Hərbi gərginlik dərinləşir Qarşıdurma uzunmüddətli olacaq AÇIQLAMA
Siyasət 17 İyn 2025 13:00:00 65 0
CNN Ağ Evdəki və İsrail hakimiyyətindəki mənbələrə istinadən məlumat yayıb ki, İsrailin İrana qarşı hərbi əməliyyatı günlərlə deyil, həftələrlə davam edə bilər və bu, ABŞ administrasiyasının gizli razılığı ilə həyata keçirilir. ABŞ Prezidenti Donald Trampın administrasiyası qapalı müzakirələr zamanı əməliyyatın gözlənilən müddətinə etiraz etməyib. Ağ Evin sözçüsü təsdiq edib ki, ABŞ İsrailin planlarından xəbərdardır və onu üstüörtülü şəkildə dəstəkləyir.
Bəs İsrail-İran hərbi gərginliyi niyə başladı, necə bitəcək?
Son.az xəbər verir ki, mövzunu siyasi şərhçi Kənan Novruzov təhlil edib:
O bildirib ki, burada diqqət çəkən iki məqam var:
"Birincisi, hərbi əməliyyatların həftələrlə davam etməsi ilə bağlıdır. Əslində bu, gözləniləndir. Məsələ burasındadır ki, İsrailin İrana hücumu kifayət qədər ağır nəticə ilə yadda qaldı, İranın onlarla generalı öldü. Bu hadisədən sonra İranın iki seçimi var idi: ya cavab verməmək, ya da adekvat addım atmaq. Birinci variant hərbi gərginliyin genişlənməsinin qarşısını ala bilərdi. Amma bu zaman İran bir sistem kimi daxildən çürüməyə, məhv olmağa başlayacaqdı. Proses vətəndaş müharibəsinə qədər uzana bilərdi.
Amma Tehran ikinci variantı seçdi və İsrail ərazisini vurmağa başladı. Bu, hazırkı əməliyyatların daha genişmiqyaslı müharibəyə çevrilməsinə şəraitm yarada bilər. Məsələ buradındadır ki, indi İsrail həm də ABŞ-ni müharibəyə çəkmək istəyir. Və bunun üçün bütün mümkün imkanlardan istifadə edir".
Onun sözlərinə görə, əslində Vaşinqtonun bununla bağlı narazı mövqeyi olmasa idi, Təl- Əviv çoxdan savaşa başlayardı. Ancaq ABŞ sona qədər İsrailə müqavimət göstərə bilmədi. Daha doğrusu, Təl- Əviv Vaşinqtonu dinləmədi:
"Proseslərin bundan sonra necə inkişaf edəcəyi İranın ritorikasından, o cümlədən ABŞ ilə münasibətlərindən asılı olacaq. Əgər Tehran nüvə sazişi ilə bağlı konstruktiv mövqe ortaya qoysa, ABŞ neytrallığını qoruyacaq. Əks halda isə ABŞ mövcud durumdan istifadə edərək rəsmi Tehrana qarşı təzyiqləri artıra bilər. İsrail isə mümkün qədər çalışacaq ki, razılıq əldə olunmasın. Hücumun məqsədi də elə bu idi.
Bütün bunları nəzərə alsaq deməliyik ki, hərbi gərginlik yaxın zamanda başa çatmayacaq. Əksinə, vəziyyətin daha da pisləşəcəyi ehtimalı var. Bu mənada CNN iddiaları doğru ola bilər.
ABŞ-nin gizli razılığı məsələsinə gəldikdə isə bildirməliyik ki, bu mümkündür. Doğrudur, Vaşinqton nüvə danışıqlarının pozulmaması üçün hərbi əməliyyatların başlanmasına qarşı idi. Amma indiki vəziyyət də "B" variantı kimi Ağ Evin maraqlarına cavab verir. ABŞ İranı sıxışdırmağa davam edəcək".
Şərhçi qeyd edib ki, əgər ABŞ İsrailə dəstək verirsə də belə, bu hələ ki sahədə özünü göstərmir. ABŞ İsrailə müəyyən kəşfiyyat məlumatları ötürə bilər, bu qədər. Ancaq İran nüvə danışıqları ilə bağlı radikal mövqeyini və ambisiyasını davam etdirsə, onda ABŞ daha ciddi formada İsrailə dəstək göstərə bilər.
Aysel Əkbər Son.az
Azərbaycanda PUA-larla əlaqədar yeni dövlət rüsumları müəyyənləşib.

Azərbaycanda keyfiyyət informasiya sistemi haqqında əsasnamə hazırlanacaq.

Azərbaycanda iyunun 18-də hava şəraitinin yağmurlu keçəcəyi gözlənilir

İranda mühasirədə qalan müğənni Lara vətəni Türkiyəyə qayıdıb.

Dünya alimləri tez-tez və uzun müddət ətir qoxularına məruz qalmağın i

Çəkildiyi kolbasa reklamı ilə müzakirələrə səbəb olan Xalq artisti Ra

2025-ci ilin dünyanı yeni geosiyasi və iqtisadi həqiqətlərlə qarşı-qar�

İsrailin və İranın qarşılıqlı hava hücumları nəticəsində hər iki �

Sumqayıt şəhəri Ş.İ.Xətai adına 30 nömrəli tam orta məktəbdə keçir

"İsrail-İran hərbi qarşıdurması neft bazarını sarsıdıb. Brent mar

İranın raket zərbəsi nəticəsində İsrailin xarici kəşfiyyat xidməti ol

Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin oğlu Hüseynin nişan mərasimi

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Baza

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də Şimali Ma
