İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar FOTO
Siyasət 17 İyl 2025 11:19:00 73 0
İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar.
Bu xəbəri də oxu: Rəsmi Bakı İraqa başsağlığı verdi
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, qonaq şəhərin Baş planı ilə tanış olub.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Qurbanqulu Berdiməhəmmədova 30 illik işğal dövründə Füzuli rayonunun ərazisində törədilən dağıntılar, vandalizm aktları, həmçinin şəhərin Baş planına uyğun olaraq həyata keçirilən və görüləcək işlər barədə məlumat verib.
Vaxtilə sıx məskunlaşmış və çiçəklənən Füzuli şəhəri erməni işğalı zamanı tamamilə talan edilərək, viran qoyulub. Torpaqlarımız işğaldan azad ediləndən sonra qısa müddətdə Füzuli şəhərinin Baş Planı hazırlanıb, Prezident İlham Əliyev tərəfindən təsdiqlənib və 2021-ci ildə ictimaiyyətə təqdim edilib. Böyük nəqliyyat-logistika potensialına malik olan Füzuli Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əsas nəqliyyat arteriyalarının kəsişməsində yerləşir. Füzuli şəhərinin ümumi sahəsi təxminən 1942 hektardır. Baş plana əsasən, 2040-cı ilə qədər şəhərdə 50 min nəfərin yaşaması nəzərdə tutulur. Füzulidə İşğal və Zəfər muzeylərini əhatə edəcək Füzuli Memorial Kompleksi yaradılacaq, Kurmanqazı adına Yaradıcılıq Mərkəzi inşa olunub, şəhər xəstəxanası tikilir, Şəhər Parkı salınacaq, genişmiqyaslı abadlıq-quruculuq və yaşıllıq işləri həyata keçiriləcək. Baş plana əsasən, uşaq bağçaları və məktəblər kimi sosial infrastruktur obyektləri müvafiq olaraq 300 və 500 metrlik məsafədə yerləşəcək. Görüləcək işlər nəticəsində müasir standartlara və memarlıq özəlliklərinə uyğun inşa olunacaq Füzuli şəhəri azad edilmiş ərazilərdə iri şəhərlərdən birinə çevriləcək. Burada "Ağıllı şəhər" konsepsiyası tətbiq olunacaq. Füzuli şəhərinin 12 hektardan çox olan ərazini əhatə edəcək inzibati mərkəzi isə 3 hissəyə bölünəcək.
Azərbaycanda səfərdə olan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanq

İraqın Kut şəhərində yerləşən ticarət mərkəzində baş verən gücl�

"İctimai TV"nin əməkdaşı Aydın Muradov rejissor Kənan M.M.-dən

Azərbaycan Prezidentinin imzaladığı Fərman ilə "İpoteka və Kredit Z

Son illərdə bütün dünyada insanlar həyat keyfiyyətini artırmaq üçün q

Hər sürücünün bilməli olduğu praktik üsul – sadəcə qaynar su və tə

Bakının Sabunçu rayonunda yenidənqurma işləri ilə əlaqədar bəzi ərazi

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

"Çoxları yazır ki, Allah ona rəhmət eləsin. Bu gün Allah mənə güc

2025-ci ilin iyul ayı bəzi bürclər üçün dönüş nöqtəsi gətirəcək.

"Kazım Can Aygün Kazımovaya bir mahnı yazıb. Hamı istəyir ona getsin

Çoxlu visseral yağın olması idrak funksiyalarını pisləşdirə bilər.

"Bəzi insanlar həyatda hər şeyi mükəmməl etməyə çalışırlar&quo

Hamburqda (Almaniya) əvvəllər Xristian Demokrat İttifaqının ən tanınmı�
