Azərbaycanda hərbi çağırış yaşı dəyişir? – Mühüm açıqlama
Digərləri 22 İyl 2025 11:04:00 86 0
Bir neçə gün əvvəl gənclərin hərbi xidmətə yola salınması görüntüləri sosial şəbəkələrdə maraqla qarşılandı. Kadrlarda xidmətə yollananların çoxu yaşlarından daha kiçik görünür, bəziləri valideynlərindən ayrılmaqda çətinlik çəkirdilər. Bu məsələ əsgərlik yaşı ilə bağlı mövzunu təkrar gündəmə gətirdi. Sosial şəbəkələrdə hazırkı gəncliyin fiziki inkişafının əvvəlki kimi olmadığı, daha zəif olduqları vurğulanır, xidmət yaşının 20-21-ə qaldırılması fikri irəli sürülür.
Bu xəbəri də oxu: “Yunus Oğuz dövlətçilik və ictimai fikir tariximizin salnaməsini yazır” – Zahid Oruc
Bu, mümkündürmü? Əsgərlik yaşı hansı amillərə əsasən müəyyən edilir? Dünyada bu təcrübə necədir?
Son.az xəbər verir ki, globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Azərbaycanda hərbi xidmətə çağırış mövcud qanunvericilik və normativ sənədlər əsasında həyata keçirilir.
"Çağırışçıların valideynlərindən ayrılmaqda çətinlik çəkməsi, əsasən sosial şəbəkələrdə diqqət çəkmək üçün çəkilmiş görüntülər ola bilər. Digər tərəfdən, hər bir ailə övladını fərdi şəkildə yetişdirir və oğlan övladlarının hərbi xidmətə hazırlanması məktəblə bərabər, valideynlərin də vəzifəsidir. Çağırış yaşının 21-ə qaldırılması hazırda aktual məsələ deyil. Bu mövzu nə güc strukturları, nə də hərbi xidmətə çağırışa cavabdeh qurumlar tərəfindən müzakirə olunur. Vətəndaşlar ali məktəbin əyani şöbəsinə daxil olmadıqda 18 yaşında hərbi xidmətə yollanırlar. Çoxu isə 17 yaşında 11 illik təhsili başa vurub, bir il hərbi xidmətə hazırlanır və sonra xidmətə başlayır. Bu, çox optimal variantdır".
Ekspert qeyd edib ki, çağırış yaşının seçilməsi təsadüfi deyil, burada bir çox amillər nəzərə alınır:
"Məsələn, orta məktəbi bitirən çağırışçının 21 yaşına qədər, yəni dörd il ərzində nə ilə məşğul olacağı sualı ortaya çıxır. Amma ali məktəbə daxil olmayan şəxslər 18 yaşında xidmətə başlayır, 1 il 6 ay sonra qayıdır. Peşəyə, ixtisasa yiyələnmək üçün kifayət qədər vaxtı olur. Bəziləri isə bu vərdişləri hərbi xidmətdə qazanır. Beynəlxalq təcrübə də göstərir ki, bir çox ölkələr Ukrayna müharibəsindən əvvəl çağırışdan imtina etsələr də, indi yenidən bunu bərpa edirlər. Bu da göstərir ki, Azərbaycan çox doğru və optimal çağırış yaşını müəyyən edib. Bunu dəyişməyə ehtiyac yoxdur".
Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün q

ABŞ-da 30 yaşlı autizm spektrində olan Jacob Irwin adlı şəxs süni intell

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 9 saylı cəzaçəkmə müəssis�

Türkiyədə yeni evlənən və toydan 3 gün sonra qızıl-zinət əşyaları i

"EMEDIA GROUP" Media təşkilatının təşəbbüsü və rəhbərliyi,

İyul ayı bəzi bürclər üçün romantik keçmişlə barışmaq və köhnə h

Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əl

Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti Bülbülü

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

İstanbulda sevgilisi, keçmiş polis əməkdaşı Cemil Koç tərəfindən öld

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarında 22 iyul - Mill

ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Ceyms Devid Vens yay məzuniyy�
