Azərbaycanda 3 milyon vətəndaşı əhatə edən artımlar Kim nə qədər alacaq?
Digərləri 13 İyn 2025 11:27:00 77 0
Bu xəbəri də oxu: İran prezidenti xalqa müraciət edəcək
Prezident İlham Əliyevin sosial müavinətlərin, Prezident təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin artırılması ilə bağlı ötən gün imzaladığı fərmana əsasən, iyulun 1-dən Azərbaycanda:
- Şəhid ailəsi, 20 Yanvar şəhidinin ailəsi, Əfqanıstanda həlak olan hərbçilərin ailələri üçün Prezidentin aylıq təqaüdü 600 manatdan 700 manata çatdırılır;
- Müharibə, 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirmək və Çernobıl AES-də hərbi xidmət ilə əlaqədar əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü, orqanizmin funksiyalarının 81-100 % pozulmasına görə (I dərəcə) 500 manatdan 600 manata, 61-80 % pozulmasına görə (II dərəcə) 400 manatdan 500 manata, 31-60 % pozulmasına görə (III dərəcə) 330 manatdan 400 manata çatdırılır;
- Vətən Müharibəsi Qəhrəmanlarına Prezidentin aylıq təqaüdü 2 000 manatdan 2 200 manata, Azərbaycanın Milli Qəhrəmanlarına Prezidentin aylıq təqaüdü 1 800 manatdan 2 000 manata, Prezidentin fərdi təqaüdü isə 1 500 manatdan 1 700 manata çatdırılır;
- Uşağın anadan olmasına görə birdəfəlik müavinət 500 manatdan 600 manata, həmçinin dəfn üçün birdəfəlik müavinət də 500 manatdan 600 manata çatdırılır;
- Himayədar ailəyə verilmiş əlilliyi olan uşağa görə aylıq müavinət 0-6 yaş arası uşaq üçün 395 manatdan 500 manata, 7-13 yaş arası uşaq üçün 415 manatdan 600 manata, 14-18 yaş arası uşaq üçün 435 manatdan 650 manata çatdırılır;
- Əlilliyi olan şəxslərə müavinət, orqanizmin funksiyalarının 81-100 % pozulmasına görə (I dərəcə) 270 manatdan 300 manata, 61-80 % pozulmasına görə (II dərəcə) 220 manatdan 250 manata, 31-60 % pozulmasına görə (III dərəcə) 150 manatdan 180 manata çatdırılır;
- Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 % pozulmasına görə (I dərəcə) gözdən əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü 300 manatdan 350 manata, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 % pozulmasına görə (I dərəcə) əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Prezidentin aylıq təqaüdü 200 manatdan 250 manata çatdırılır;
- Övladlığa götürülən hər uşağa görə aylıq müavinət 200 manatdan 240 manata, ailə başçısını itirməyə görə aylıq müavinət (hər ailə üzvü üçün) 120 manatdan 140 manata, bir yaşınadək uşağı olan aztəminatlı (ünvanlı yardım alan) ailələrə aylıq müavinət (hər uşağa görə) 100 manatdan 140 manata, beşdən çox uşağı olan qadınlara aylıq müavinət (hər uşağa görə) 105 manatdan 140 manata, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına aylıq müavinət (hər uşağa görə) 120 manatdan 140 manata, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqların qəyyumları üçün aylıq müavinət 120 manatdan 140 manata çatdırılır;
- Orqanizmin funksiyalarının 81-100 % pozulmasına görə (I dərəcə) və əlilliyi olan uşaqlara qulluq edənlərə Prezidentin aylıq təqaüdü 100 manatdan 120 manata çatdırılır;
- Fəxri adlara layiq görülmüş şəxslərə aylıq təqaüd, "Xalq" fəxri adına görə 200 manatdan 300 manata, "Əməkdar" fəxri adına görə 150 manatdan 200 manat çatdırılır.
İsrail Dövləti tərəfindən İran İslam Respublikasının ərazisinə qarş

Son.az-ın aşağıdakı yazısında 2025-ci ilin yayında "yenilik qapıl

İranın ali dini lideri Əli Xamenei orduya qisas almaqla bağlı əmr verib.

Ağdamın işğaldan azad edilmiş Maqsudlu kəndində qazıntı işləri aparı

Xəbər verdiyimiz kimi, iyunun 13-də gecə saatlarında İsrail İranın bir s

Azərbaycanın səhiyyə sistemi bu gün müasir müayinə və müalicə üsulla

ABŞ prezidenti Donald Tramp İsrailin gecə saatlarında İrana endirdiyi hava

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin on

Gömrük borcunun ödənilməsi qaydalarına dəyişiklik edilir.

Məlum olduğu kimi İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, gen

İsrailin hücumu nəticəsində həlak olan yüksək rütbəli İran rəsmilər

"Veysəloğlu" Şirkətlər Qrupunun Mətbuat Şurası və Ticarət Ş

Türkiyəli tanınmış bloqer Danla Bilic açıqlaması ilə diqqət çəkb.

İranın Natanz nüvə mərkəzinə hücum anının görüntüləri yayılıb.
