Yaşı 15dən çox olan maşın sahibləri mütləq OXUSUN


Digərləri 10 İyl 2025 13:58:00 95 0

Yaşı 15dən çox olan maşın sahibləri mütləq OXUSUN

Rusiya Avtomobil Dilerləri Assosiasiyası yaşı 15 ildən çox köhnə avtomobillər üçün nəqliyyat vergisini artıra biləcək qanun layihəsi hazırlayır. Assosiasiyanın prezidenti Aleksey Podşekoldin qeyd edib ki, bu, sürücülərin avtomobillərini daha tez-tez təkmilləşdirməsi üçün stimuldur. Assosiasiya rəhbərinin sözlərinə görə, hazırda Rusiya avtomobil parkının 70%-nin yaşı 15,5  dən yuxarıdır. Amma ekspertlər Podşekoldinlə razılaşmırlar. Onlar bildirirlər ki, rusların yeni avtomobillər almağa imkanları yoxdur və belə bir təşəbbüs onları nəqliyyatsız qoya bilər. Üstəlik, köhnə avtomobil üçün utilizasiya üzrə dövlət proqramı mövcud olmalıdır. Podşekoldinin təklif etdiyi kimi dövlətin şəxsə köhnə avtomobil üçün 300-400 min rubl təklif etməsi də ekspertlərə görə ağlabatan görünmür. Belə ki vətəndaşlar bu pula yeni maşın ala bilməyəcəklər. Assosiasiyanın keçmiş rəhbəri Oleq Moseyev hesab edir ki, hazırda nəqliyyat vergisinin artırılmasının mənası yoxdur. Azərbaycanda isə artıq Utilizasiya Fondu yaradılıb. 2024-cü ilin fevralından həmin fonda ödənişlər daxil olmaqdadır. Fondun vəsaiti hesabına köhnə avtomobillərin alınması və vətəndaşa ödənişin edilməsi nəzərdə tutulur. Yəni məqsəd odur ki, köhnə avtomobillər könüllü şəkildə vətəndaşlardan alınsın. Əvəzində isə vətəndaşa daha yeni avtomobil alınması üçün maliyyə dəstəyi göstərilsin və köhnə avtomobillərin ətraf mühitə vurduğu zərər tədricən azaldılsın. Nəqliyyat üzrə ekspert Seymur Fətəliyev Bizim.Media-ya bildirib ki, heç Azərbaycanda da vətəndaşlara verilən məbləğlə gedib yeni maşın almaq mümkün deyil: "Utilizasiya qarşılığında verilən məbləğ 1500 manat təşkil edir ki, bununla hər hansı təzə modelin heç ilkin ödənişini etmək olmur. Yenə də ümid ikinci əl maşınlarına qalır. Məbləğ artırılarsa, vətəndaş da könüllü olaraq maşınını utilizasiyaya verər. Kim istəməz ki təzə maşın sürsün?!" 

Maşın "qocaldıqca" dərdləri də artır Ekspert diqqətə çatdırıb ki, bundan başqa vətəndaşa yerli avtomobillərdən almaq üçün sadələşdirilmiş kredit şərtləri təklif olunur. "Amma çox adam yerli maşınlara etibar etmir, həm də insanların sərbəst seçim hüququ var, başqa modellərlə maraqlanır. Ona görə də yaxşı olardı ki,  yalnız yerli avtomobil deyil, xarici avtomobillərin alınmasına da kredit verilsin. Elə olarsa, ölkənin yollarında metallomluq, təhlükəli maşınları da görmərik. Çünki utilizasiyanın hədəfi ekoloji tarazlığın bərpasıdır. Eləcə də, istismar müddəti başa çatmış avtomobillərin avtoqəzadakı payını əsaslı şəkildə azaltmaqdır", - deyə ekspert vurğulayıb. Qeyd edək ki, yaşı çox olan avtomobillərin ölkə daxilində istifadəsi hələlik qadağan deyil, lakin onların saxlanması baha başa gəlir: getdikcə daha çox maliyyə və texniki çətinliklərlə üz-üzə qalır. Mühərrik, sükan, əyləc və digər əsas hissələrin vaxtaşırı dəyişməsi tələb olunur. Gələcəkdə tətbiq edilə biləcək ekoloji və texniki məhdudiyyətlər də qaçılmazdır.

Xocalı soyqırımı zamanı yaralanmış şəxs: Bacımın meyitini 3 gün sonra götürə bildim, like
  • 10 İyl 13:49  
Kriminal Xocalı soyqırımı zamanı yaralanmış şəxs: Bacımın meyitini 3 gün sonra götürə bildim,

Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesi iyulun 10-da işini

arrow Ətraflı
Doğuş "topu Xoşqədəmə ötürdü"  FOTO like
  • 10 İyl 13:45  
Şou-biznes Doğuş "topu Xoşqədəmə ötürdü" FOTO

Türkiyəli müğənni Doğuş sosial media hesabında paylaşımı ilə diqqət

arrow Ətraflı
Makronla görüşdə çəkilən bu FOTO müzakirə yaratdı like
  • 10 İyl 13:30  
Dünya Makronla görüşdə çəkilən bu FOTO müzakirə yaratdı

Britaniya kralı III Çarlzın son görüntüləri ictimaiyyətdə narahatlıq 

arrow Ətraflı
Türkiyəli tanınmış müğənni vəfat etdi  FOTO like
  • 10 İyl 13:19  
Şou-biznes Türkiyəli tanınmış müğənni vəfat etdi FOTO

Türk musiqisinin və səhnə sənətinin unudulmaz simalarından biri olan Rü�

arrow Ətraflı
Təkəri dəyişmək istəyirdi like
  • 10 İyl 13:18  
Digərləri Təkəri dəyişmək istəyirdi

Şəmkir rayonunda sürücü ağır xəsarət alıb. 

arrow Ətraflı
TIR körpüyə çırpıldı  FOTO like
  • 10 İyl 13:16  
Digərləri TIR körpüyə çırpıldı FOTO

Bu gün Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Etirazlara görə "Babək" çəkilməyəcək like
  • 10 İyl 12:54  
Şou-biznes Etirazlara görə "Babək" çəkilməyəcək

Xalq Qəhrəmanı Babəkin həyatı ilə bağlı Türkiyədə çəkilməsi plan

arrow Ətraflı
Bu şəxsi görənlər dərhal XƏBƏR VERSİN like
  • 10 İyl 12:53  
Digərləri Bu şəxsi görənlər dərhal XƏBƏR VERSİN

Bakıda 35 yaşlı şəxs itkin düşüb.

arrow Ətraflı
55 yaşlı kişi faciəvi şəkildə öldü like
  • 10 İyl 12:24  
Digərləri 55 yaşlı kişi faciəvi şəkildə öldü

Hacıqabulda 55 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

arrow Ətraflı
Sabah da yağış yağacaq? like
  • 10 İyl 12:18  
Digərləri Sabah da yağış yağacaq?

İyulun 11-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Nazir: 30 suala cavab verə bilməyən müəllimin... like
  • 10 İyl 12:12  
Digərləri Nazir: 30 suala cavab verə bilməyən müəllimin...

"Sertifikatlaşdırma prosesi artıq növbəti mərhələsini uğurla başa

arrow Ətraflı
Rusiyaya işləməyə getmişdi  YOXA ÇIXDI like
  • 10 İyl 12:11  
Digərləri Rusiyaya işləməyə getmişdi YOXA ÇIXDI

"Azərbaycan vətəndaşı Mayis Qədir oğlu Səfərov 2024-cü ilin oktya

arrow Ətraflı
Müəllimlərin maaşları ARTDI like
  • 10 İyl 11:50  
Digərləri Müəllimlərin maaşları ARTDI

2025-2026-cı tədris ilində müəllimlərin orta aylıq əməkhaqqı ilə bağ

arrow Ətraflı
Prezident: Azərbaycan mülki müdafiə sahəsində beynəlxalq əməkdaşlığa böyük önəm verir like
  • 10 İyl 11:44  
Siyasət Prezident: Azərbaycan mülki müdafiə sahəsində beynəlxalq əməkdaşlığa böyük önəm verir

Dünyada insanların təhlükəsizliyi, əmin-amanlığı və rifahının təmin

arrow Ətraflı
“Yalandan yazıblar ki, qızım var...” like
  • 10 İyl 11:41  
Şou-biznes “Yalandan yazıblar ki, qızım var...”

"Çıx qatar yoluna hər axşam-səhər,

arrow Ətraflı