Azərbaycan və Özbəkistan prezidentləri “Sea Breeze” istirahət mərkəzində olublar
Siyasət 02 İyl 2025 20:32:00 67 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Xəzər dənizinin sahilində yerləşən "Sea Breeze" istirahət mərkəzində olublar.
Bu xəbəri də oxu: Azərbaycan Prezidenti Qarabağın bərpasına köməyinə görə Özbəkistana minnətdarlıq edib
Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Sea Breeze"in təsisçisi Emin Ağalarov Azərbaycanın və Özbəkistanın dövlət başçılarına kurort ərazisində həyata keçirilən və qarşıdakı dövr üçün planlaşdırılan layihələr barədə məlumat verib.
Hazırda 500 hektar ərazini əhatə edən "Sea Breeze"də indiyədək 3 milyon kvadratmetrdən çox yaşayış və kommersiya daşınmaz əmlak layihəsi həyata keçirilib və istifadəyə verilib. Ötən dövr ərzində kompleksin ərazisində 500-dən artıq daşınmaz əmlak obyekti tikilib. Ərazidə artıq 20 min sakin yaşayır və 2028-ci ilə qədər onların sayı 50 mindən çox olacaq. Bütövlükdə layihə tam başa çatdırıldıqdan sonra burada 500 min sakin yaşayacaq. Bundan başqa, ümumilikdə, 50 hektar sahəni əhatə edən aypara şəklində nadir süni yarımadanın yaradılması nəzərdə tutulub.
İstirahət zonaları, parklar və çimərliklər üçün artıq 150 hektardan çox ərazi ayrılıb. Kurort-şəhərdə sakinlər və qonaqlar üçün rahat şəraitin yaradılması, eləcə də onların asudə vaxtının səmərəli təşkili məqsədilə zəruri infrastruktur qurulub, məktəb, uşaq bağçası, xəstəxana tikilib. Aparılan abadlıq işləri çərçivəsində təxminən 10 milyon bitki və ağac əkilib, nəticədə yaşıllıq sahələrinin ümumi ərazisi 300 hektara çatıb.
Bakının mərkəzindən cəmi 30 dəqiqəlik məsafədə yerləşən və müxtəlif formatda çoxsaylı daşınmaz əmlak obyektlərini bir araya gətirən "Sea Breeze" dünya miqyasında nadir layihə hesab olunur. Onun əsas layihələri sahilboyu yerləşir.
Hazırda "Sea Breeze" ərazisində 6560 nəfər işlə təmin olunub, gələcəkdə bu rəqəmin əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır. Layihəyə qoyulan ümumi investisiyanın həcmi artıq 3 milyard ABŞ dollarına çatıb, növbəti beş ildə isə 10 milyard dollardan çox sərmayə cəlb olunması nəzərdə tutulur. Qeyd edək ki, ərazidə məşhur özbək brendi olan "The Choyxona" restoranı da fəaliyyət göstərir.
Həmçinin Emin Ağalarov Çarvak su anbarında həyata keçiriləcək "Sea Breeze Uzbekistan" layihəsinin yenilənmiş master-plan konsepsiyasını təqdim edib. Son.az
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibinin və Rusiyan

Bakı şəhərində torpaq sahələrinin qiymətində artım tendensiyası davam

Xalq artisti Nazpəri Dostəliyeva açıqlaması ilə diqqət çəkib.

Rüşvət almaqda təqsirləndirilən Kənd Təsərrüfatı Nazirliyinin sabiq v

Uqanda ordusunun yaydığı rəsmi məlumata görə, Somalinin paytaxtı Moqadi�

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın bərpasına göstərdiyi köm�

Xaçmaz rayonunun Qadaşoba kəndində 15 yaşlı yeniyetmənin anasını qətl

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, tarzən Firuz Əliyevin 75 illik

Xalq artisti Firuz Əliyev "Qonaqcanlı" verilişinə oğulları Əli

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə

Müğənni Gülbən Ərgən Türkiyədəki qiymətlərdən gileylənib.

Əksər insanlar yumurtanı qaynadıqdan sonra suyunu heç düşünmədən kanal

Britaniyalı qadın üç yaşlı oğlunun iki ildir yemək yemədiyini bildirib.

İspaniyanın Miguel Hernandez Universitetinin və ABŞ-ın St. Cud Uşaq Araşd

Qədim heyvanların izləri onların hərəkət sürətini qiymətləndirmək ü
