KOB subyektlərinin layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 7ci qrant müsabiqəsinin nəticələri açıqlanıb FOTO
Digərləri 04 İyl 2025 15:57:00 87 0
Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 7-ci qrant müsabiqəsinin nəticələri açıqlanıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən keçirilmiş müsabiqəyə təqdim edilmiş layihələrdən 30-na ümumilikdə 500 min manatdan çox qrant vəsaitinin ayrılması barədə qərar qəbul olunub.
Bu xəbəri də oxu: Bakıda daha bir yol hər an ÇÖKƏ BİLƏR
Qalib layihələr kənd təsərrüfatı, sənaye, alternativ enerji, ətraf mühitin qorunması, xidmət, təhsil, maliyyə və s. kimi sektorlarda yeni məhsul və xidmətlərin, rəqəmsal həllərin yaradılması və təkmilləşdirilməsini, tədqiqatların aparılmasını və digər istiqamətləri nəzərdə tutur.
Layihələrin ekspertizası məqsədilə yaradılmış Ekspert Komissiyasının bu gün keçirilmiş iclasında qeyd edilib ki, 7-ci qrant müsabiqəsinə KOB subyektləri tərəfindən 287 layihə təqdim edilib. KOB subyektlərinə məxsus layihələrin 89-u hüquqi, 198-i fiziki şəxslərə, o cümlədən 275-i mikro, 12-i kiçik sahibkarlıq subyektlərinə məxsus olub. Müsabiqəyə təqdim olunmuş layihələrdən 85-i təhsil, 24-ü elm, 48-i tədqiqat, 130-u dəstək layihələridir.
Qeyd edək ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 7-cı qrant müsabiqəsinə sənəd qəbulu 15 aprel - 14 may 2025-ci il tarixlərində, layihələrin ekspertizası və qiymətləndirilməsi isə 16 may 2025-ci il - 16 iyun 2025-ci il tarixlərində həyata keçirilib. Ekspert Komissiyası tərəfindən layihələrin qiymətləndirilməsi zamanı Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq olunmuş meyarlara uyğun olaraq, onun mikro, kiçik və orta sahibkarlığın inkişafına təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki məqsədlər üçün tətbiq imkanları, layihənin icrası üçün lazımi təcrübənin və maddi-texniki bazanın mövcudluğu və digər bu kimi amillər əsas götürülüb. Qalib layihələrin hər birinə maksimum 20 min manata qədər maliyyə vəsaiti ayrılacaqdır.
ABŞ-nin Prezidenti Donald Tramp Ağ Ev ərazisində UFC döyüşünün təşkil

"AzerGold" QSC-nin təşkilatçılığı ilə həyata keçirilən &quo

Rusiyanın Moskva vilayətində Moskva Azərbaycanlılarının Regional Milli-M�

Tacikistan regional enerji bazarının yaradılmasında maraqlıdır.

Son günlər ölkədə qripə bənzər virus yayılır. Xəstəlik yüksək hər

Bir müddət əvvəl həbs edilən meyxanaçı "Mahir Ay Brat" ləqəb

"Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT,

"Media haqqında" Qanuna dəyişiklik və əlavələrə dair qanun lay

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib.

Milli Məclis informasiya agentliklərinə dair yeni tələbləri birinci oxunu�

Milli Məclis "İcra haqqında" qanuna təklif edilən dəyişikliklə

İyulun 4-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesin

İyulun 4-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesin

Milli Məclis Azərbaycanla Səudiyyə Ərəbistanı arasında iki Anlaşma Memo
