Azərbaycan Milli QHT Forumu Rusiyada azərbaycanlıların zorakılığa məruz qalmasına dair bəyanat yayıb
Siyasət 30 İyn 2025 22:11:00 86 0
Azərbaycan Milli QHT Forumu Rusiyada azərbaycanlıların etnik mənsubiyyətinə görə qətl və zorakılığa məruz qalmasına dair bəyanat yayıb.
Bu xəbəri də oxu: Kaya Kallasın İrəvana səfəri: simvolik jest, yoxsa yeni münasibətlər?
Son.az xəbər verir ki, bəyanatda deyilir: "Biz - Azərbaycan vətəndaş cəmiyyətinin səsi olaraq, son zamanlar Rusiyada azərbaycanlıların etnik mənsubiyyətinə görə qətl və zorakılığa məruz qalmasının sistemli xarakter aldığını müşahidə edir, bunu hiddətlə qarşılayırıq.
2025-ci il iyunun 27-də Yekaterinburq şəhərində azərbaycanlılara qarşı məhkəmə mühakiməsi olmadan törədilmiş qətl və zorakılıqlar etnik və dini dözümsüzlük, irqi ayrı-seçkilik və faşizm nümunəsidir.
Faktlar, obyektiv təhlillər və çoxsaylı sübutlar göstərir ki, azərbaycanlılara qarşı bu cür cinayətlər çox vaxt rəsmi Moskvanın ən azı səssiz razılığı ilə sanksiyalaşdırılır.
Azərbaycan Respublikası hər zaman Rusiya ilə mehriban qonşuluq, dostluq və tərəfdaşlıq siyasətinə sadiqliyini nümayiş etdirib. Bu mövqe ölkəmizdə dövlət təhsil müəssisələrində rus bölmələrinin mövcudluğunu saxlaması, Rusiya ilə güclü mədəni əlaqələrin inkişafı, rus məktəbləri, teatrları, mədəniyyət mərkəzlərinin sərbəst fəaliyyəti, Azərbaycanda rus icmasına göstərilən xüsusi diqqət və qayğı, eləcə də qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi ilə təsdiqlənir. Biz Azərbaycanın Rus İcmasının Yekaterinburqda Rusiya güc strukturlarının qəddarlığını qətiyyətlə pisləməsini də təqdir edirik.
Biz Azərbaycan dövlətini çağırırıq ki, Rusiya Federasiyası tərəfindən azərbaycanlılara qarşı təhdid, hədə-qorxu və şantaj siyasətinin davam etdiyi indiki şəraitdə bu ölkə ilə bütün sahələrdə əməkdaşlıq və münasibətlər yenidən nəzərdən keçirilsin. Bu baxımdan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirlərini, o cümlədən konsertləri, festivalları, tamaşaları, sərgiləri ləğv etməsini təqdir edirik.
Ötən ilin sonu Rusiya səmasında vurulmuş AZAL təyyarəsi ilə əlaqədar bu günə qədər də günahkarların müəyyən edilərək mühakimə edilməməsi göstərir ki, Rusiya hakimiyyəti bu dəhşətli cinayətlərin açılmasında maraqlı tərəf deyil. Biz şəffaflıq, ədalət, qarşılıqlı hörmət tələb edirik.
Yekaterinburq şəhərində baş vermiş sonuncu cinayət əməli də yalnız Səfərovlar ailəsini deyil, bütün Azərbaycanı sarsıdır. Hər birimiz özümüzü Səfərovlardan biri hesab edirik".
"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmı�

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü ilin fevralında baş ver

"Respublika Perinatal Mərkəzi"ində 7 körpənin öldüyü yanğınl

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

21:07 Yekaterinburqda amansızlıqla qətlə yetirilən qardaşların meyiti

Bu sadə üsul başınızı daha az yumağa imkan verir, vaxta qənaət edir və

Bakı Piano Festivalı 2025-də dünya şöhrətli pianoçu və bəstəkar Mayk

Rusiyada qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovların nəşi yenidə

Rusiyanın Yekaterinburq şəhərində xüsusi amansızlıqla qətlə yetirilən

İlon Maskın neyrotexnologiya şirkəti "Neuralink" tərəfindən bu

Bakının Nəsimi rayonu ərazisində yerləşən ticarət mərkələrinin birin

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" kl

İnfluenser Aynişan Quliyeva keçmiş evliliyi ilə bağlı açıqlama verib.

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinə
