəti var. Bu xoş gün sadə vətəndaşlarla yanaş

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Müğənni Aysun İsmayılovanın yeni sevgilisinin kimliyi ilə bağlı iddiala

"Black Sabbath" qrupunun qışqıran vokalçısı, daha sonra solo kar

Moskvada "Baza" "Telegram" kanalının baş redaktoru Qleb T

Ağdam və Ağdərə rayonlarında geniş ərazilərdə yanğın baş verib.

Azərbaycanda satışda olan kərə yağlarının əksəriyyəti "yerli ist
