Bu gün Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür
Digərləri 28 İyn 2025 10:13:00 83 0
Bu gün Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi Həsən bəy Zərdabinin doğum günüdür.
Bu xəbəri də oxu: Bir müddət əvvəl qızının adına dönərxana açmışdı, qəzada öldü
Trend xəbər verir ki, anadan olmasından 188 il ötsə də, müsəlman Şərqində ilk xeyriyyəçilik hərəkatının, milli teatrımızın və milli mətbuatımızın banisi, ilk təbiətşünas, təkamülçü alimi Həsən bəy Zərdabi böyük hörmət və ehtiramla anılır.
O, 1837-ci il iyunun 28-də Göyçay qəzasının Zərdab kəndində anadan olub. İlk təhsilini mollaxanada alıb, orta təhsilini Tiflisdə tamamlayıb. Moskva Universitetini bitirib. İxtisasca təbiətşünas olan Zərdabi 1869-cu ildə Bakı şəhərində rus dilində orta məktəbdə təbiətşünaslıqdan dərs deməyə başlayıb. 1873-cü ildə Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlov ilə birgə Mirzə Fətəli Axundzadənin "Hacı Qara" və "Lənkəran xanının vəziri" komediyalarını tamaşaya qoyub.
1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin açılmasında yaxından iştirak edib.
1875-ci il iyulun 22-də Azərbaycanda ilk milli qəzet olan "Əkinçi"nin nəşrinə başlayıb. Lakin qəzetin ömrü uzun çəkmir və 1877-ci il sentyabrın 29-da nəşri dayandırılır.
1880-1890-cı illərdə Həsən bəyin Bakıda və Tiflisdə çıxan "Ziya", "Kəşkül", "Kaspi", "Novoye obozreniye" və digər qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələri nəşr olunub.
Ömrünün sonlarına yaxın Bakı Şəhər Dumasının maarif şöbəsində işləyib.
1907-ci il noyabrın 28-də vəfat edib və Köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunub. Məzarı 1957-ci ildə Fəxri xiyabana köçürülüb.
Azərbaycan Təbiət Tarixi Muzeyi, Gəncə Pedaqoji İnstitutu Həsən bəy Zərdabinin adını daşıyır.
ABŞ Prezidenti Donald Tramp 12 günlük müharibə vaxtı İranın Ali Rəhbər

Əməkdar artist Rəhman Rəhmanov xəstəxanaya yerləşdirilib.

18 yaşlı qızlar 60 yaşlı kişilərlə evlənib.

Meyxanaçı Rüfət Nasosnu boşanmaların səbəbinin sosial şəbəkələr old

Əncir mədə və bağırsaq üçün tapıntı hesab olunur.

20 dəqiqədə hazır olan yeməklər - Gündəlik həyatda vaxtı az olanlar ü

Evimizdə demək olar ki, hər kəsin istifadə etdiyi bu dezodorant sağlamlıq

Yaxın vaxtlarda Birləşmiş Ərəb Əmirliklərində uçan avtomobillər peyda

Yayda əksər insanlar "soyuq" yeməklərə üstünlük verir, lakin b

Qulaq təmizliyi gündəlik şəxsi gigiyena baxımında mühüm yer tutur. Laki

Müğənni İbrahim Borçalı sosial mediada etdiyi son paylaşımı ilə izləy

Son vaxtlarda teleqram hesablarının oğurlanması yenidən kütləvi hal alıb

Bakıda xanım sürücü qəribə qəza törədib. Son.az xəbər verir ki, d

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
