Uşaqlı qadınların əlavə məzuniyyət günləri nə qədərdir?
Digərləri 29 İyn 2025 17:27:00 65 0
Yay mövsümü başlayandan artıq çoxları istirahət planları qurur, məzuniyyət götürərək ailələri ilə dincəlmək istəyirlər.
Bu xəbəri də oxu: Azərbaycanda Rusiya ilə birgə keçirilməsi planlaşdırılan mədəniyyət tədbirləri ləğv edildi
Xüsusilə uşaqlı qadınlar üçün bu dövr həm fiziki, həm də emosional rahatlıq baxımından xüsusi ilə əhəmiyyətlidir.
Maraqlıdır, azyaşlı və ya bir neçə uşağı olan qadınların məzuniyyət hüquqları digər işçilərlə müqayisədə fərqlidirmi? Yəni onlara əlavə tətil günləri verilirmi?
Mövzu ilə bağlı "Cebheinfo.az"-a danışan "Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası"nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bildirib ki, iki və daha artıq uşağı, eləcə də uşağı əlil olan qadınlara əsas məzuniyyətlə yanaşı əlavə əmək məzuniyyəti də verilir:
"İki və daha artıq uşağı olan qadınlara, eləcə də uşağı əlil olan qadınlara əmək məzuniyyətinə əlavə olaraq 5 gün əlavə məzuniyyət verilir. Bu, məhz əmək məzuniyyəti çərçivəsində təqdim olunur.
Yəni belə qadınların əsas məzuniyyətinə əlavə olaraq, bu hallardan biri mövcuddursa, onlar 5 gün əlavə məzuniyyət almaq hüququna malikdirlər. Bundan başqa əlavə məzuniyyət hüququ da varsa, o da bunun üstünə gəlir".
Sahib Məmmədov qeyd edib ki, həmçinin, əmək və ya sığorta stajına əsasən verilən əlavə məzuniyyət günləri də bu müddətə əlavə olunur:
"Məsələn, əmək stajına və yaxud sığorta stajına görə məzuniyyət verilir. Əgər əmək stajı 5 ildən 10 ilə qədərdirsə, 2 gün, 10 ildən 15 ilə qədərdirsə, 4 gün, 15 ildən çox olduqda isə 6 gün əlavə məzuniyyət təqdim edilir".
"DREAM FEST 2025" beynəlxalq musiqi festivalı iyulun 23-dən 26-dək

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin piyada əleyhinə minaların is

Goranboyda mikroavtobusla minik avtomobili toqquşub, azı beş nəfər yaralan�

Türkiyənin sevilən aktrisalarından Hilal Altınbilekin növbəti layihəsi b

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovun başçılığı ilə p

"İsrailin hücumlarından sonra saatlarla dağıntılar altında qaldım&q

Avropanın aparıcı ortoped və fizioterapevtləri skoliozun (onurğa sütununu

1980-ci illərdə Birləşmiş Millətlər Təşkilatının Kosmos Müqaviləsin

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasi

Osmanlı imperiyasında yalnız xalq inancı kimi qəbul edilən "hortlak&q

Rusiyanın Maqadan bölgəsində baş verən güclü axın sahilboyu ərazilərd

Rusiyalı aktyor Vadim Alferov Ukraynada aparılan hərbi əməliyyatlar zamanı

Xəbər verildiyi kimi, Füzuli rayonu, Kərimbəyli kəndində 1 nəfər vətə
