Azərbaycanın QDİƏT sədrliyi çərçivəsində XİN rəhbərləri Şurasının 50ci yubiley iclası təşkil olunub
Siyasət 27 İyn 2025 21:58:00 59 0
27 iyun tarixində Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası videokonfrans formatında təşkil olunub.
XİN-dən Son.az-ə bildirilib ki, iclas zamanı müxtəlif sahələr üzrə QDİƏT daxilində mövcud təşəbbüslərin və yeni layihələrin reallaşdırılması, Təşkilatın müxtəlif sahəvi İşçi Qruplarının fəaliyyətinin nəticələri, QDİƏT-Avropa İttifaqı münasibətlərinin inkişaf etdirilməsi və təşkilatın iqtisadi gündəliyinin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, QDİƏT-in əlaqəli qurumları ilə əməkdaşlığın xüsusi rolunu nəzərə alaraq, onlarla mövcud qarşılıqlı fəaliyyət nəzərdən keçirilərək hazırkı əməkdaşlığın gücləndirilməsi üçün gələcək imkanlar müzakirə olunub.
QDİƏT regionunda əməkdaşlığın hazırkı durumu və inkişaf perspektivlərinə dair üzv ölkələrin nümayəndə heyətləri rəhbərlərinin çıxışları səsləndirilib, müvafiq qərar, tövsiyə və qətnamələr Nazirlər Şurası tərəfindən qəbul edilib.
Üzv ölkələr və QDİƏT Baş Katibi öz çıxışlarında son yarım il ərzində təşkilatın fəaliyyətini sədr ölkə qismində "Bağlantıların gücləndirilməsi, inkişafın təşviqi" şüarı altında fəal, inklüziv və effektiv şəkildə əlaqələndirdiyinə və irəlilətdiyinə görə Azərbaycan tərəfinə öz minnətdarlığını ifadə ediblər. Toplantının sonunda təşkilatda sədrlik növbəti altı ay müddətinə Bolqarıstana təhvil verilib.
Azərbaycan Respublikasının sədrliyi dövründə QDİƏT çərçivəsində regional iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, nəqliyyat, enerji, rəqəmsallaşma və ticarət sahələrində inteqrasiyanın təşviqi istiqamətində ardıcıl və məqsədyönlü iş aparılıb. Azərbaycan eyni zamanda, QDİƏT Biznes Şurasına və QDİƏT Parlament Assambleyasına (PABSEC) da sədrlik edib və bu format çərçivəsində üzv dövlətlərin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət ayırıb.
Keçmiş parıcı Günel Musəvi hindistanlı iş adamı ilə ailə qurmasından

Uşaqlar arasında parvovirus yayılıb.

ABŞ 25 iyunda Çinlə yeni ticarət razılaşması imzalayıb və tezliklə Hin

İran İslam Respublikasının Ermənistan Respublikasındakı səfiri Mehdi Sob

İki mövsüm boyunca yayımlanan "Kızıl Goncalar" serialında canla

"Azərbaycanfilm" kinostudiyası başqa əraziyə köçürülməlidir&

Dünyanın nüfuzlu maliyyə qurumlarından biri olan JP Morgan, ABŞ dolların�

Polis Ermənistan İstintaq Komitəsinin yaxınlığında arxiyepiskop Mikael Ac

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi sertifikasiya imt

Amerikalı ulduz Cenifer Lopez 2025-ci il avqustun 5-də İstanbulda verəcəyi

Son illər Ermənistanın daxilində müşahidə edilən siyasi gərginlik, hüq

Son dövrün məlumatlarına əsasən, bədən kütlə indeksi (BKİ) insan ömr

Qlobal nüvə müharibəsindən sonra sağ qalmaq demək olar ki, mümkün olmay

İyunun 26-da "Axiom Space Ax-4" missiyası çərçivəsində dörd as
