Yaxın Şərqdə müharibə havası Azərbaycan iqtisadiyyatı necə təsirlənəcək?


Siyasət 13 İyn 2025 13:20:00 98 0

Yaxın Şərqdə müharibə havası  Azərbaycan iqtisadiyyatı necə təsirlənəcək?

Xəbər verdiyimiz kimi, iyunun 13-də gecə saatlarında İsrail İranın bir sıra nüvə obyektlərinə və paytaxt Tehrana zərbələr endirib. Bir neçə yüksək rütbəli hərbçi və nüvə alimləri həlak olublar. Bu o deməkdir ki, hazırda dünyanın gözü bu coğrafi zonadadır. 

Bəs İsrail-İran münaqişəsinin regiona və Azərbaycana necə təsir edəcək? 

Son.az xəbər verir ki, mövzü ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov açıqlama verib:

"İsrailin İrana qarşı həyata keçirdiyi hücum regionda vəziyyəti kəskin dəyişə bilər. Bu təsirlər həm regionada ümumi təhlükəsizlik mühitinə, həm nəqliyyat dəhlizlərinə, həm idxal-ixrac balansına, həm neft qiymətlərinə, həm də mümkün miqrasiya axınlarına görə qiymətləndirilə bilər. 

Şimal-Cənub Dəhlizi üzrə isə dərhal ciddi iqtisadi risk görmürəm. Çünki, İran tərəfində infrastruktur hələ də tam tamamlanmayıb və bu marşrut indiyə qədər də tam gücü ilə işləmirdi. Bir müddət əvvəl onsuzda əsas limanı partlayış sıradan çıxarmışdı". 

Ekspert qeyd edib ki, 2024-cü ildə Azərbaycan-İran ticarət dövriyyəsi 647 milyon dollar olub, bunun 633 milyon dolları İranın ixracıdır. Yəni biz bu qədər idxal etmişik. İran əsasən Azərbaycana meyvə-tərəvəz, quru çərəzlər, bəzi dərman vasitələri, plastik məmulatlar, tikinti materialları və məişət texnikası ixrac edir. Qısamüddətli gecikmələr və qısa qiymət artımı bu sahələr üzrə mümkündür, lakin ümumi iqtisadi sabitliyi sarsıdacaq səviyyədə deyil:

"Əgər münaqişə uzanarsa, İrandan Azərbaycana doğru humanitar və iqtisadi axının, xüsusilə də biznesi çökən sahibkarların və mülki əhalinin artması mümkündür. Bu isə bir tərəfdən istehlak artımı və sosial xidmətlərə təzyiq yarada bilər, digər tərəfdən isə yeni əmək resursları və iqtisadi inteqrasiya imkanları formalaşdıra bilər. Belə hallarda, xüsusən də İran vətəndaşlarının Azərbaycanda uzunmüddətli yaşamağa meyil göstərməsi fonunda, əmlak bazarında tələbin artması və daşınmaz əmlak qiymətlərində yüksəliş müşahidə oluna bilər. Həmçinin münaqişənin uzun davam etməsi, region ölkələrinin ticarət planlarını və dünya bazarında neft qiymətlərini dəyişə bilir. Odur ki, çox şey situasiyanın davam etmə müddəti və miqyasından asılı olacaq".

Aysel Əkbər Son.az

Nəzrinin ölümündə təqsirləndirilən Sənan Mehdiyev məhkəmə qarşısında like
  • 13 İyn 13:04  
Digərləri Nəzrinin ölümündə təqsirləndirilən Sənan Mehdiyev məhkəmə qarşısında

Bakıda burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölüm

arrow Ətraflı
Azərbaycanda orta aylıq əmək haqqı artdı like
  • 13 İyn 12:55  
Digərləri Azərbaycanda orta aylıq əmək haqqı artdı

Bu ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan

arrow Ətraflı
Bakıda "Şah Abbas Namə" tamaşasının premyerası keçiriləcək like
  • 13 İyn 12:47  
Kriminal Bakıda "Şah Abbas Namə" tamaşasının premyerası keçiriləcək

Dövlət Milli Gənc Tamaşaçılar Teatrında "Şah Abbas Namə" tama

arrow Ətraflı
Son zəng günü Bakıda 34 dərəcə isti olacaq like
  • 13 İyn 12:46  
Digərləri Son zəng günü Bakıda 34 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında iyunun 14-də hava şəraitinin yağmursuz

arrow Ətraflı
SOCARın transformasiyası: Azərbaycanın enerji tarixinin yeni səhifəsi like
  • 13 İyn 12:40  
Digərləri SOCARın transformasiyası: Azərbaycanın enerji tarixinin yeni səhifəsi

Azərbaycan iqtisadiyyatının təməl sütunu olan SOCAR yeni transformasiya m�

arrow Ətraflı
“Gürcü Arzusu”nda yerdəyişmələr: Tbilisidə əslində nə baş verir? like
  • 13 İyn 12:40  
Siyasət “Gürcü Arzusu”nda yerdəyişmələr: Tbilisidə əslində nə baş verir?

Son aylar Gürcüstan həm ölkə daxilində, həm də xaricdə müşahidəçil�

arrow Ətraflı
Türkiyədə zəlzələ oldu like
  • 13 İyn 12:34  
Digərləri Türkiyədə zəlzələ oldu

Türkiyənin Sivas vilayətinin Gürün rayonunda 4 bal gücündə zəlzələ qe

arrow Ətraflı
Həkimlərə xəbərdarlıq  Qanunsuz tibbi təcrübələrə görə cəza sərtləşdirildi like
  • 13 İyn 12:31  
Digərləri Həkimlərə xəbərdarlıq Qanunsuz tibbi təcrübələrə görə cəza sərtləşdirildi

Qanunsuz olaraq biotibbi tədqiqatlar aparma və ya qadağan edilmiş diaqnostik

arrow Ətraflı
Kəmalə Günəşli toyda ev sahibinə belə hücum edibmiş like
  • 13 İyn 12:25  
Şou-biznes Kəmalə Günəşli toyda ev sahibinə belə hücum edibmiş

Xəbər verdiyimiz kimi, Sumqayıtın Nizami küçəsində yerləşən "Par

arrow Ətraflı
Türkiyəli tanınmış aktyor vəfat etdi like
  • 13 İyn 12:15  
Şou-biznes Türkiyəli tanınmış aktyor vəfat etdi

Türkiyəli aktyor Yezdan Kayacan 34 yaşında dünyasını dəyişib.

arrow Ətraflı
1977ci ilin “Atari”si “ChatGPT”ni məğlub edib like
  • 13 İyn 12:11  
Digərləri 1977ci ilin “Atari”si “ChatGPT”ni məğlub edib

Amerikalı proqramçı Robert Caruso, 1.19 MHz prosessorlu və 128 bayt yaddaşa

arrow Ətraflı
Muxtar Babayevə xüsusi status verildi like
  • 13 İyn 12:05  
Siyasət Muxtar Babayevə xüsusi status verildi

Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndə

arrow Ətraflı
Milli Məclisdən mühüm qərar: Embrion implantasiyasına nəzarət gücləndirilir like
  • 13 İyn 12:00  
Digərləri Milli Məclisdən mühüm qərar: Embrion implantasiyasına nəzarət gücləndirilir

Qanunsuz süni mayalanma və embrionu implantasiya etmə, tibbi sterilizasiyaya

arrow Ətraflı
XİNdən İrana getmək istəyənlərə xəbərdarlıq like
  • 13 İyn 11:57  
Siyasət XİNdən İrana getmək istəyənlərə xəbərdarlıq

Azərbaycan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İrana səfərd

arrow Ətraflı