Qohumunu 40 manat borca görə bıçaqladı məhkəmədə azadlığa buraxıldı
Kriminal 16 İyl 2025 20:51:00 74 0
Bakıda qohumunu bıçaqlamaqda təqsirləndirilən Arzuman Əsədovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Bu xəbəri də oxu: Klinika direktoru arvadını buna güllələyibmiş FOTO
Son.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yelunlaşdığı elan olunub. Dövlət ittihamçısı çıxış edərək Arzuman Əsədovun 8 il müddətinə azadlıqdan məhrum edilməsi istəyib.
Vəkil çıxışında təqsirləndirilənə yüngül cəza verilməsini xahiş edib.
Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Arzuman Əsədova 4 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin olunub. Həmin cəza şərti hesab olunub və ona 2 il sınaq müddəti təyin edilərək məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, hadisə ötən il oktyabrın 28-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş verib.
Əsədov Arzuman İsmayıl oğlu ilə qohumu Əliyev Ramo Rövşən oğlu arasında 40 manat borca görə münaqişə yaranıb. Yaranmış münaqişə zamanı A.Əsədov bıçaqla R. Əliyevə xəsarətlər yetirib.
Fakta görə cinayət işi başlanıb. A.Əsədova Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə yekun ittiham elan olunub. /APA
"İran İsraillə münaqişə zamanı düşmənlərinə daha güclü "

Bakıda görünməmiş dələduzluq cinayəti baş verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq

Rəsmi İrəvana nəqliyyat kommunikasiyalarının açılması üçün Ermənist

Çərşənbə günü İsrailin Dəməşqə endirdiyi zərbə nəticəsində &quo

"Seysmik baxımdan aktiv olan ərazilərdə müəyyən vaxtlarda hiss oluna

Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsi (DQİDK) "Best Solutions

Təhqir və böhtan ittihamları ilə həbs edilmiş tanınmış vəkil Adəm M�

Sabah Yevlax rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti məhdudiy

Elektronlaşdırılacaq növbəti imtahan Peşəkar Mühasib Sertifikatı (PMS)

Polis tərəfindən saxlanılan reper Əkbər Novruzlu (Epi) həbs olunub.

Bu gündən etibarən ümumvətəndaş pasportuna malik vətəndaşlarımız Çi

"Mən kilsəyə qarşı kampaniya apara bilmərəm və buna görə də heç

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qız�
