Xaricdə “Abu Malik” adı ilə vətəndaşlarımızı tutdururdu DTX həbs etdi
Digərləri 21 İyl 2025 14:36:00 77 0
Azərbaycan vətəndaşlarını xaricdə xüsusi xidmət orqanlarına əməkdaşlığa təhvil verən, əməkdaşlıq etməyənlərin həmin xarici ölkədə həbs edilmələrinin təşkilində iştirak edən "Abu Malik" təxəllüslü şəxs müəyyən edilərək ələ keçirilib.
Bu xəbəri də oxu: Gənclərdə “qocalmış ürək” əlamətləri: kardioloq xəbərdarlıq edir
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə iyulun 18-də keçirilmiş məhkəmə baxışı materiallarından məlum olur.
Belə ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş antiterror tədbirləri nəticəsində 2022-ci ilin sentyabr ayından xarici xüsusi xidmət orqanları ilə "Abu Malik" təxəllüsü ilə əməkdaşlıq edən həmin şəxsin Azərbaycan vətəndaşı Əliyev Məhəmməd Şirin oğlu olduğu məlum olub.
Bu əməlləri xarici ölkə ərazisində törədən Məhəmməd Əliyev DTX-nin keçirdiyi əməliyyat-istintaq tədbirləri ilə ələ keçirilərək Azərbaycanda məhkəmə qarşısına çıxarılıb.
Məlum olur ki, öz ətrafında radikal dini təriqətə meyilli şəxslərdən ibarət terror-təxribat qruplaşması formalaşdırmağa çalışan və bunun üçün vətəndaşlarımızı tələyə salan Məhəmməd Əliyev özü əməliyyatçılarımızın qurduğu tələyə düşüb.
Hazırda DTX-də davam edən cinayət işi üzrə Məhəmməd Əliyevə AR Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülərək, barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Son.az
SİMA-nın üztanıma texnologiyası qeyri-qanuni taksi fəaliyyətinin qarşıs

Türkiyənin tanınmış müğənnisi Serdar Ortaç səhhəti və şəxsi həyat

Zəngəzur dəhlizi təkcə Azərbaycan, Ermənistan və Türkiyəyə deyil, reg

İyulun 21-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verə

Prezident İlham Əliyevlə dialoq jurnalistlərdə dərin təəssürat oyatdı.

Dünən aeroport yolu kimi tanınan şosedə ağır yol qəzası baş verib.

Sənədsiz evlərə amnistiyanın tətbiqinə başlanılır. Belə ki, Prezident

Azərbaycanın ən böyük müstəqil xəbər agentliyi olan Trend BİA dünya m

Cəlilabad rayonu ərazisindəki göllərdən birində balıqlar kütləvi şək

Ukrayna Nazirlər Kabineti ötən il yaradılmış Milli Birlik Nazirliyini, Str

Türkiyədən Azərbaycana hənbəlilik dini məzhəbinə dair qadağan olunmuş

Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) uyğunluğun qiymətləndirilməsi sa

Rusiyanın paytaxtı Moskvada yerləşən Vnukovo hava limanından Gəncə şəh

Qarabağ Universiteti ilə bağladığımız əməkdaşlıq barədə razılaşma

Xarici dövlətlərin yük avtomobillərinin, qoşqulu və yarımqoşqulu avton�
