Kərkicahan sakini: İşğaldan əvvəl zəng vurub deyirdilər çıxın gedin, Qarabağ Ermənistana birləşdirilməlidir


Kriminal 07 İyl 2025 13:55:00 73 0

Kərkicahan sakini: İşğaldan əvvəl zəng vurub deyirdilər çıxın gedin, Qarabağ Ermənistana birləşdirilməlidir

İyulun 7-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs - Kərkicahan qəsəbəsinin sakini Dərgah Haqverdiyev 1987-ci ildən etibarən Xankəndi şəhərində yaşayan erməniəsilli şəxslər tərəfindən azərbaycanlı əhaliyə qarşı milli ayrı-seçkilik zəminində təzyiqlər başlandığını bildirib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, o, Robert Koçaryanın (Ermənistanın keçmiş prezidenti - red.) bu proseslərdə fəal olduğunu vurğulayıb.

D.Haqverdiyev 1988-ci ilin fevral ayından sonra ermənilərin azərbaycanlıları aşkar şəkildə qovmağa başladığını, həmin ilin sentyabr ayında Xankəndi şəhərində yaşayan azərbaycanlıların fərdi yaşayış evlərinin yandırıldığını bildirib. Həmin vaxt Xankəndi şəhərinin mərkəzi meydanında ermənilər tərəfindən keçirilən mitinqdən sonra silahlı ermənilər Kərkicahan qəsəbəsinə hücum edib, bir neçə evi yandırıblar.

Zərərçəkmiş bildirib ki, 1991-ci ildən başlayaraq Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayda xidmət edən erməniəsilli hərbçilərin iştirakı ilə, həmin alayın silahlarından, texnikalarından istifadə etməklə qəsəbə atəşə tutulub. Dekabrın 28-də isə kəndə hücuma keçən ermənilər Kərkicahanı işğal edib. Həmin vaxt azərbaycanlılara məxsus bütün evlər yandırılıb.

"İşğaldan əvvəl zəng vurub bizi təhqir edirdilər, deyirdilər çıxın gedin, Qarabağ Ermənistana birləşdirilməlidir, burada ancaq ermənilər yaşamalıdır. Hücum edəndə isə qışqırıb deyirdilər ki, azərbaycanlılar rədd olub getməlidir, bura Ermənistan ərazisidir", - deyə zərərçəkmiş şəxs bildirib.

O, əlavə edib ki, işğal zamanı əhali çox çətinliklə meşə yolu ilə kənddən çıxaraq Şuşa şəhərinə gedib. İşğala kimi Kərkicahan qəsəbəsində əhalinin sayı 1796 nəfər olub. Kərkicahan qəsəbəsində işğaldan əvvəl azərbaycanlılara məxsus 350 fərdi yaşayış evi, orta məktəb binası və s. olub.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Azərbaycanda bu kreditlər bahalaşdı like
  • 07 İyl 13:53  
Digərləri Azərbaycanda bu kreditlər bahalaşdı

2025-ci il iyun ayının 1-nə Azərbaycanda milli valyutada yeni verilmiş kr

arrow Ətraflı
Beynəlxalq Muğam Mərkəzində "Forte Strings Group"un konserti keçirilib  FOTO like
  • 07 İyl 13:52  
Kriminal Beynəlxalq Muğam Mərkəzində "Forte Strings Group"un konserti keçirilib FOTO

Beynəlxalq Muğam Mərkəzində "Forte Strings Group"un konserti keç

arrow Ətraflı
Azərbaycanlı model səmada təhlükəli anlar yaşadı  "ölümlə ÜZÜZƏ qaldı" like
  • 07 İyl 13:41  
Şou-biznes Azərbaycanlı model səmada təhlükəli anlar yaşadı "ölümlə ÜZÜZƏ qaldı"

"Miss Azerbaijan 2019"un qalibi Səmra Hüseynova qorxulu anlar yaşay

arrow Ətraflı
Ədliyyə naziri bələdiyyələrlə bağlı QƏRAR İMZALADI like
  • 07 İyl 13:35  
Digərləri Ədliyyə naziri bələdiyyələrlə bağlı QƏRAR İMZALADI

"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqınd

arrow Ətraflı
2 və 3 yaşlı qızlar xəstəxanalıq oldular like
  • 07 İyl 13:17  
Digərləri 2 və 3 yaşlı qızlar xəstəxanalıq oldular

Bakıda 2 yaşlı uşaq ehtiyatsızlıqdan siçan dərmanı içib.

arrow Ətraflı
Magistraturaya ixtisas seçimi başladı like
  • 07 İyl 13:11  
Digərləri Magistraturaya ixtisas seçimi başladı

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçim

arrow Ətraflı
Sabah da yağış yağacaq  "Yayı unudun" like
  • 07 İyl 13:03  
Digərləri Sabah da yağış yağacaq "Yayı unudun"

İyulun 8-də Azərbaycanda əsasən havanın dəyişkən buludlu olacağı, ara

arrow Ətraflı
Bakı metrosunda HƏYƏCANLI ANLAR: like
  • 07 İyl 12:57  
Digərləri Bakı metrosunda HƏYƏCANLI ANLAR:

Bu gün səhər saatlarında metronun "İnşaatçılar" stansiyasında

arrow Ətraflı
DYPdən radarlarla bağlı vacib AÇIQLAMA like
  • 07 İyl 12:51  
Digərləri DYPdən radarlarla bağlı vacib AÇIQLAMA

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) radarlarla bağlı hərəkə

arrow Ətraflı
"Özümü öldürsəm də edəcək, ailəmi DAĞIDIM?"  VİDEO like
  • 07 İyl 12:41  
Şou-biznes "Özümü öldürsəm də edəcək, ailəmi DAĞIDIM?" VİDEO

Müğənni Samir Piriyev açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
Natiq Cəfərlinin atası sağdır: vəziyyəti AÇIQLANDI like
  • 07 İyl 12:40  
Digərləri Natiq Cəfərlinin atası sağdır: vəziyyəti AÇIQLANDI

Natiq Cəfərli Anews.az-a bildirib ki, ölümlə bağlı yayılan xəbər yalan

arrow Ətraflı
Dağıstan rəhbərindən AzərbaycanRusiya münasibətlərinə like
  • 07 İyl 12:31  
Digərləri Dağıstan rəhbərindən AzərbaycanRusiya münasibətlərinə

Dağıstan Respublikasının başçısı Sergey Melikov Azərbaycan-Rusiya mün

arrow Ətraflı
Əhaliyə şad XƏBƏR: bu borcları dövlət qaytaracaq like
  • 07 İyl 12:30  
Digərləri Əhaliyə şad XƏBƏR: bu borcları dövlət qaytaracaq

"Milli Məclisdə "Dövlət borcu" haqqında Qanuna dəyişiklikl

arrow Ətraflı
İyulun şanslı bürcləri  Bu tarixdən həyatınız dəyişir like
  • 07 İyl 12:20  
Digərləri İyulun şanslı bürcləri Bu tarixdən həyatınız dəyişir

İyul ayı hər bürc üçün özünə dönüş, daxili səsə qulaq asmaq və k

arrow Ətraflı