Bakıda aktyor və xanımını kim, niyə öldürdü? Təfərrüat
Kriminal 17 İyn 2025 21:00:00 64 0
Qısa arayış...
Bu xəbəri də oxu: Bakıda ilin rəqs tədbirləri keçiriləcək WADF World Championships & World Cups 2025 –
2024-cü il oktyabrın 22-də Bakıda yaşlı ər-arvad qətlə yetirilir. Polis və prokurorluq əməkdaşları dərhal məlumat üzrə hadisə yerinə yollanır. Məlum olur ki, cinayət Nəsimi rayonu Hüseynbala Əliyev küçəsi, ev 3, mənzil 86-da baş verib. Divanın qarşısında 85 yaşlı İosif Tkaç və onun arvadı, 80 yaşlı Lyudmila Tkaçın meyitləri aşkar edilib. Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində Salyan rayonun Aşağı Kürkənd kəndində doğulan 1973-cü il təvəllüdlü İslam Hadıyev saxlanılıb.
Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, Lyudmila Tkaç İslam Hadıyevə 2024-cü il yanvarın 14-də oğurladığı 50.300 manat pul vəsaitini könüllü şəkildə qaytarmayacağı halda onu polisə şikayət edəcəyini bildirib. Buna görə İslam qadını və onun ərini öldürmək qərarına gəlib. Bu məqsədlə oktyabrın 21-i saat 14 radələrində onların yaşadığı ünvana gedib müşahidə aparıb. Lyudmila Tkaç evdən tək çıxıb, yaxınlıqda yerləşən mağazaya gedib və bazarlıq edərək, geri qayıdıb. Qapının kilidi müəyyən müddət açarla bağlanmayıb, İslam Hadıyev də bundan istifadə edib və saat 16 radələrində qapını açaraq içəri keçib. Aktiv müqavimət göstərə bilməyən İosif Tkaçın üzünə yumruqla zərbələr vuraraq, onu yerə yıxıb. Onun hərəkətlərinə mane olmaq üçün üzərinə gələn qadının da başına və üzünə yumruqla zərbələr vurub. Otaqdakı masanın üzərindən məişət təyinatlı bıçağı götürüb, yerdə müqavimətsiz halda uzanmış İosif Tkaçın, ardınca da arvadının boyun nahiyyəsinə çoxsaylı zərbələr endirib. Daha sonra qadına məxsus əl çantasından 1800 manat və 5 avro məbləğində pul vəsaitini götürüb. Otaqdakı əşyaları meyitlərin üstünə ataraq evi tərk edib. Beləliklə, İslam Hadıyev quldurluqla əlaqədar ər-arvadı öldürüb.
İş üzrə dindirilmiş İslam Hadıyev bildirib ki, 2021-ci ildə Bakıda, Binəqədi qəsəbəsində torpaq sahəsi alaraq, ev tikib. Fərdi qaydada santexnik işləyib:
"Yaşadığım qəsəbədə iş olmayan vaxtlarda 3-cü mikrorayon dairəsi ətrafına gedərək, orda usta axtaran müştəriləri gözləyirdim. 2022-ci ilin yay aylarında bazarda tanımadığım yaşlı kişi və qadınla tanış oldum. Onlara yaxınlaşıb öyrəndim ki, evlərində partlamış kanalizasiya borusunu təmir etmək üçün usta axtarırlar. Hər ikisi rus dilli idi, Azərbaycan dilində çətinliklə danışırdılar. Razılaşandan sonra onlarla birlikdə "Memar Əcəmi" metrosunun yaxınlığında yerləşən 5 mərtəbəli binanın qarşısına gəldik. 4-cü mərtəbəyə qalxdıq. Mətbəxdə əl-üz yuyanın altındakı kanalizasiya borusunu təmir edəndən sonra qadın mənə xidmət haqqı olaraq 35 manat verdi. Mobil nömrəmi istəyib dedi ki, təmir işi lazım olanda mənimlə əlaqə saxlayacaq. 2-3 aydan sonra həmin qadın "Whatsapp" tətbiqi vasitəsilə mesaj göndərərək, paltaryuyan maşını təmir etmək lazım olduğunu bildirdi. Qadına İrina, kişiyə isə Eldar deyə müraciət edirdim. Əsl adlarını sonradan öyrəndim. 2024-cü ilin əvvəllərində qadın evdəki zibilləri yığmaq və stolu təmir etmək üçün məni yaşadıqları ünvana çağırdı. Evi təmizləyərkən, girişdən soldakı otaqda, yerdə tünd rəngli sellofan paketdə pul olduğunu gördüm.
Həmin torbanı yığdığım zibillərin arasında gizlətdim və işimi qurtarandan sonra evdən çıxdım. Öz evimdə açıb paketin içərisinə baxanda, orda təxminən 17000 dollar, 10000 manat və dəqiq yadımda qalmadığı məbləğdə avro gördüm. Pulları həyətdə, torpağı qazıb orda gizlətdim. Təxminən 2-3 gündən sonra Lyudmila zəng edərək, işi olduğunu deyib məni evə çağırdı. Qadın paketdə olan təxminən 50.000 manat pulu mənim oğurladığımı və həmin məbləği geri qaytarmağımı dedi. Təbii ki, evlərindən heç nə oğurlamadığımı bildirdim. Buna baxmayaraq, Lyudmila israrla pulları qaytarmayacağım halda, polisə şikayət edəcəyini söylədi".
İslamın sözlərinə görə, oktyabrın 21-də səhər oyanandan sonra gedib marketdən yarım litrlik şüşədə araq alıb evə gəlib. Saat 15 radələrində Lyudmilanın evinin qarşısına gəlib:
"İçəri girən kimi İosif məni görüb əsəbləşdi. Uca səslə "niyə gəldiyimi və pullarını qaytarmağımı" dedi. Yenə onların evindən pul götürmədiyimi bildirib onun üzərinə getdim. Yumruqla üzünə zərbə vurdum. Sol tərəfdəki otaqdan mənə tərəf gələn Lyudmilaya da zərbə endirdim. İosiflə əlbəyaxa olaraq, onu otağa saldım və yumruq zərbələri ilə yerə yıxdım. Lyudmila ayağa qalxan kimi, yenə onu vurdum. Qadının qışqırıq səsinə qonşuların gələcəyini düşünüb cəld divanın yanındakı masanın üzərindən bıçağı götürdüm. Öncə yerdə uzanmış İosifin boyun nahiyəsinə 3-4 zərbə endirdim. Ardınca Lyudmilanın da boynuna bıçaqla zərbələr vurdum. Divanın üzərində olan pul qabının içərisindən bütün əskinasları götürüb cibimə qoydum. Evdə, eləcə də mərhumların üzərində əlavə pul və sair qiymətli əşyalar olmasına baxmadım. Evimə çatandan sonra pulları sayıb, 501 manat və 5 avro olduğunu gördüm. Paltarlarımı dəyişib, taksi ilə Salyan rayonun Aşağı Kürkəd kəndində yerləşən evimə getdim. Polis əməkdaşları tərəfindən orda saxlanıldım".
Tramp İranı Xamenei ilə hədələdi: "Qeyd-şərtsiz təslim!"

İranın sabiq Prezidenti Mahmud Əhmədinejat Tehranda küçədə açılan atə

Rusiyalı iş adamı və xeyriyyəçi Samvel Karapetyan İrəvanda hüquq-mühaf

ABŞ-də aparılan genişmiqyaslı araşdırma sübut edib ki, qəhvə düzgün

Qars şəhərində Azərbaycan və Türkiyə iş adamlarının iştirakı ilə T

Ölkəmizdən Çin Xalq Respublikasına fındıq və badam məhsullarının ixra

İranın Ermənistandakı səfiri Mehdi Sübhani İsrailin pilotsuz təyyarələ

Beynimiz bəzən gerçəklə xəyalı ayırmaqda çətinlik çəkə bilər. ABŞ

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin

Beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq, Əsir və itkin düşm�

Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə

Əfsanəvi aktyor Arnold Şvartsenegger maraqlı etirafı ilə gündəmə gəlib

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əley

Külli miqdarda dələduzluqda ittiham edilən riyaziyyat müəlliminə hökm ox

Bakıda CELT Tədris və İnkişaf Mərkəzinin təşəbbüsü ilə hazırlanmı
