Abituriyentlərin nəzərinə: Bu gün saat 23:59a dək...
Digərləri 13 İyn 2025 09:52:00 97 0
2025/2026-cı tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərin elektron qeydiyyatı bu gün başa çatır.
Bu xəbəri də oxu: Heydər Əliyev Mərkəzinin parkında Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək
Son.az DİM-ə istinadən xəbər verir ki, abituriyentlər bu gün saat 23:59-a dək müvafiq keçidə daxil olub qeydiyyatdan keçə bilərlər.
Bildirilib ki, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin XQTİ-ləri üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlər 1 istiqamətə aid ən çox 6 komissiya üzrə qeydiyyatdan keçə bilərlər.
Qeyd edilib ki, ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyatdan qəbul imtahanının I mərhələsində (cari ilin məzunları üçün buraxılış) topladıqları ümumi balı 50 (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) və daha yüksək olan abituriyentlər keçə bilərlər. Xoreoqrafiya sənəti və Rəqs müəllimliyi ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin topladıqları bal 30 (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) və ya daha yuxarı olduqda qeydiyyatdan keçməyə icazə verilir:
Abituriyentlərə "Qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edə biləcəkləri tarixlər haqqında məlumat DİM-in internet səhifəsində veriləcək.
"Qabiliyyət imtahanına buraxılış vərəqəsi"ndə qabiliyyət imtahanlarının tarixi, keçiriləcəyi ünvan və vaxt göstəriləcək.
Xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə məlumatlar 2025-ci ildə nəşr edilən xüsusi qabiliyyət imtahanlarının istiqamətləri üzrə "Abituriyent" jurnalının xüsusi buraxılışlarında dərc edilib. Burada ali təhsilin bakalavriat və magistratura, tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə məlumatlar, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məs¬lə¬hətlər, tapşırıq nümunələri, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər və digər faydalı məlumatlar əksini tapıb".
Xatırladaq ki, teatr, kino və xoreoqrafiya sənəti, idman, musiqi sənəti və təsviri sənət istiqamətlərinin komissiyaları üzrə aparılan qeydiyyat prosesi iyunun 5-də başlamışdı.
Bakı şəhəri, Xəzər rayonunun Buzovna qəsəbəsində yenidənqurma işlər

Xəbər verdiyimiz kimi, İsrailin İran ərazisinə zərbələri nəticəsində

İsrailin İranın nüvə obyektlərinə qarşı həyata keçirdiyi hücum düny

Bakının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

İsrailin Baş naziri Benyamin Netanyahu ölkə vətəndaşlarına müraciət ed

Yaxın Şərqdə baş verən son hadisələr və ölkələrin hava məkanların�

Ötən gecə İsrailin İrana hərbi hava hücumu nəticəsində İranın bir ne

İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə zərbələr endirib.

"Mən Türkiyəyə gedəndən sonra şou-biznesdə xaus yaşandı. Bəstək

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı yeni Fərman b

Əməkdar artist Şəbnəm Tapdıq Xalq artisti Sərxan Sərxanla eşq yaşamas�

Demansda həyat tərzi, spirtli içki istifadəsi, depressiya, havanın çirklə

"Mövsümündən əvvəl satışa çıxarılan meyvə və tərəvəzlər in

Amerikalı aktrisa Dakota Conson və məşhur "Coldplay" qrupunun soli

Gizli şəkildə inkişaf edən, lakin gec aşkarlandıqda ciddi fəsadlara yol
