Bu dərmanları içməzdən əvvəl iki dəfə düşünün Vacib xəbərdarlıq
Digərləri 03 İyl 2025 04:04:00 69 0
Bəzi dərmanların və tibbi prosedurların böyrəklərə "zəhərli" təsir göstərə biləcəyi açıqlanıb. Nefroloq mütəxəssis Dos. Dr. Nadir Alpay xəbərdarlıq edir ki, ağrıkəsicilər, antibiotiklər, kontrast maddələr və bəzi təzyiq dərmanları böyrəklər üçün təhlükə yarada bilər. Bu dərmanlar qrupuna "nefrotoksik dördlük" adı verilir.
Bu xəbəri də oxu: Bilgəh çimərliyində boynu sınan gənc öldü
Son.az türkiyə mediasına istinadla xəbər verir ki, Dr. Alpay bildirir ki, xüsusilə yaşlılar, diabet xəstələri, böyrək xəstələri və risk qrupunda olanlar bu dərmanları qəbul edərkən diqqətli olmalıdırlar. Ağrıkəsicilər arasında xüsusilə NSAİİ qrupuna aid olan, kortizonsuz preparatların tez-tez istifadəsi böyrəklər üçün təhlükəlidir:
"Bu dərmanların zərərli təsiri üçün bəzən tək bir doza da kifayət edir. Alternativ olaraq parasetamol qrupuna aid ağrıkəsicilər böyrəklərə zərər vermir" .
Alpay onu da vurğulayır ki, fiziki terapiya üçün ortopedik klinikalara müraciət edən bir çox xəstəyə bu dərmanlar təyin edilir. Lakin xəstənin böyrək funksiyaları yoxlanmadan bu preparatların istifadəsi təhlükəli ola bilər.
NSAİİ preparatlarının mədə turşusunu artıraraq qastrit və ya xora kimi problemləri də şiddətləndirə bildiyi bildirilib. Böyrəklərə isə bu dərmanlar qan dövranını zəiflədərək zərər verir, çünki böyrəklər bədənin ən çox qan alan orqanlarından biridir.
Maqnit rezonans tomoqrafiya (MRT), kompüter tomoqrafiyası (KT) və angioqrafiya zamanı istifadə olunan yod əsaslı kontrast maddələr böyrəklər üçün zəhərli ola bilər. Alpay bildirir ki, bu maddələr bədəndən böyrəklər vasitəsilə süzülür və kanallarda yığılaraq zədələnməyə səbəb ola bilər.
"Həkimlər xəstənin böyrək analizlərini yoxlamadan bu görüntüləmə üsullarını dərmanlı şəkildə tətbiq etməməlidirlər. Mümkünsə dərmansız üsullara üstünlük verilməlidir" .
Fidan Son.az
Bu sözləri qida məsələləri üzrə ekspert İlkin Şirinov Hit.az-a açıql

Gecə boyunca yuxu alsanız belə, gün ərzində davamlı güc çatışmazlığ

Nəhərd asteroid Yerə doğru sürətlə irəliləyir. Əgər dəysə, həyatı

Aparıcı Elgiz Əkbər ailə həyatından danışıb.

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Kremlə bağlı media resurslar Azərbaycanın Yekaterinburq hadisələrinə ver

Azərbaycan Prezidenti İlham Əliyev "X"dəki hesabında ölkəmizdə

Rusiyanın E1.ru nəşri Yekaterinbuqrda ötən illərdə törədilmiş qətllə

Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10 kV-luq "Babək&qu

2024-cü il dekabrın 25-də Qroznıya yaxınlaşarkən vurulan AZAL-a məxsus &

Müğənni Natavan Həbibi Əməkdar artist Könül Kərimovanın ondan istəyin

Türkiyədə Bayburt ilə Erzurum sərhədində, dünya turuna çıxan Mehmet De

NATO-nun baş katibi Mark Rutte, ABŞ televiziyasında - Fox News kanalında ç�

Bəzi bürclərin altıncı hissi güclü, yuxuları isə gizli mesajlarla dolu
