"Veo 3 – texnoloji sıçrayış, yoxsa gələcəyin təhlükəsi?" Ekspertdən açıqlama
Digərləri 08 İyl 2025 14:47:00 80 0
"Google"un süni intellekt əsasında hazırladığı yeni nəsil video generasiya modeli "Veo 3" artıq 159 ölkədə istifadəyə verilib. Hər kəsin dilində olan bu texnologiya bəzilərinə görə kreativ azadlıq, digərlərinə görə isə təhlükəli bir gələcəyin siqnalıdır.
Bu xəbəri də oxu: Türkiyədə əməliyyat etdirən qadının bədəni çürüməyə başladı FOTO
Texno-ekspert İlqar Şabanov "Son.az"a bu yenilik barədə danışıb.
"Veo 3" əvvəlki versiyalardan fərqli olaraq sadəcə mətni vizual videoya çevirməklə kifayətlənmir. O bildirib ki, bu model artıq süni intellekt rejissoru rolunu oynayır:
"O, səhnəni özü qura bilir, fiziki hərəkətləri reala yaxın modelləşdirir, təbiət səslərini və dodaq sinxronunu mükəmməl şəkildə təqdim edir. Hətta insan emosiyalarına uyğun nitqlər yaradır. Bu, süni intellektin artıq 'yaradıcı düşüncə' mərhələsinə keçməsi deməkdir." Onun sözlərinə görə, bu texnologiya ən çox yaradıcılıq və təhsil sahələrində inqilab yarada bilər:
"İndi bir ideyanı filmə çevirmək üçün nə studiya, nə də rejissor komandası lazımdır. Bir neçə sətir yazı kifayətdir. Müəllimlər dərsləri animasiyaya çevirərək şagirdlərə daha maraqlı formada təqdim edə bilər. Çoxdilli funksiyası da onu bütün dünyaya açıq edir." Lakin hər texnologiyanın işıqlı tərəfi olduğu kimi, qaranlıq tərəfi də var. Ekspert xəbərdarlıq edir:
"'Deepfake' videoların sayı artacaq. Kiminsə adından saxta danışan, reallığa bənzər videolar hazırlamaq daha asan olacaq. Müəllif hüquqları pozula, etik sərhədlər aşına bilər. Və ən təhlükəlisi - insanlar artıq öz yaradıcılıqlarına güvənməyib hər şeyi süni intellektə həvalə edə bilərlər." İlqar Şabanov hesab edir ki, "Veo 3" həm fürsət, həm də riskdir:
"Texnologiyanın özü zərərli deyil, onun istifadə forması zərərli ola bilər. Ona görə də qanunvericilik, etik prinsiplər və istifadəçi maarifləndirilməsi bu prosesin əsas dayaqları olmalıdır."
ABŞ prezidenti Donald Tramp bildirib ki, uyğun zaman gəldikdə, İrana qarş�

Qaçqın və məcbur köçkün şagirdlərinə pulsuz məktəbli formaları veri

Rusiyanın hava məkanında artan təhlükəsizlik tədbirləri və pilotsuz uç

Cadenza orkestri 15 iyul saat 19:00-da M.Maqomayev adına Azərbaycan Dövlət A

Amerikada yaşayan jurnalist Qənirə Ataşova daha bir həkimlə bağlı payla�

Ulduzlar sükutda deyil - göylər hərəkətdədir. Astroloqlar bu günlərdə

Bakıda qadın narkotik alverində şübhəli bilinir.

Səadət İsmayılova 7 iyul 2025-ci il tarixində "Bakı Metropoliteni&quo

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

Bakıda və Abşeron yarımadasında iyulun 9-da hava şəraitinin dəyişkən b

Videomüşahidə kameralarının görüntülərinin ələ keçirilməsi ilə ba�

Foto model və müğənni Müjgan Ayxan maraqlı etiraf edib.
