Hikmət Hacıyev: Şuşa Qlobal Media Forumunda müxtəlif ideyalar və yenilikçi baxışlar formalaşır


Siyasət 20 İyl 2025 11:07:00 62 0

Hikmət Hacıyev: Şuşa Qlobal Media Forumunda müxtəlif ideyalar və yenilikçi baxışlar formalaşır

Şuşa Qlobal Media Forumu Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada keçirilir. Çünki Şuşa Azərbaycan xalqının tarixi yaddaşı və ilham mənbəyidir. Bu müqəddəs şəhərdən bir çox naşirlər, yazıçılar və düşüncə sahibləri çıxıb, xalqımızın mədəni və elmi irsinə töhfə veriblər.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" adlı 3-cü Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı söyləyib.

O qeyd edib ki, Foruma dünyanın müxtəlif ölkələrindən media nümayəndələri və fikir adamları dəvət edilib. Burada müxtəlif ideyalar və yenilikçi baxışlar formalaşır və paylaşılır. "Əlamətdar haldır ki, bu forum postmünaqişə dövründə, bir vaxtlar müharibənin izlərini daşıyan, lakin bu gün yenidən qurulan bir şəhərdə keçirilir.

Şuşa bir zamanlar misli görünməmiş feyk xəbərlərin, təxribatçı məlumatların hədəfi olmuşdur. 1990-cı illərin əvvəllərində, Şuşadan cəmi bir neçə kilometr aralıda, Xocalıda dəhşətli soyqırımı törədilib. Lakin o vaxt bu faciəni işıqlandıran media qurumlarının sayı çox az idi",-deyə H.Hacıyev bildirib.

Hikmət Hacıyev qeyd edib ki, Şuşa Qlobal Media Forumu, Prezidentlə birbaşa ünsiyyət platforması kimi də olduqca önəmlidir: "Biz Forum vasitəsilə Prezident İlham Əliyevlə birbaşa təmasda olur, regionun hazırkı inkişafı ilə bağlı məlumat alırıq. Forum iştirakçıları Ağdama səfər edəcək, bir hissəsi artıq Xankəndidə olub və bəziləri Laçına da səfər edəcək".

Prezidentinin köməkçisi Azərbaycan mediasının bu il 150 illik yubileyini qeyd etdiyinə də diqqət çəkib: "İlk Azərbaycan qəzetini "Əkinçi"nin Həsən bəy Zərdabi tərəfindən nəşr olunduğu vaxtdan bəri milli mətbuatımız böyük inkişaf yolu keçib. O dövrdə sərt senzura mövcud olsa da, "Əkinçi"də təkamül, maariflənmə və cəmiyyətin inkişafı ilə bağlı mövzular dərc olunurdu. Bu qəzet yeni düşüncələrin formalaşmasına, maarifçiliyin yayılmasına mühüm zəmin yaratdı.

Bu gün biz həmin maarifçilik ruhunu yaşadaraq, media vasitəsilə həqiqətlərin yayılmasına və sağlam cəmiyyətin qurulmasına xidmət edirik".

"Uzak şehir"lə "Kızılcık şerbeti"nin aktyorları eyni layihədə like
  • 20 İyl 10:58  
Şou-biznes "Uzak şehir"lə "Kızılcık şerbeti"nin aktyorları eyni layihədə

Türk aktyor Rahimcan Kapkap daha bir ekran işi üçün kamera qarşısına ke�

arrow Ətraflı
Bu gün imtahan var like
  • 20 İyl 09:14  
Digərləri Bu gün imtahan var

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı imtah

arrow Ətraflı
Məşhurların keçmiş peşələri təəccübləndirdi like
  • 20 İyl 08:48  
Şou-biznes Məşhurların keçmiş peşələri təəccübləndirdi

Bu gün milyonlarla insanın tanıdığı ulduzlar, keçmişdə tamamilə fərql

arrow Ətraflı
“Onun məhkəmədə ifadə verməsini səbrsizliklə gözləyirəm” like
  • 20 İyl 08:08  
Dünya “Onun məhkəmədə ifadə verməsini səbrsizliklə gözləyirəm”

ABŞ Prezidenti Donald Tramp media maqnatı Rupert Merdokun məhkəmədə ifadə

arrow Ətraflı
"O, hələ gün işığı görməyib" like
  • 20 İyl 07:07  
Şou-biznes "O, hələ gün işığı görməyib"

"Heç kəsin dərdi ilə oynama, daha pis dərdə düşərsən. Belə bir a

arrow Ətraflı
Maşın almazdan əvvəl nə qədər sürüldüyünü 7 sadə üsulla yoxlayın like
  • 20 İyl 06:06  
Digərləri Maşın almazdan əvvəl nə qədər sürüldüyünü 7 sadə üsulla yoxlayın

İstifadə olunmuş avtomobil alarkən diqqətli olun - geriyə çəkilən odome

arrow Ətraflı
Evliliyindən peşman olan like
  • 20 İyl 05:05  
Şou-biznes Evliliyindən peşman olan

Uğur və şöhrətə baxmayaraq, məşhurlar da şəxsi həyatlarında səhvlə

arrow Ətraflı
Dərmanı susuz necə udmaq olar?  gözlənilməz üsul like
  • 20 İyl 04:04  
Digərləri Dərmanı susuz necə udmaq olar? gözlənilməz üsul

Bir çox insan üçün dərman udmaq əsl problemə çevrilə bilər. Bu səbəb

arrow Ətraflı
Qəhvəni bu saatda like
  • 20 İyl 03:03  
Digərləri Qəhvəni bu saatda

Qəhvə bəzi hallarda orqanizm üçün xeyirli içki hesab edilsə də ziyanın

arrow Ətraflı
50 yaşdan yuxarı insanlar bu məşqi etsələr, ölüm riski AZALACAQ like
  • 20 İyl 02:02  
Digərləri 50 yaşdan yuxarı insanlar bu məşqi etsələr, ölüm riski AZALACAQ

Yeni elmi araşdırma sübut edib ki, yetkin yaşda fiziki aktivliyə başlamaq

arrow Ətraflı
Teztez acmağınızın like
  • 20 İyl 01:01  
Digərləri Teztez acmağınızın

İnsanlar özlərini yalnız hiss etdikləri və ya hansısa daxili narahatlıq

arrow Ətraflı
Azərbaycanda istirahət mərkəzində like
  • 20 İyl 00:37  
Digərləri Azərbaycanda istirahət mərkəzində

Kürdəmirdə kütləvi zəhərlənmə hadisəsi baş verib.

arrow Ətraflı
Mədə Xərçənginin əsas səbəbi like
  • 20 İyl 00:29  
Digərləri Mədə Xərçənginin əsas səbəbi

Alimlər xəbərdarlıq edir ki, dünyada milyonlarla insanda rast gəlinən Hel

arrow Ətraflı
Çağatayın yeni tərzi gündəm oldu like
  • 20 İyl 00:14  
Şou-biznes Çağatayın yeni tərzi gündəm oldu

Aktyor Çağatay Ulusoyun yeni fotosu yayılıb.

arrow Ətraflı