5 gündür su olmayan ərazidə daha bir qəza oldu FOTO
Digərləri 17 İyl 2025 20:47:00 95 0
Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunun Zəngəzur küçəsində günlərdir ki, su yoxdur. Problemin ötən gün həll olunacağı ilə bağlı məlumat verilsə də, ərazidəki işlər hələ də yekunlaşmayıb.
Bu xəbəri də oxu: Pezeşkianın maşınına benzin yerinə su vurdular, yolda qaldı
Bu barədə vətəndaşlar "Qafqazinfo"ya yenidən müraciət ediblər. Sakinlərin sözlərinə görə, ötən gündən gözləsələr də, nəticə olmayıb. Artıq 5 gündür ki, isti yay günlərində vətəndaşlar susuz qalıblar.
Bununla bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə növbəti dəfə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, sözügedən ərazidə ikinci qəza baş verib: "Paytaxtın bəzi ərazilərində su təchizatını həyata keçirən infrastruktur üzərində tikintilərin yerləşməsi acınacaqlı vəziyyət yaradır. Belə hallardan biri Binəqədi rayonu M.S.Ordubadi küçəsində baş verib. 14.07.2025-cil tarixində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin müvafiq sukanal idarəsinə "955" Çağrı Mərkəzindən daxil olan məlumat əsasında hadisə yerinə gedən qəza xidməti qəzanın 1400 mm diamterli Kür-1 magistral su kəmərininin üzərində tikilən vətəndaşa məxsus həyatyanı sahə ilə evin mühafizə hasarının arasında baş verdiyini aşkarlayıb.
Qazıntı işləri aparılan zaman evin bünövrəsinin zədələnməməsi üçün xəttə verilən su dayandırılıb, xəttin içərisində olan su tamamilə təxliyə olunaraq borunun daxili hissəsində qaynaq işləri aparılıb. Təbii ki, belə bir vəziyyətdə qəzanın aradan qaldırılması müddəti də uzanır.
Nərimanov rayonunda yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə

Müğənni Aysun İsmayılova bir müddət əvvəl plastik əməliyyat etdirdiyi

Volkan Başaran aktyorluqdan ayrıldığını açıqlayıb. O, indi Bakırköy k

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas q

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 6 iyul 2025-ci i

Müğəni Elit Star Cəmilə şəxsi həyatı ilə diqqət çəkib.

Xəzər rayonu, Türkan qəsəbəsində 2 nəfər dənizdə nəzarətsiz ərazid

Azərbaycanda son vaxtlar bölgələrdə yanğınların sayı artıb və bəzən

Bakıda klinika direktoru olan əri tərəfindən güllələnən 1987-ci il təv

İctimai iaşə obyektləri operatorlarla müqavilə bağlayanda həmin müqavil

Azərbaycan və Qazaxıstan respublikaları müdafiə nazirliklərinin Xüsusi T
