Maşın alveri buna görə "ölüb"
Digərləri 06 İyl 2025 22:12:00 91 0
Azərbaycanda avtomobil bazarında alıcılıq qabiliyyəti son aylarda xeyli zəifləyib. Bazara həm satış, həm də alış məqsədilə gələnlərin sayı azalıb. Satıcılar da, alıcılar da artıq bazarı əvvəlki kimi güvənli məkan saymır. Səbəb isə, ilk baxışdan ucuz qiymətləri ilə cazibədar görünən, lakin alıcıları aldatmağa yönəlmiş saxta elanlardır.
Bu xəbəri də oxu: Temu insanları aldadır
Əvvəllər bazardakı durğunluq Çindən gətirilən avtomobillərlə əlaqələndirilirdi. Avtomobil gətirtməyin asanlaşması nəticəsində insanlar bazara getmək əvəzinə birbaşa xaricdən maşın sifariş etməyə üstünlük verirdi. Ancaq hazırda əsas problem sosial şəbəkələrdə yayılan saxta elanlardır. "Əlimyandı", "çekpot" kimi başlıqlarla paylaşılan bu elanlar real bazar qiymətindən 6-7 min manat aşağı rəqəmlərlə alıcıları aldadır və bazara inamı azaldır.
Gecə saatlarında "təcili" adı ilə paylaşılmış bəzi elanlar alıcılarda təlaş yaradaraq onları tələsik qərar verməyə vadar edir. Alıcılar avtomobili texniki baxışdan keçirməyə belə imkan tapmadan, başqası tərəfindən alına biləcəyi qorxusu ilə hərəkət edirlər. Bu psixoloji oyunlardan istifadə edən satıcılar, avtomobili olduğundan daha baha satmağa nail olurlar.
Ekspertlər bildirirlər ki, ucuz qiymət görən kimi sevincə qapılmaq əvəzinə, ehtiyatlı davranmaq lazımdır. Çünki bəzi satıcılar avtomobili müvəqqəti kosmetik təmirə cəlb edərək nasazlıqları gizlədirlər. Alıcı isə avtomobili qısa məsafədə sınaqdan keçirərək hər şeyin qaydasında olduğunu düşünür. Lakin bir neçə gündən sonra mühərrik, sürətlər qutusu və ya elektron sistemlərlə bağlı problemlər üzə çıxır. Belə hallarda məsuliyyət tamamilə alıcının üzərində qalır, çünki bu cür satışlar əksər hallarda qeyri-rəsmi qaydada baş tutur.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, real dəyərindən çox aşağı qiymətə təklif olunan avtomobillər, çox zaman texniki və ya hüquqi problemi olan nəqliyyat vasitələridir. Belə avtomobillərdən mümkün qədər uzaq durmaq, qərar verərkən texniki ekspertiza və hüquqi araşdırma aparmaq tövsiyə olunur. Əks halda, bir gecə "şans"ı sabah həyatınızı çətinləşdirə bilər.
Evdə bəzi cihazlar var ki, onlar xeyli "işıq pulu" yazır.

Temu platformasında dələduzluq halları artır - istifadəçilər və rəsmil

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə mill

3-4 iyul 2025-ci il tarixlərində Azərbaycanın Xankəndi şəhərində İqtis

Astrologiya aləmində hər bürcün özünəməxsus xarakteri və təsir gücü

Maşında bəzi texniki problemlər var ki, qəfil baş verdikdə sizi yolda qoy

Gələn həftənin ən şanslı bürcləri açıqlanıb

Yay aylarında yüksək temperatur səbəbilə avtomobildə unudulan bəzi əşy

ABŞ-də aparılan yeni tədqiqat göstərib ki, zeytun yağında olan təbii ma

Uzun müddətdir seriallarda rol almayan məşhur türkiyəli aktrisa Türkan Ş

Ermənistanın Baş naziri Nikol Paşinyan "Hraparak" qəzetini məhk�

İlon Maskın ən iddialı layihələrindən biri olan insanabənzər robot Opti
