Bibliyanın xəbərdarlığı reallaşır: Nəhəng çay quruyur Təhlükə nədir?
Digərləri 26 İyn 2025 06:06:00 90 0
İnsanlar qədim dövrlərdən bəri Fərat və Dəclə çaylarının qurumasından narahat olublar. Müasir dövrdə isə bu narahatlıq artıq reallığa çevrilmək üzrədir. Bibliyada "Apokalipsis"lə əlaqələndirilən bu təbii prosesin arxasında fövqəltəbii deyil, olduqca real ekoloji səbəblər dayanır - əsasən iqlim dəyişikliyi və uzunmüddətli quraqlıqlar.
Bu xəbəri də oxu: Yayı unudulmaz keçirəcək BÜRCLƏR
Son.az xəbər verir ki, "IFLScience" nəşrinin yazdığına görə, Fərat çayı Dəclə ilə birlikdə Türkiyə, Suriya və İraq ərazilərindən keçərək Fars körfəzinə tökülən və Qərbi Asiyanın ən böyük çay sistemini təşkil edən bir təbii arteriyadır. Onun hövzəsi həmçinin İranın bir hissəsini də əhatə edir.
Sürətlə gedən quruma prosesi
İraqın Su Resursları Nazirliyinin 2021-ci il tarixli rəsmi hesabatında bildirilirdi ki, davam edən quraqlıq və suyun səviyyəsinin azalması nəticəsində bu çayların 2040-cı ilədək tamamilə quruma ehtimalı var. Cəmi bir neçə onillik ərzində Fərat-Dəclə sistemindəki su axını illik orta göstəricilər ilə müqayisədə demək olar ki, yarıyadək azalıb.
NASA-nın peyk təsvirləri göstərir ki, 2003-2013-cü illər arasında bu iki çay hövzəsində 144 kub kilometr həcmində şirin su ehtiyatı itirilib. Bu isə tarixi ərzində qeydə alınmış ən aşağı su səviyyələrindən biridir.
Qlobal iqlim böhranı ilə bağlılıq
Quruma prosesi əsasən qlobal iqlim dəyişikliyinin nəticəsidir. Yaxın Şərq bölgəsi iqlim dəyişikliyinə qarşı ən həssas regionlardan biri hesab olunur. Çünki burada su resurslarının çatışmazlığı problemi illərdir davam edir və daha da dərinləşir. Hazırda təxminən 60 milyon insan, əsasən Türkiyə və İraqda, məhz Fərat-Dəclə su sistemindən asılı vəziyyətdədir.
2000-ci illərdən etibarən bu çay hövzəsinin beynəlxalq idarəçiliyi üzrə əməkdaşlıq dayanıb. Bu isə həm yerli, həm də regional səviyyədə rəqabəti və geosiyasi gərginliyi artırır.
"Gələcək əsr ərzində biz çoxsaylı "su müharibələri"nin şahidi ola bilərik. Dövlətlər və silahlı qruplaşmalar suya nəzarət uğrunda mübarizə aparacaq", deyə araşdırmada qeyd edilir.
Marsda qurulacaq koloniyalarda astronavtlar həm fiziki, həm də psixoloji bax�

Azərbaycanda bir yaşadək uşaqlar arasında ölüm halları azalıb.

Ağciyər xəstəlikləri üzrə mütəxəssis həkim Huri Özkan Yılmaz vurğu

Xalq artisti Mələkxanım Eyubova sosial şəbəkədə səhhətində yaranan pr

Tovuzda baş vermiş zəhərlənmə hadisəsinin təfərrüatı məlum olub.

Azərbaycan Prezidenti İlham Əliyev 26 İyun - Silahlı Qüvvələr Günü mü

Bu gün Azərbaycanın sabit və təhlükəsiz ölkə olması təsadüfi deyil.

26 iyun 2025-ci il üçün bürclərə ulduz falı:

Məşhur türkiyəli aktrisa Ezgi Mola əri Mustafa Aksakallıdan boşanmaq qər

Sertifikatlaşdırma prosesi həm də maraqlı anlarla yadda qalıb.

Bir neçə gün öncə beyninə qan sızan aktyor Vüsal Murtuzəliyev açıqlam

Bir neçə gün əvvəl sosial şəbəkələrdə müğənni Şəbnəm Tovuzlunun

Bir çox sürücü yanacaq buxarlarının nəzarətdə saxlanması üçün qura�
