TimorLeste Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Siyasət 19 İyn 2025 18:35:00 67 0
Timor-Leste Demokratik Respublikasının Prezidenti Coze Ramuş-Horta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Son.az xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Milli bayramınız - 28 May - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırıram.
Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə yaradılmasının qeyd olunduğu bu tarixi gün çətin dövrdə belə azadlıq, demokratiya və bərabərlik ideallarını cəsarətlə və inamla qorumağı bacaran xalqın mətanətini bütün dünyaya xatırladır.
Ötən onilliklər ərzində Azərbaycan tarixi yol keçərək bizi ruhlandıran yenidənqurma işləri ilə müasir, inkişaf etmiş bir dövlət qurmuş, suverenliyini bərpa etmişdir.
Ölkələrimiz arasındakı dostluğa görə Sizə minnətdarlığımızı çatdırır, siyasi əlaqələrin, eləcə də təhsil, mədəniyyət, enerji, davamlı inkişaf, çoxtərəfli dialoq sahələrində ikitərəfli münasibətlərin möhkəmləndirilməsinin davam etdirilməsi ilə bağlı niyyətimizi bir daha bildirirəm.
Zati-alinizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq arzulayıram".
Xəzər rayonu, Qala qəsəbəsində qaz tənzimləyicinin quraşdırılması, S

Mozambikli sosial media fenomeni Ana Barbara Buhr Buldrini İstanbuldakı özəl

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycan Respublikasın�

Keniya Respublikasının Prezidenti Uillyam Samoei Ruto Azərbaycan Respublikas�

Soyuducu anbarlara tələbat, Azərbaycanın ekoloji turizm potensialı, dəri v

Maykl Ceksonun keçmiş vəkili pop kralının ölümünün əsl səbəbini bild

İsrail ordusu İranın Arak bölgəsində yerləşən nüvə reaktorunu uğurla

Xalq artisti Afaq Bəşirqızı açıqlamaları ilə diqqət çəkib.

Tale bizə Azərbaycan torpaqlarının 30 illik işğaldan azad edilməsinin şa

Kahramanmaraşdakı "Azərbaycan" məhəlləsi xalqlarımızın talel�

"WhatsApp"da uzun müddətdir gözlənilən reklamlar artıq tətbiq o

Lənkəranda toya gedənlər qəzaya düşüb.

Məlum olduğu kimi, Rusiya-Ukrayna müharibəsi davam edir.

Müğənni İradə İbrahimova yeni görüntüsü ilə diqqət çəkib.

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinə yeni rəis təyin edilib.
