İstidən yata bilməyənlərin nəzərinə Həkim qeyriadi üsul açıqladı
Digərləri 11 İyl 2025 23:24:00 78 0
Britaniyalı terapevt Amir Xan isti havalarda daha tez yuxuya getmək üçün qeyri-adi üsullar təklif edib.
Bu xəbəri də oxu: Ağdamda insan sümüyü fraqmentləri aşkarlandı
Son.az bildirir ki, onun tövsiyələri "Daily Mirror" nəşrində dərc olunub.
Həkimin sözlərinə görə insanın yuxuya getməsi üçün bədən temperaturunun müəyyən qədər enməsi vacibdir. Normal şəraitdə orqanizm bunu özü tənzimləyir, lakin isti havalarda bu prosesi sadə üsullarla sürətləndirmək mümkündür.
Xanın ilk tövsiyəsi evdə kondisioner olmadan hava soyutmaqla bağlıdır. O, bir qab buzun üstünə ventilyator qoymağı məsləhət görür: "Hava buzun üzərindən keçərək soyuyacaq və pulsuz kondisioner effekti yaranacaq".
Bundan əlavə, həkim isti havalarda yatmazdan əvvəl buzu soyuducuda saxlanmış corab geyinməyi də tövsiyə edib. "Yatmazdan təxminən bir saat əvvəl corabları zip-paketə qoyub dondurucuya yerləşdirin. Yatağa girəndə həmin corabları geyinin. Bu, bədənin soyumasına və daha tez yuxuya getməyə kömək edəcək", - deyə Amir Xan bildirib.
Qeyd edək ki, daha əvvəl nevrobioloqlar Linsi Brauning və Rassel Foster də bildirmişdi ki, yuxuya getmək üçün qoyun saymaq təsirli üsul deyil. Onların fikrincə, beyin yuxuya keçid üçün daha çətin və məntiq tələb edən tapşırıqlarla məşğul olmalıdır.
İsmayıl Son.az
Rusiyalı psixoterapevt Vladislava Poroşina stressin sağlamlığa təsirləri

Yay aylarında bazarlarda bolluqla rast gəlinən nektarin təkcə dadı ilə de

Türkiyənin Azərbaycanda hərbi bazasının yaradılmasına ehtiyac olduğunu

Baş rollarında Dilan Çiçək Deniz və Ertan Sabanın yer alacağı yeni seri

Otağa daxil olduqdan sonra niyə girdiyinizi unutmaq tanış haldırsa, narahat

Hamiləlik dövründə qadınların əksəriyyətində ayaq və topuq nahiyəsin

Misir və Çin arasında yerli valyutalarla ticarəti gücləndirəcək və doll

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan

Böyük Britaniyada şahzadə Uilyamın oğlu, taxt-tacın ikinci varisi olan ş

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

İyulun 15-də Mingəçevir şəhərinin bəzi ərazilərində qaz təchizatı m

Qırğızıstan Prezidenti Sadır Japarov kütləvi informasiya vasitələri və

Hondurasda bal ayını keçirən yeni evli cütlüyü ildırım vurub. Hadisə

Fransanın Paris Baş Prokurorluğu Elon Musk-a məxsus "X" sosial med

Parisdə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyə
