Uşaqların otağındakı bu əşya görməsinə
Digərləri 15 İyl 2025 03:03:00 69 0
Valideynlər çox zaman uşaq otağında rahat atmosfer yaratmaq üçün noçnikdən (gecə işığı) istifadə edirlər. Lakin zəif gecə işığı uşaqların görmə qabiliyyətinə mənfi təsir göstərə bilər.
Bu xəbəri də oxu: Unibank 2025ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
Son.az bu əşyanı sizə təqdim edir:
Noçniklər uşaqlara necə zərər verə bilər? Həkimin sözlərinə görə, uşaq otağındakı noçnik zamanla uşaqlarda miopiya - yəni uzağı görməmə problemi yarada bilər.
"Gecəni noçnik və ya zəif işıqla yatan uşaqlarda böyüdükcə miopiya inkişaf etmə riski daha yüksək olur. Amma tam qaranlıq otaqda yatan uşaqlarda bu risk xeyli aşağıdır". O əlavə edir ki, göz qapalı olsa belə, mavi spektrli işıq uşaqların nazik göz qapağı dərisindən keçərək melanopsin hüceyrələrini stimullaşdıra bilər. Bu da uşaqların bioloji saatına - yəni sirkadiyen ritmlərinə təsir edir və nəticədə yuxu pozuntusu və göz sağlamlığında problemlər yarana bilər.
Hansı işıq daha uyğundur? İsti tonlu işıqlar (sarı, qırmızı) daha az zərərlidir və noçnik kimi istifadəyə daha uyğundur. Noçnik çox parlaq və birbaşa uşağın gözünə yönəlibsə, bu, görmə yorğunluğuna səbəb ola bilər, xüsusilə də uşaq gecə oyanarsa və birbaşa işığa baxarsa.
Valideynlərə tövsiyələr: İsti və zəif işıqlı noçniklər seçin (sarı və ya qırmızı tonlar).
Noçniki elə yerləşdirin ki, işıq birbaşa uşağın üzünə düşməsin.
Əgər ehtiyac yoxdursa, xüsusilə körpələr üçün, noçnikdən istifadə etməyin - onlar tam qaranlıqda rahat yata bilərlər. Əgər uşaq qaranlıqdan qorxursa, zəif və dolayı işıq mənbəyi seçin. Taymer və ya hərəkət sensoru ilə təchiz olunmuş modellər daha təhlükəsizdir.
Miopiya nədir? Miopiya və ya yaxın görmə - uzaq məsafədəki obyektlərin bulanıq, yaxın obyektlərin isə aydın görünməsi ilə xarakterizə olunur. Bu, göz formasının və ya iç quruluşunun işıq şüalarının düzgün şəkildə torlu qişada (retinada) fokuslanmasına mane olması ilə baş verir. Adətən uşaqlıq və yeniyetmə dövründə inkişaf edir və bəzən irsən keçə bilər. Orqanizmin sürətli böyüdüyü dövrlərdə miopiyanın irəliləməsi mümkündür. Bir araşdırma zamanı 2-16 yaş arası 479 uşaq üzərində aparılan müşahidələr göstərib ki, erkən uşaqlıq dövründə gecə vaxtı tam qaranlıqda yatmamaq miopiya üçün risk amili ola bilər. Qeyd olunur ki, bu araşdırma noçnikin birbaşa səbəbkar olduğunu sübut etmir, lakin potensial təhlükə olduğu bildirilir. /Lent.az
Tsyasin Nanhu Universitetinin çinli alimləri sübut ediblər ki, qida sənayes

2023-cü ildə Avropa İttifaqında tam ştatlı işçiyə düşən orta düzəl

Sərinkeşin (ventilyatorun) altında yatmaq, xüsusilə isti yay gecələrində

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Gürcüstanın paytaxtı Tbilisinin Vağzal meydanı yaxınlığında yerləşə

Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadis

50 gün ərzində razılaşma əldə olunmasa, ABŞ Rusiyaya tariflər tətbiq e

Heydər Əliyev Fondu Xalq artisti Zaur Rzayevin müalicə xərclərini üzərin

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makron il�

Xəbər verdiyimiz kimi, aktrisa Feyza Civelek keçmiş sevgilisi Alican Kurtun

Son 25 il ərzində Azərbaycan özünəməxsus mədəni irsinin qorunması və

Rusiya prezidenti Vladimir Putin valideynləri ilə bağlı xatirələrini böl�
