İlham Əliyev Nataliya Kiselovanı qəbul edib FOTO
Siyasət 18 İyn 2025 13:46:00 87 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 18-də Bolqarıstan Respublikası Milli Assambleyasının sədri Nataliya Kiselovanı qəbul edib.
Bu xəbəri də oxu: İlham Əliyev: Ermənistan azərbaycanlıların öz dədəbaba yurdlarına qayıtmaq hüququna hörmətlə yanaşmalıdır
Son.az xəbər verir ki, Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin strateji xarakter daşıdığını deyərək, əməkdaşlığımızın genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərləri və həyata keçirilən birgə layihələri qeyd etdi. Siyasi münasibətlərimizin yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı son illərdə enerji sahəsində aktiv qarşılıqlı fəaliyyətin həyata keçirilməsindən məmnunluğunu bildirdi.
Azərbaycan Prezidenti Nataliya Kiselovanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Bakıda keçirilən toplantısında iştirakının önəminə toxundu, səfərin səmərəli olacağına və ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirəsi üçün də yaxşı imkan yaradacağına ümidvarlığını ifadə etdi.
Qəbula görə dövlətimizin başçısına minnətdarlıq edən qonaq ölkələrimizin əlaqələrinin inkişafından məmnunluğunu bildirdi, Azərbaycanla Bolqarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni vurğuladı.
Nataliya Kiselova Heydər Əliyev Fondunun dəstəyi ilə Bolqarıstanın Veliko-Tarnovo şəhərində Trapezitsa Arxeoloji Muzey Qoruğunun bərpasını xatırladaraq, bunun bolqar xalqı tərəfindən yüksək qiymətləndirildiyini dedi və bu layihənin həyata keçirilməsinə görə Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya minnətdarlığını ifadə etdi.
Söhbət zamanı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Bakıda keçirilən toplantısının əhəmiyyətinə toxunularaq, bu tədbirin quruma üzv ölkələrin parlamentləri arasında əməkdaşlığın genişləndirilməsində rolu vurğulandı. Assambleyaya sədrliyin Azərbaycandan Bolqarıstana keçdiyi bildirilərək, ölkəmizin bu təşkilata yüksək səviyyədə sədrlik etdiyi qeyd olundu.
Görüşdə ölkələrimizin beynəlxalq təşkilat çərçivəsində uğurlu əməkdaşlığı və bir-birini dəstəkləməsi qeyd edildi, iqtisadi-ticari, enerji, o cümlədən bərpaolunan enerji və digər sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsi üçün geniş imkanların olduğu bildirildi.
Dünyada baş verən qlobal istiləşmə ekoloji tarazlığın və enerji balans

Ermənistanın Baş naziri Nikol Paşinyan tanınmış iş adamı Samvel Karapet

İranın hüquq-mühafizə orqanları ölkənin cənub-qərbində İsrailin MOSS

Nardaran ərazisindəki qayalığın satışa çıxarılması ilə bağlı xəb�

Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində qəza baş verib.

Ermənistan azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmaq hüququna

Azərbaycan Respublikası Nazirlər Kabineti 12 iyun 2025-ci il tarixində ölk�

Azərbaycanda avtomobillərlə bağlı vahid məlumat bazasının yaradılması

Prezident İlham Əliyev "Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanl

İyunun 18-i saat 13:00-dan 17:00-dək istismar müddəti başa çatmış və is

Cəbhə xətti təkcə səngərlərdən və hava hücumlarından keçmir. Müasi
