İlham Əliyev monteneqrolu həmkarını təbrik edib
Siyasət 13 İyl 2025 11:28:00 73 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monteneqro Prezidenti Yakov Milatoviçu bu ölkənin milli bayramı münasibətilə təbrik edib.
Son.az xəbər verir ki, təbrikdə deyilir:
"Monteneqronun milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Azərbaycan Monteneqro ilə münasibətlərinin inkişafına böyük önəm verir. Bu gün xoş ənənələr üzərində qurulmuş və konstruktiv ruhda inkişaf edən dövlətlərarası əlaqələrimiz və əməkdaşlığımız məmnunluq doğurur.
Keçən ilin noyabrında COP29-da iştirak etmək üçün Sizin ölkəmizə səfəriniz Azərbaycan-Monteneqro əlaqələrinin inkişafı baxımından əhəmiyyət kəsb edir. Hazırda müxtəlif sahələrdə, xüsusilə də iqtisadiyyat, turizm, sərməyə qoyuluşu və digər istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar mövcuddur.
Əminəm ki, xalqlarımızın iradəsinə uyğun olaraq birgə səylərimizlə ölkələrimiz arasında dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız bundan sonra da dinamik inkişaf edəcək və daha da dərinləşəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monteneqro xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
Əməkdar artist Rəşidə Behbudova oğlu Rəşidlə bağlı paylaşım edib.�

ABŞ-nin pərakəndə satış nəhəngi "Walmart" təxminən 850 min p

Astroloqlar müəyyən bürclərin bir-birilə enerji baxımından uyğun olmad�

Türkiyənin Aydın vilayətində yerləşən kağız fabrikində təxminən 50

Polşanın Olştin şəhərində azərbaycanlıların məskunlaşdığı hostel�

Türkiyədə peyğəmbərlərin karikaturasını dərc edən "Leman"

Ankaranın Çankaya rayonunda 26 mərtəbəli binada baş vermis yanğında üç

Bu gün səhər tezdən, Bakı vaxtı ilə saat 06:34-də olan məlumata görə,

Tanınmış tar ifaçısı Humay Qədimova açıqlaması ilə diqqət çəkib.

Naftalan şəhərində yerləşən sanatoriyalardan birində 37 yaşlı kişinin

Tanınmış aparıcı Nanə Ağamalıyeva efirdəki geyimi ilə sosial mediada g
