İlham Əliyevin Əhməd Əl Şaraa ilə görüşü olub FOTO


Siyasət 12 İyl 2025 14:02:00 61 0

İlham Əliyevin Əhməd Əl Şaraa ilə görüşü olub  FOTO

İyulun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə geniş tərkibdə görüşü olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı Suriya Ərəb Respublikasının keçid dövrü Prezidentini qarşıladı.

Azərbaycan Prezidenti İlham Əliyev və Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa rəsmi foto çəkdirdilər.

Prezident İlham Əliyev Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın ölkəmizə səfərinin ikitərəfli əlaqələrimizin inkişafında mühüm əhəmiyyət kəsb edəcəyinə ümidvarlığını bildirdi.

Uzun illər ərzində Azərbaycana münasibətdə qeyri-dost siyasəti həyata keçirən Suriyadakı əvvəlki hökumətin vaxtında münasibətlərimizdə durğunluğun olduğunu deyən dövlətimizin başçısı vurğuladı ki, Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və Baş nazirin müavininin rəhbərliyi ilə nümayəndə heyətinin Suriyaya səfərini xatırladan Prezident İlham Əliyev həmin səfər zamanı keçirilən görüşlərlə müxtəlif sahələrdə əməkdaşlığımızın inkişafı ilə əlaqədar layihələrin müzakirə edildiyini vurğuladı.

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Antalya Diplomatiya Forumu çərçivəsində dövlətimizin başçısı ilə görüşünü məmnunluqla xatırladı.

O, Azərbaycanın Suriyaya göstərdiyi qardaşlıq dəstəyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.

Əhməd Əl Şaraa əvvəlki hakimiyyətin Suriyanın bir çox ölkələrlə, o cümlədən Azərbaycanla əlaqələrə xələl gətirdiyini təəssüflə qeyd etdi. O, ölkəsinin Azərbaycanla siyasi, iqtisadi-ticari, mədəni, humanitar və digər sahələrdə əməkdaşlıqda maraqlı olduğunu dedi.

Azərbaycanın əldə etdiyi uğurlar və torpaqlarlarımızın işğaldan azad edilməsi münasibətilə təbriklərini çatdıran Suriyanın keçid dövrü Prezidenti ölkəmizin ötən əsrin 90-cı illərində çətinliklərlə üzləşdiyini, amma onların öhdəsindən layiqincə gəldiyini və hazırda inkişaf etdiyini vurğuladı.

Görüşdə ölkələrimiz arasında xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyi qeyd edildi, Suriyanın hazırda ciddi enerji problemi ilə üzləşdiyi bildirildi. Bu xüsusda yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçiriləcəyi vurğulandı və bunun Suriyanın enerji təhlükəsizliyinə töhfə verəcəyi qeyd olundu. Azərbaycanın Suriyanın energetika sahəsinin bərpasına töhfə vermək iqtidarında olduğu diqqətə çatdırıldı.

Əhməd Əl Şaraa hazırda ölkəsinin üzləşdiyi ciddi enerji problemlərinin həllində Azərbaycanın töhfəsinin əhəmiyyətini vurğulayaraq, bunun Suriyanın inkişafına xidmət etdiyini dedi.

Söhbət zamanı Azərbaycanla Suriya arasında humanitar, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa toxunuldu, o cümlədən suriyalı tələbələrə Azərbaycanda təqaüdlərin verilməsi və mədəni abidələrin bərpası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Ölkəmizin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərində təcrübəsinin olduğu nəzərə alınaraq vurğulandı ki, bu xüsusda Azərbaycan Suriyanın post-münaqişə dövründə bərpa və quruculuq prosesinə öz töhfəsini verə bilər.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparıldı.

X X X

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə məhdud tərkibdə görüşü keçirildi.

Netanyahu Trampa xəbərdarlıq etdi: like
  • 12 İyl 14:00  
Dünya Netanyahu Trampa xəbərdarlıq etdi:

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa bildirib

arrow Ətraflı
Azərbaycanda keçmiş nazir vəfat etdi – FOTO like
  • 12 İyl 13:59  
Digərləri Azərbaycanda keçmiş nazir vəfat etdi – FOTO

Azərbaycanın sabiq rabitə naziri Şamil Musayev vəfat edib.

arrow Ətraflı
Həftə sonunda bəxti gətirəcək BÜRCLƏR: pulları qoymağa yer axtarın like
  • 12 İyl 13:45  
Digərləri Həftə sonunda bəxti gətirəcək BÜRCLƏR: pulları qoymağa yer axtarın

Həftənin sonunda maliyyə şansları bürcün bir neçə əlamətinə gülüms

arrow Ətraflı
Bakıda tiktoker qaydaları heçə saydı  VİDEO like
  • 12 İyl 13:36  
Digərləri Bakıda tiktoker qaydaları heçə saydı VİDEO

"TikTok"da 600 mindən çox izləyicisi olan tanınmış fenomen Nail�

arrow Ətraflı
Vüsalə ad gününə göndərilən BAHALI hədiyyələri göstərdi like
  • 12 İyl 13:15  
Şou-biznes Vüsalə ad gününə göndərilən BAHALI hədiyyələri göstərdi

Teleaparıcı Vüsalə Əlizadə ad gününü keçirib.

arrow Ətraflı
Heyvanı vuran Çin maşını bu hala düşdü  "Zapçast"ı tapılmır  FOTO like
  • 12 İyl 13:05  
Digərləri Heyvanı vuran Çin maşını bu hala düşdü "Zapçast"ı tapılmır FOTO

Nəinki Azərbaycanda, başqa ölkələrdə də Çin maşınları ilə bağlı c

arrow Ətraflı
Əhməd Əl Şaraa Azərbaycana işgüzar səfərə gəldi  FOTO like
  • 12 İyl 13:00  
Siyasət Əhməd Əl Şaraa Azərbaycana işgüzar səfərə gəldi FOTO

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa iyu

arrow Ətraflı
Rusiya xarici siyasi təsir aləti kimi KİVdən daha fəal istifadə etməyə başlayıb like
  • 12 İyl 12:43  
Digərləri Rusiya xarici siyasi təsir aləti kimi KİVdən daha fəal istifadə etməyə başlayıb

Son illər Rusiya Federasiyası xarici siyasi təsir aləti kimi kütləvi infor

arrow Ətraflı
Kanalizasiya xəttinə düşüb faciəvi şəkildə ölən Cümşüdün məzarından VİDEO like
  • 12 İyl 12:41  
Digərləri Kanalizasiya xəttinə düşüb faciəvi şəkildə ölən Cümşüdün məzarından VİDEO

Xəbər verdiyimiz kimi, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə 27 ya�

arrow Ətraflı
FHN əhaliyə xəbərdarlıq etdi like
  • 12 İyl 12:37  
Digərləri FHN əhaliyə xəbərdarlıq etdi

Fövqəladə Hallar Nazirliyi isti və quru hava şəraiti ilə əlaqədar əhal

arrow Ətraflı
Azərbaycanlı aktyor "tanınmaz halda"  Depressiyaya düşüb... like
  • 12 İyl 12:26  
Şou-biznes Azərbaycanlı aktyor "tanınmaz halda" Depressiyaya düşüb...

Aktyor Elcan Rəsulov depressiyaya düşdüyün bildirib. 

arrow Ətraflı
Bazar günü əsl dəniz havası olacaq like
  • 12 İyl 12:25  
Digərləri Bazar günü əsl dəniz havası olacaq

İyulun 13-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Fransa "X" sosial şəbəkəsinə qarşı istintaqa başladı like
  • 12 İyl 12:14  
Digərləri Fransa "X" sosial şəbəkəsinə qarşı istintaqa başladı

Fransa prokurorları milyarder İlon Maska məxsus "X" sosial media pl

arrow Ətraflı
Rusiya Çernovtsı vurdu  Ölənlər və yaralananlar var like
  • 12 İyl 12:10  
Digərləri Rusiya Çernovtsı vurdu Ölənlər və yaralananlar var

Rusiya gecə saatlarında Ukraynanın Çernovtsı şəhərinə pilotsuz uçuş

arrow Ətraflı
Ərdoğandan tarixi çıxış: "Mübarizəmizi davam etdirəcəyik" like
  • 12 İyl 11:58  
Digərləri Ərdoğandan tarixi çıxış: "Mübarizəmizi davam etdirəcəyik"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün AK Partiyanın ənənəvi

arrow Ətraflı