Kadırovun müraciəti yayıldı: “Mənim xəstəliyim...”
Dünya 06 İyl 2025 18:10:00 76 0
Bir neçə gün əvvəl kiçik oğluna təmtəraqlı toy edən Çeçenistan rəhbəri Ramzan Kadırovun müraciəti yayılıb.
Bu xəbəri də oxu: Ermənistandan Ukraynaya cavab
Son.az musavat.com-a istinadla xəbər verir ki, müraciətə səbəb son günlər yenidən onun səhhəti və müalicə üçün ölkəni tərk edəcəyi ilə bağlı iddialardır. Kadırovun hər iki böyük oğlu Axmat və Zelimxan 2023 və 2024-cü illərdə ailə həyatı qurublar. Kadırovun kiçik oğlunu da erkən evləndirməsi də Çeçenistan rəhbərinin səhhəti ilə izah olunurdu.
Yada salaq ki, son yayılmış xəbərlərdə Kadırovun Kreml rəhbərliyi ilə müalicəyə getməsini razılaşdırdığı bildirilirdi. Bildirilirdi ki, Kadırov çox güman ki, uzunmüddətli məzuniyyət götürməli olacaq. Bu səbəbdən Çeçenistanın müvəqqəti rəhbəri vəzifəsinə etibarlı adam təyin edilməlidir. Mənbələr ən çox ehtimal olunan namizəd kimi respublikanın baş naziri Maqomed Daudovu göstərirdilər. "Çeçenistan hakimiyyəti çox güman ki, Kadırovun müalicə üçün xaricə getdiyini rəsmi elan etməyəcək. Bu, Kadırovun səhhəti barədə məlumatların gizli saxlanılması praktikasına uyğundur" - deyə, Çeçenistan administrasiyasına yaxın mənbə qeyd edirdi.
Kadırovu Rusiyadan kənarda müalicə almağa vadar edən səbəblər də yenə spekulyasiya mövzusu olaraq qalırdı. Bildirilirdi ki, ola bilsin ki, bu, yerli tibbə inamsızlıqdır və ya bu, xüsusi bir yanaşma tələb edən ciddi xəstəlikdir. Təxminən bir il əvvəl "Novaya qazeta" Kadırovun səhhətinin pisləşməsi, o cümlədən Qroznıdakı xəstəxanada qalması və şəhərdən kənara çıxmaqdan imtina etməsi barədə məlumat verib. Eyni zamanda, BƏƏ-də transplantasiya tələb olunduğu iddia edilən böyrək problemlərindən də bəhs edilib.
May ayında Kadırov özü tutduğu vəzifədən azad olunması üçün müraciət etdiyini açıqlayıb. Daha sonra isə bildirib ki, bir çoxları onun istefa ilə bağlı səsləndirdiyi fikirlərin mənasını anlamayıblar. "Mən xahiş edə bilərəm, amma qərarı yalnız prezident verir" - deyib.
Məşhur türkiyəli müğənni Əmrahın kiçik oğlunu görüntüsü viral olu

Qarqar çayının sağ sahilində, 6,4 hektar ərazidə Xankəndi Dəmir Yolu v�

Xəbər verdiyimiz kimi, müğənni Aysun İsmayılovanın keçmiş əri Ramil V

Bakı Sürət Festivalının qalibləri müəyyən olunub.

Xəbər verdiyimiz kimi, müğənni Ofelya Şabanovanın bir müddət əvvəl ə

NATO-nun baş katibi Mark Rutte "Nyu York Tayms" qəzetinə verdiyi m�

Xəbər verdiyimiz kimi, teleaparıcı və aktrisa Səhər Əkbər ana olmağa h

"ABŞ Prezidenti Donald Trampın ölkənin büdcə kəsirinin artmasına s�

Təhdidlər Hizbullahı təslim olmağa məcbur etməyəcək. Hərəkat həm sü

Türkiyəli aktyor Kerem Bursin və məşhur model Naomi Kempbell bir araya gəl

Teleqramda illik 1 milyon dollarlıq maaşı olan yeni iş yeri vakansiyası aç

Moskva və Sankt-Peterburq arasında hava əlaqəsi iflic olub.

Astroloqlar avqust ayında bəzi bürclərin xüsusi maliyyə uğuru yaşayacağ

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Texas ştatında daşqınlar n�
