Leyla Əliyeva Bakı Kitab Mərkəzində “Tanımadığımız Konfutsi” adlı gecədə iştirak edib


Kriminal 18 İyl 2025 23:23:00 70 0

Leyla Əliyeva Bakı Kitab Mərkəzində “Tanımadığımız Konfutsi” adlı gecədə iştirak edib

Heydər Əliyev Fondu, Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutu və Bakı Kitab Mərkəzinin birgə təşkilatçılığı ilə iyulun 18-də Qədim Çin fəlsəfəsinə və mədəniyyətinə həsr olunmuş "Tanımadığımız Konfutsi" adlı gecə keçirilib.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Son.az xəbər verir ki, gecədə çıxış edən Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Lu Mey "Tanımadığımız Konfutsi" adlı kitab barədə danışıb.

Səfirin sözlərinə görə, əsər Azərbaycan oxucularına Konfutsi fəlsəfəsinə və Çin sivilizasiyasına yeni baxış bucağından yanaşmaq imkanı yaradır. O, Konfutsiliyin Çin mədəniyyətinə dərin təsir göstərdiyini və bu gün də onun ayrılmaz hissəsi olaraq qaldığını vurğulayıb.

Fəlsəfənin əsas prinsipləri haqda məlumat verən Lu Mey deyib: "Bura özünü inkişaf etdirmə, zəhmətkeşlik, insan və təbiət harmoniyası, ümumi rifahın təşviqi daxildir. Bir-birimizin dilini, tarixini və mədəniyyətini öyrənmək xalqlarımız arasında qarşılıqlı anlaşmanı dərinləşdirir və ortaq gələcəyə malik bir bəşəriyyət birliyinin formalaşmasına töhfə verir. Çin və Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətləri 33 ildir ki, uğurla davam edir. Bu illər ərzində iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq dərinləşmiş, xalqlarımıza konkret faydalar gətirən mühüm nəticələr əldə olunub. Bu ilin aprel ayında Prezident İlham Əliyevin Çinə etdiyi dövlət səfəri və səfər çərçivəsində Sədr Si Cinpinlə imzalanan birgə bəyanat əsasında Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq qurulub. Bu sənəd ölkələrimiz arasında münasibətlərin yeni tarixi mərhələyə keçidini rəsmi şəkildə təsdiq edib. Xalqlar arasında təmaslar getdikcə daha da intensiv xarakter alır. Çin-Azərbaycan arasında qarşılıqlı viza rejiminin ləğvi ikitərəfli əlaqələrin daha da möhkəmlənməsi və əməkdaşlığın geniş spektrdə inkişafı üçün yeni imkanlar açacaq. Azərbaycanlı dostlarımızı Çinə səfər edərək Konfutsi fəlsəfəsini və zəngin Çin mədəniyyətini yaxından tanımağa və müasir Çin cəmiyyətinin dinamik inkişafını yerində görməyə dəvət edirik. Azərbaycanın milli dəyərlərinin qorunması, sosial-iqtisadi inkişafı və beynəlxalq mədəni əməkdaşlığın genişlənməsi sahəsində mühüm rola malik olan Heydər Əliyev Fonduna bir daha təşəkkürümüzü bildiririk. Fond uzun illərdir Çin ilə əməkdaşlığa sadiq qalaraq, ölkələrimiz arasında münasibətlərin dərinləşməsinə misilsiz töhfələr verib. Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi dövlət başçılarımız tərəfindən əldə olunmuş razılaşmaların həyata keçirilməsi və iki ölkə arasında dostluq və əməkdaşlığın daha da inkişafı naminə Heydər Əliyev Fondu və azərbaycanlı tərəfdaşlarla birgə işləməyə daim hazırdır".

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə qeyd edib ki, Konfutsi fəlsəfəsi Qədim Çin mədəniyyətinin əsas düsturudur. "Bu fəlsəfəni dərk etmək vacibdir. Onun fəlsəfəsində əsas məsələ etika və əxlaqdır. İnsaniyyət və nəciblik ön planda tutulur. Bu, çox maraqlı yanaşmadır. Belə anlayışlar Azərbaycan mədəniyyəti üçün də mühüm dəyərlərdir", - deyə İ.Məmmədzadə əlavə edib.

Sabah Bakıda gözlənilən hava ilə bağlı XƏBƏRDARLIQ like
  • 18 İyl 23:21  
Digərləri Sabah Bakıda gözlənilən hava ilə bağlı XƏBƏRDARLIQ

İyulun 19-da gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

arrow Ətraflı
Ayşe Barım xəstəxanaya yerləşdirildi like
  • 18 İyl 23:05  
Şou-biznes Ayşe Barım xəstəxanaya yerləşdirildi

Türkiyədə məşhur aktyor və aktrisaların meneceri, "İD Consultancy&q

arrow Ətraflı
Polis paytaxtda xüsusi əməliyyat like
  • 18 İyl 22:39  
Digərləri Polis paytaxtda xüsusi əməliyyat

Bakı şəhərində narkotik tərkibli bitkilərin istixana şəraitində aqrote

arrow Ətraflı
Ramin İsayevin 15 il həbsi istənilir like
  • 18 İyl 22:28  
Digərləri Ramin İsayevin 15 il həbsi istənilir

"SOCAR-AQŞ" MMC-nin 54 milyonluq mənimsəmədə ittiham olunan keçm

arrow Ətraflı
Sürücülər çaşqınlıq içində: Yolda yeni quraşdırılan qurğu nədir? like
  • 18 İyl 22:15  
Digərləri Sürücülər çaşqınlıq içində: Yolda yeni quraşdırılan qurğu nədir?

Yolda quraşdırılan qurğu sürücülərdə çaşqınlıq yaradıb.

arrow Ətraflı
İlham Əliyev İraq lideri Əbdüllətif Camal Rəşidə başsağlığı verib like
  • 18 İyl 21:50  
Siyasət İlham Əliyev İraq lideri Əbdüllətif Camal Rəşidə başsağlığı verib

Prezident İlham Əliyev İraq Respublikasının Prezidenti Zati-aliləri cənab

arrow Ətraflı
“Nə hamilə qadına baxa bilirəm, nə uşağa” like
  • 18 İyl 21:49  
Şou-biznes “Nə hamilə qadına baxa bilirəm, nə uşağa”

Aparıcı Çinarə Əliyeva ilk dəfə itirdiyi körpəsindən danışıb.

arrow Ətraflı
Bakıda saxlanılan Rusiya vətəndaşlarını yaxınları ziyarət edib like
  • 18 İyl 21:48  
Digərləri Bakıda saxlanılan Rusiya vətəndaşlarını yaxınları ziyarət edib

Bakıda saxlanılan Rusiya vətəndaşlarını, o cümlədən "Sputnik"

arrow Ətraflı
Qazaxda Ukrayna vətəndaşı çayda batdı like
  • 18 İyl 21:37  
Digərləri Qazaxda Ukrayna vətəndaşı çayda batdı

Qazax rayonunda çayda batan orta yaşlı kişinin meyiti sudan çıxarılıb.

arrow Ətraflı
Xanəndə Pərviz Qasımov: “48 saat susuz qalmışam...”  VİDEO like
  • 18 İyl 21:24  
Şou-biznes Xanəndə Pərviz Qasımov: “48 saat susuz qalmışam...” VİDEO

Xanəndə Pərviz Qasımov iştirak etdiyi "Bodibildinq üzrə Avropa çemp

arrow Ətraflı
Maşınını xadimələrə yudurdan direktor işdən çıxarıldı like
  • 18 İyl 21:04  
Digərləri Maşınını xadimələrə yudurdan direktor işdən çıxarıldı

Texniki işçilərə maşınını yudurdan Bakı şəhəri 240 nömrəli tam ort

arrow Ətraflı
Rusiyada  "Telegram" və "WhatsApp"a qadağa qoyulacaq ? – Putindən sərt göstəriş like
  • 18 İyl 21:00  
Digərləri Rusiyada "Telegram" və "WhatsApp"a qadağa qoyulacaq ? – Putindən sərt göstəriş

Rusiya Prezidenti Vladimir Putin hökumətə "dost olmayan ölkələrdə&qu

arrow Ətraflı
Arazda batan yeniyetmənin meyiti tapıldı like
  • 18 İyl 20:49  
Digərləri Arazda batan yeniyetmənin meyiti tapıldı

20:49 Saatlıda Araz çayında batan yeniyetmənin meyiti tapılıb.

arrow Ətraflı
"Allah telefon çıxardanın qapısını bağlasın" like
  • 18 İyl 20:39  
Şou-biznes "Allah telefon çıxardanın qapısını bağlasın"

Əməkdar artist Yusif Mustafayev insanların dəyişməsindən şikayətlənib.

arrow Ətraflı
Yayda hansı yeməklərə "hə", hansılara "yox" deməliyik... like
  • 18 İyl 20:26  
Digərləri Yayda hansı yeməklərə "hə", hansılara "yox" deməliyik...

İsti yay günlərində düzgün qidalanma bədənin temperatur tənzimlənməsi

arrow Ətraflı