Rusiya hüquqmühafizə orqanları azərbaycanlılara qarşı həyata keçirilmiş əməliyyat barədə məlumat yaydı
Digərləri 28 İyn 2025 19:00:00 89 0
Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda azərbaycanlılara qarşı həyata keçirilmiş əməliyyat barədə məlumat yayıb.
Bu xəbəri də oxu: "Qardaşlarımı Qarabağda dəfn etmək istəyirik" Seyfəddin Hüseynli
Son.az xəbər verir ki, Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsinin məlumatında bildirilir ki, Rusiyanın Sverdlovsk vilayətində bir sıra qətllərdə və adam öldürməyə cəhddə şübhəli bilinən etnik cinayətkar qrupun fəaliyyəti dayandırılıb, bir neçə nəfər saxlanılıb.
Qeyd olunub ki, saxlanılan şəxslər Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsi (bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq törədilmiş qətl; muzdlu qətl; muzdlu adam öldürməyə cəhd) ilə ittiham olunurlar.
İstintaqın məlumatına görə, etnik cinayətkar qrupun tərkibində olan şəxslər 2001, 2010 və 2011-ci illərdə Yekaterinburq şəhərində törədilmiş bir sıra qətllər və qəsdən adam öldürməyə cəhddə iştirak ediblər.
Bildirilib ki, artıq bir neçə şübhəli şəxs əməlini etiraf edib, istintaqla əməkdaşlıq edir, həmin şəxslərin yaşayış yerlərində axtarışlar aparılıb. Saxlanılan şəxslər barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə baxılır.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Yekaterinburqda azərbaycanlıların yaşadığı 10-dan çox mənzildə əməliyyat keçirilib. Əslən Ağdamdan olan Səfərovlar ailəsinin əksər üzvləri tutulub. Əməliyyat zamanı iki qardaş - Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb, xeyli azərbaycanlı saxlanılıb. Bir neçə nəfər xəstəxanaya yerləşdirilib.
Hadisə ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Rusiya tərəfindən məsələyə aydınlıq gətirilməsini istəyib. Bundan başqa, iyunun 28-də Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Xarici İşlər Nazirliyinə çağırılıb.
Rusiya tərəfinə 27 iyun 2025-ci il tarixində həmvətənlərimizin yaşadığı mənzillərdə Rusiyanın təhlükəsizlik qüvvələri tərəfindən iki azərbaycanlının qəddarlıqla qətlə yetirildiyi, bir neçə nəfərin ağır bədən xəsarətləri aldığı, doqquz nəfərin həbs edildiyi reydləri ilə bağlı kəskin etiraz bildirilib. /APA
ŞahzadəHarri və Meqan Markl beş il əvvəl dünyanı heyrətləndirən bir q

Xəbər verdiyimiz kimi, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə 27 ya�

İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossini

Şair Nazilər Səfərli ona ən çox ünvanlanan suala cavab verib.

İspaniyanın paytaxtı Madrid yaxınlığındakı kiçik Boadilja-del-Monte ş�

Türkiyənin məşhur turizm bölgələrindən olan Bodrum təkcə mavi dənizi

Xəbər verdiyimiz kimi, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə 27 ya�

Bakı Piano Festivalı 2025 Avstriya musiqiçilərinin konserti ilə davam edib.

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutun

Son vaxtlarda teleqram hesablarının oğurlanması yenidən kütləvi hal alıb

Sabah Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətini

Türkiyədə temperaturun kəskin artdığı bir vaxtda meteoroloqlardan gözlə

Son.az xəbər verir ki, İran mediası ölkənin Ali dini liderinin müşaviri
