Azərbaycanda məşhur hotellərin Novruz
Digərləri 10 Mar 2025 20:46:00 131 0
Bölgələrdə məşhur hotellərin Novruz tətili günlərində qiymətləri açıqlanıb.
Bu xəbəri də oxu: 9 vərdişdən imtina edin: qarındakı piy bir aya YOX OLACAQ
Novruz bayramının gəlişinə sayılı günlər qalıb. Bu il həm Novruz, həm də Ramazan bayramı münasibətilə martın 20-dən 31-dək ardıcıl 12 gün qeyri-iş günü olacaq. Artıq insanlar bayram tətilini daha səmərəli və daha yaddaqalan etmək üçün planlarını qurur və səfər çantalarını indidən hazırlayıblar. Ənənəvi olaraq, bayram tətilini ölkə xaricində qeyd edənlərlə yanaşı, yerli turizm zonalarına üz tutanlar da az deyil.
İqtisadiyyat.az bu məqsədlə regionlarda bayram günlərində hotellərin qiyməti ilə bağlı araşdırma aparıb.
Şamaxı rayonunda yerləşən "Şamaxı Palace"da Novruz tətili günlərində qiymətlər 20-23 mart tarixlərində 370 manat, 24-30 mart tarixlərində 298 manat, 31 martda isə 251 manat təşkil edir. Bu qiymət 2 nəfər üçün nəzərdə tutulub.
"Marxal Resort & Spa" hotelində 20-23 mart tarixləri üçün yerlər dolub. Martın 24-ü üçün 250 manat, 25-30 mart tarixləri üçün 210 manat, 31 mart tarixi üçün isə 160 manat müəyyənləşib. Bu qiymət 2 nəfər üçün nəzərdə tutulub.
"Şəki Palace"da 20-31 mart aralığında Novruz tətilində qiymətlər 140 manatdan başlayır və 190 manatadək yüksəlir. Bu qiymət 2 nəfər üçün nəzərdə tutulub.
"Lənkəran Springs"də Novruz tətili üçün hotel qiymətləri müxtəlifdir. Burada qiymət 20 martda 340 manat, 21 martda 500 manat, 22-23 martda 400 manat, 24-30 martda 280 manat, 31 martda isə 275 manat təşkil edir. Burada da qiymətlər 2 nəfər üçün müəyyənləşib. Digər hotellərdən fərqli olaraq, burada 20-25 mart tarixlərində canlı musiqilər olacaq.
Tətil günlərini 20-24 mart tarixlərini "Basqal Resort & Spa"da qeyd etmək 360 manata başa gələcək. 25-27 martda qiymətlər bir qədər enib 210 manat təşkil edəcək. Amma tətil günlərini 28-30 mart tarixlərində "Basqal Resort & Spa"da qeyd etmək yenidən 360 manat müəyyənləşib.
Türkiyəli aktrisa Özgü Namal "İnstyle" jurnalı üçün kamera qa

Parisdə Pompidu Mərkəzi muzeyi müvəqqəti olaraq bağlanır.

"3 yaşım olanda Sumqayıt şəhərində yerləşən 38 saylı "Şəf

Aparıcı Zaur Baxşəliyev "zaur_gunay" adlı instagram hesabında 8

Milli Şuranın üzvü Tofiq Yaqublu və onunla birgə ittiham olunan jurnalist

İtkin şəxslərin taleyinin aydınlaşdırılması sahəsində Ermənistan hə

Silk Way West Airlines şirkəti Azərbaycanın vacib aviasiya təlim mərkəzi

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan, Rusiya və Moskva Yazıçılar İt

"Uşaq doğulandan sonra ata evinə gəldim qaynanam dedi ki..."

Xalq artisti Tünzalə Ağayevanın səhhətində problem yaranıb.

Kayseri'nin Kocasinan mahalında Karakımse bölgəsində sürətli qatarı

"Bakı şəhəri 301 nömrəli tam orta məktəbin normal fəaliyyətinin t

10-16 mart tarixlərində bəzi bürcləri pul, sevgi və şans gözləyir.
