304050 yaşlarında bədəndə nə baş verir? Gələcək xəstəliklər və qorunma yolları


Digərləri 17 İyn 2025 04:04:00 65 0

304050 yaşlarında bədəndə nə baş verir?  Gələcək xəstəliklər və qorunma yolları

Yaşın irəliləməsi ilə birlikdə onurğa sağlamlığı da böyük əhəmiyyət kəsb edir. Kalsium və D vitaminindən zəngin qidalanma iri yaşlarda onurğa xəstəliklərinə qarşı qoruyucu təsir göstərir. Bəs uşaqlıqdan 30, 40, 50 yaşlarına qədər bədəndə nə kimi dəyişikliklər olur? İri yaşlarda sümük eriməsi, fıtıq kimi ola biləcək xəstəliklərə qarşı nə kimi tədbirlər görmək lazımdır? 

Son.az hit.az-a istinadən xəbər verir ki, uşaqlıqdan iri yaşlara qədər onurğa sağlamlığını qorumaq böyük əhəmiyyət daşıyır. Həkim-mütəxəssis Ayşə Yener Güclü bildirib: "Qadınların gənc yaşlarında onurğa sağlamlığına diqqət etmələri, gələcək yaşlarda ağrısız və sağlam onurğa üçün vacibdir". 

Onurğa bədəni ayaqda saxlayan və əzələlər vasitəsilə daim əlaqədə olan bir sistem kimi təsvir olunur. Əsas quruluşunu sümük-skelet, hərəkət qabiliyyəti verən oynaqlar və güc yaradan əzələlər təşkil edir. Uşaqlıq və gənc yetkinlik dövrü isə onurğanın sağlam və davamlı olması üçün təməl rolunu oynayır. İrsi xəstəliyi olmayan şəxslərdə onurğa sağlamlığında qidalanma vərdişləri həlledici rol oynayır. Buna görə də bu yaş aralığında kalsiumla zəngin qidalanma və kifayət qədər D vitamini alımı, irəliləyən yaşlarda onurğa pozuntularının görülmə tezliyini azalda bilər. Qadınlarda onurğa pozuntuları kişilərə nisbətən daha tez-tez rast gəlinir. Buna görə də gənc yaşlardan etibarən onurğa sağlamlığına əhəmiyyət vermək, irəliləyən illərdə ağrısız və sağlam onurğa quruluşu üçün vacibdir.

Bu mövzuda məlumat verən həkim-mütəxəssis Ayşə Yener Güclü deyib: 

"Qadınların gənc yaşlarında onurğa sağlamlığına diqqət etmələri, gələcək yaşlarda ağrısız və sağlam onurğa üçün vacibdir. Qız uşaqlarında, oğlan uşaqlarından fərqli olaraq 9 və 10-cu yaşlardan sonra hormonların təsiri ilə sümüklər uzanmağa, sümük kütləsi artmağa və əzələlər qalınlaşmağa başlayır. Bu sürətli böyümə dövrü orta hesabla 14-15 yaşına qədər davam edir və bu müddətdə oynaqlar və sümük ağrıları görülə bilər. Xüsusilə gecələr ortaya çıxan arxa və uzun sümük ağrıları səbəbilə bəzən dərman qəbulu zəruri ola bilər. Sürətli boy artımı, duruş və oturuş pozuntularına və bəzən də davamlı forma pozuntularına səbəb ola bilər. Mütəmadi edilən idman, bu müddətdə onurğa sağlamlığını qoruyucu rol oynayır". 

Ayşə Yener Güclü həmçinin bildirib ki, döşlərin böyüməsi və buna bağlı olaraq utanca hissinin inkişaf etdiyi gənc qızlarda, önə əyilmiş oturma və gizlətmə meyli müşahidə oluna bilər: bu halda psixi dəstək alınması faydalı ola bilər. Bundan əlavə, o, çiyin asimmetriyası və ya duruş pozuntusu kimi əlamətlər müşahidə edildikdə və ya uzun müddətli, inadlı onurğa ağrıları yaşandıqda radioloji görüntüləmə aparılmasının əhəmiyyətli olduğunu vurğulayıb.

Texnologiyanın inkişafı ilə birlikdə daha az hərəkət edən cəmiyyətlərin meydana çıxdığını vurğulayan Həkim-mütəxəssis Güclü deyib: 

"20-ci yaşlarla birlikdə bir çox şəxsin iş həyatı başlayır və uzun saatlarla masa arxasında vaxt keçirir. Təxminən günün 8 saatını bu şəkildə keçirən qadınlarda, zamanla hərəkətsizliyə bağlı boyun və arxa ağrıları meydana gəlir. Bunun həlli isə tez-tez qısa fasilələr vermək, ofis egzersizləri etmək, həftədə ən azı 3-4 gün orta hesabla bir saat gəzmə və ya üzmə kimi idman növləri ilə məşğul olmaqdır. Bu fəaliyyətlərin nizamlı və uzunmüddətli olması, onurğa sağlamlığı üzərində müsbət təsir göstərir".

Qadınların bir hissəsinin ilk hamiləliklərini 20-ci yaşlarında yaşadığını xatırladan həkim-mütəxəssis Güclü xüsusilə hamiləliyin son üç ayında bel və arxa ağrılarının artdığını qeyd edib: 

"Bu dövr, ananın bütün bədən sərhədlərinin sınandığı və metabolizmasının, hormonal və ruhi tarazlığının tamamilə dəyişdiyi bir dövrdür. Bu müddətdə ananın daxili rahatlığı, nizamlı fiziki fəaliyyətlər və doğuşa hazırlıq baxımından son dərəcə vacibdir. Gündəlik bir saatlıq gəzmə, üzmə və ya idman zalında uyğun egzersiz proqramları fayda gətirəcəkdir". 

Demans tədqiqatından heyrətamiz nəticə  Risk artır like
  • 17 İyn 03:03  
Digərləri Demans tədqiqatından heyrətamiz nəticə Risk artır

Demansda həyat tərzi, spirtli içki istifadəsi, depressiya, havanın çirklə

arrow Ətraflı
Rusiyada şagirdlərinə açıqsaçıq şəkillərini göndərən müəllimə həbs edildi  FOTO like
  • 17 İyn 02:02  
Dünya Rusiyada şagirdlərinə açıqsaçıq şəkillərini göndərən müəllimə həbs edildi FOTO

Rusiyada şagirdlərə qarşı əxlaqsızlıq edən müəllimə həbs edilib.

arrow Ətraflı
Allergiyası olan uşağa antibiotik verilməməlidir like
  • 17 İyn 01:01  
Digərləri Allergiyası olan uşağa antibiotik verilməməlidir

Körpə uşaqlarda ən çox müşahidə edilən hallardan biri də allergiyadır

arrow Ətraflı
Günün qoroskopu: Sən tək deyilsən like
  • 17 İyn 00:01  
Digərləri Günün qoroskopu: Sən tək deyilsən

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
"Bu gün satılan narkotiklər insanı zombiyə çevirir"  Nail Kəmərli like
  • 16 İyn 23:45  
Digərləri "Bu gün satılan narkotiklər insanı zombiyə çevirir" Nail Kəmərli

Baku TV-nin "Qapqara" verilişinin budəfəki qonağı bloqer Nail Kə

arrow Ətraflı
Sərnişin təyyarəsi İran üzərində radardan itdi like
  • 16 İyn 23:10  
Dünya Sərnişin təyyarəsi İran üzərində radardan itdi

İsrailin İrana hücumundan sonra bölgədə gərginlik artdığı üçün iki

arrow Ətraflı
İran yaxın saatlarda İsrailə cavab verəcək like
  • 16 İyn 23:00  
Dünya İran yaxın saatlarda İsrailə cavab verəcək

İran silahlı qüvvələri yaxın saatlarda İsrailin ərazisinə hücumlarına

arrow Ətraflı
Misir Mərdanov bu məşhurun ad günündə belə rəqs etdi  VİDEO like
  • 16 İyn 22:54  
Şou-biznes Misir Mərdanov bu məşhurun ad günündə belə rəqs etdi VİDEO

Şairə Cığatel İsaqızı özünə ad günü keçirib.

arrow Ətraflı
İsrailİran müharibəsi neftin qiymətini 130 dollara yüksəldə bilər like
  • 16 İyn 22:36  
Digərləri İsrailİran müharibəsi neftin qiymətini 130 dollara yüksəldə bilər

Yerli və xarici analitiklər belə qənaətə gəliblər ki, İranın Hörmüz

arrow Ətraflı
Rəqsanə Moskvadakı villasını göstərdi  VİDEO like
  • 16 İyn 22:08  
Şou-biznes Rəqsanə Moskvadakı villasını göstərdi VİDEO

Müğənni Rəqsanə İsmayılova Moskvadakı villasını nümayiş etdirib.

arrow Ətraflı
5 yaşlı uşaq “KamAz”ın altında qalıb öldü like
  • 16 İyn 21:58  
Digərləri 5 yaşlı uşaq “KamAz”ın altında qalıb öldü

Zaqatalada 5 yaşlı uşaq "KamAz"ın altında qalaraq ölüb.

arrow Ətraflı
Xameneinin suiqəsdlə aradan götürülməsi...  Netanyahu like
  • 16 İyn 21:52  
Dünya Xameneinin suiqəsdlə aradan götürülməsi... Netanyahu

İsrailin Baş naziri Benyamin Netanyahu Xameneinin öldürülməsini istisna et

arrow Ətraflı
Arif Babayevlə bağlı üzücü xəbər  Həyat yoldaşı danışdı like
  • 16 İyn 21:31  
Şou-biznes Arif Babayevlə bağlı üzücü xəbər Həyat yoldaşı danışdı

Xalq artisti Arif Babayev ev şəraitində müalicə olunur.

arrow Ətraflı