İcra Hakimiyyətinin “yox” dediyi bu ada məhkəmə icazə verdi
Digərləri 20 İyn 2025 13:52:00 70 0
Naxçıvanda valideynlər oğullarına "Eray" adını vermək istəyiblər, lakin İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyası bu müraciəti rədd edib.
Son.az modern.az-a istinadən xəbər verir ki, uşaq 2020-ci ildə doğulub və sənədlərdə adı Elmirdir.
Valideynlərin sözlərinə görə, oğulları doğulduğu gündən evdə hamı ona "Eray" deyə müraciət edir və uşaq da bu ada adət edib.
İcra Hakimiyyəti isə adın dəyişdirilməsi üçün əsas olmadığını bildirib və Elmir adının uşağın mənafeyinə zidd olmadığını əsas gətirib. Qeyd edilib ki, Eray adı Elmir adı ilə müqayisədə əhəmiyyətli fərqlilik təşkil etmir.
Valideynlər bu qərardan məhkəməyə şikayət veriblər. Məhkəmə isə onların arqumentlərini əsaslı sayıb və qeyd edib ki, uşağın adı onun fərdiyyətini və sosiallaşmasını ifadə edir, valideynlərin birgə razılığı olduqda adın dəyişdirilməsi mümkündür.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən məhkəmənin sorğusuna cavab olaraq bildirib ki, Eray şəxs adı dilimizdəki "ər" kökündən yaranıb. Həmin kökün "er" variantı dilimizdə mövcud olmadığı üçün bu adın onomastik adlar sistemində Azərbaycan ədəbi dilinin normalarına uyğun yazılış forması "Əray" şəklindədir.
Ədliyyə Naziriliyi isə son beş ildə ölkədə 48 uşağa "Eray" adı verildiyini bildirib. Dil normaları baxımından da bu adın istifadəsində problem yoxdur.
Nəticədə məhkəmə Komissiyanın imtina qərarını ləğv edib və uşağın adının Elmirdən Eraya dəyişdirilməsinə icazə verilməsi barədə qərar çıxarıb.
İran Azərbaycanın ticarət tərəfdaşlarından biridir. Ölkəyə gətirilə

Binəqədi yolunda aparılan işlər ilə bağlı yolda iki həftədən çoxdur

18 iyun tarixində Bakının mərkəzində yerləşən "Pasifico" klub

Bakıda yol-nəqliyyat hadisəsi baş verib, piyada həyatını itirib.

Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə he

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Çin Xa

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia

İranın dini liderinin müşaviri Əli Şamxani sağ olduğunu, lakin ağır ya

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) "8№-li Avtom

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səla

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Prezidentinə

"Hazırda Oğuz-Qəbələ-Bakı su kəməri vasitəsilə ötürülən su Ba

Massaçusets Texnologiya İnstitutunun (MIT) Media Laboratoriyası tərəfindən

Üç il əvvəl, 2022-ci ilin oktyabrında Ermənistanın baş naziri Nikol Paş

Azərbaycanda iyunun 21-də havanın əsasən yağmursuz keçəcəyi gözlənili
