Zelenski Səfərov qardaşlarının qətlinə görə Prezidentə başsağlığı verdi
Siyasət 01 İyl 2025 19:06:00 78 0
İyulun 1-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu xəbəri də oxu: "Rusiya bir vaxtlar İrəvanda ixtişaş törədə bilmədi, bizdə neynəyəcək?" YUNUS OĞUZ
Son.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Volodimir Zelenski Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarda həmvətənlilərimizin qətlə yetirilməsi ilə bağlı Ukrayna ictimaiyyətinin başsağlığını çatdırıb.
Dövlətimizin başçısı başsağlığına görə minnətdarlığını bildirib.
Prezident Volodimir Zelenski, həmçinin Ukrayna vətəndaşlarının İrandan təxliyəsi məsələsində Azərbaycanın dəstəyinə görə dövlətimizin başçısına təşəkkür edib.
Telefon söhbəti əsnasında ölkələrimiz arasında ikitərəfli münasibətlərin perspektivlərinə dair fikir mübadiləsi aparılıb, Hökumətlərarası Komissiyanın iclasının tezliklə Bakıda keçirilməsi ilə bağlı razılıq əldə olunub. Azərbaycanın və Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə bir daha qarşılıqlı dəstək ifadə edilib.
Ukrayna Prezidenti, eyni zamanda, Azərbaycanın ölkəsinə göstərdiyi humanitar yardımlara görə də minnətdarlığını bildirib.
Mütəxəssislər toxluq hissini uzun müddət qoruyub saxlayan və aclığı az

18:47 Rusiyanın Perm Diyar Məhkəməsi Müasir İncəsənət Muzeyinin (PER

2024-cü il dekabrın 25-də Qroznıya yaxınlaşarkən vurulan AZAL-a məxsus &

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əley

Türkiyənin Van şəhərində geniş müzakirələrə səbəb olan dəbdəbəli

Rusiyada yaşayıb, fəaliyyət göstərən azərbaycanlı müğənni Coni (Cahi

"Dənizkənarı Bulvar İdarəsi" Publik Hüquqi Şəxsin fəaliyyəti

Türkiyədə yaşayan azərbaycanlı Əməkdar rəssam Rəhim Məmmədov vəfat

Xəbər verdiyimiz kimi, bu gündən qohum evliliyi ilə bağlı qadağa qüvvə

Daxili İşlər Nazirliyinin (DİN) keçirdiyi əməliyyat nəticəsində saxlan

Avstraliyanın tanınmış aktyoru, teleaparıcısı və ssenaristi Donald MakDo

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin taleyinə aydınlıq

Altınbaş Universitetinin Qurucu Mütəxəssislər Şurasının sədri və Alt�

İnfluenser Aynişan Quliyeva etirafı ilə diqqət çəkib.
