Əsgərin 40 dərəcə hərarəti olubmuş... Ölümü ilə bağlı həbs edilən var
Digərləri 23 İyn 2025 15:55:00 84 0
Naxçıvandakı N saylı hərbi hissədə əsgər Əsədli Əsgər Firuz oğlunun ölümü ilə bağlı hərbi-hissənin tibb məntəqəsinin rəisi cinayət məsuliyyətinə cəlb edilib.
Bu xəbəri də oxu: Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədova hökm oxundu
Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, gizir Rüstəm Mustafayev 40 dərəcədən yuxarı hərarətlə tibb məntəqəsinə müraciət edən əsgəri lazımi qaydada müayinə etməyib və onu ixtisaslaşmış tibb müəssisəsinə göndərməyib.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs əsgərin ağır vəziyyətdə olduğunu bildiyi halda ona müxtəlif vitamin preparatlarını venadaxili yeridib. Bundan sonra əsgərin vəziyyəti daha da pisləşib, qısa müddət sonra vəfat edib.
Mustafayev Cinayət Məcəlləsinin 342.1-1-ci (Rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə mühakimə edilib.
Mərhum əsgərin atası məhkəmədə ifadə verərək R.Mustafayevdən şikayətçi olduğunu, onun laqeydliyi ucbatından oğlunu itirdiyini deyib. Hüquqi varis təqsirləndirilən şəxsin qanunauyğun cəzalandırılmasını istəyib.
Müttəhim də ittihamla razılaşıb, özünü tam təqsirli bilib. Gizir Mustafayev deyib ki, Naxçıvan Tibb Kollecini bitirib. Məzun olduqdan sonra hərbi hissədə işə başlayıb. Bu hadisə vaxtı o, hərbi-hissənin tibb məntəqəsinin rəisi, feldşer işləyib. Hazırda isə yalnız feldşer kimi xidmət edir. Təqsirləndirilən şəxs əsgərin ölümündə günahkar olduğunu etiraf edərək məhkəmədən yüngül cəza verilməsini xahiş edib.
Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə Rüstəm Mustafayev təqsirli bilinib. Ona cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 4 il 5 ay müddətinəazadlıqdan məhrum edilib. Hökmə kimi azadlıqda olan gizir məhkəmə zalında dərhal həbs edilib.
"İran xalqı möhtəşəm bir mədəniyyətin varisləridir" .

Hazırda İran və Azərbaycan arasında həm beynəlxalq, həm də iki ölkə a

Tanınmış həkim-kosmetoloq Elnarə Canlının rəhbərlik etdiyi kosmetoloji

Azərbaycan Xarici İşlər Nazirliyi Dəməşqdə kilsədə baş verən terror

ABŞ-nin Suriyanın şimal-şərqində Al Hasakah şəhərində yerləşən hər

İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri hazırda İranın Kirmanşah

Paytaxtın Suraxanı rayonundakı 282 nömrəli tam orta məktəbin 10-cu sinif

Rəqqasə Fatimə Fətəliyeva etdirdiyi plastik əməliyyatlarından danışıb

İyunun 23-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesi

İran-İsrail hərbi münaqişəsi başlayandan qonşu ölkədən Azərbaycana �

Birləşmiş Ştatların son düşmənçilik hərəkətləri İran Silahlı Qüv

"Yenə yanacaqlarımızda problem var, rəngi dəyişib".

Qida təhlükəsizliyi ilə bağlı narahatlıq doğuran hadisə qeydə alınıb
