Övladını tibb fakültəsinə pulla düzəltdirmək istədi 100 min itirdi
Kriminal 11 İyn 2025 19:24:00 99 0
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq əməlində təqsirləndirilən 1998-ci il təvəllüdlü Şəxsət Səfərova hökm oxunub.
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, cinayət işi üzrə tanınmış həkim-uroloq Elza Binnətova zərərçəkmiş şəxs qismində tanınıb.
Bildirilib ki, paytaxtın Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində yerləşən plazada fəaliyyət göstərən cagdas.edu.az saytının və xaricdə ali təhsil agentliyinin rəhbərlərindən olan Şəxsət özünü İstanbul Cərrahpaşa Universitetinin Orta Asiya və Qafqaz üzrə nümayəndəsi kimi təqdim edib. O, E.Binnətovaya övladını həmin universitetə qəbul etdirəcəyi vədi verərək 58 min dollar (98 600 manat) alıb. Lakin bir müddət sonra Şəxsət vədini yerinə yetirə bilməyib. E.Binnətova pulları geri tələb etsə də, o, aldığı vəsaiti qaytarmayıb. Həmçinin həkimin övladı Bakıda digər universitetə imtahan verərək qəbul olub.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildikdən sonra Şəxsət barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli iqdarda dələduzluq) maddəsi ilə cinayət işi açılıb.
O, ifadəsində aldığı pulun 40 min dollarını Türkiyəyə göndərdiyini, 8 min dollarını Fatih adlı şəxsə verdiyini, 10 minini isə özünə götürdüyünü deyib: "5 ildir bu işlə məşğulam. İlk dəfədir ki, problemlə qarşılaşıram. Mənim Elza xanımı aldatmaq niyyətim olmayıb. Qarşı tərəflə İstanbul Cerrahpaşa Universitetində övladlarını tibb fakültəsinə qəbul etdirmək barədə razılaşmışdıq. Türkiyədə uşaqları instituta düzəltməklə məşğul olan şəxslərlə üç ildir ki, işləyirdim. Lakin sonuncu dəfə pulu alıb işi düzəltmədilər. Həmin şəxslər iki-üç aya problemi həll edəcəklərini demişdilər, lakin həll edə bilmədilər. Mən pulun qaytarılmasını tələb etmişdim, lakin həmin şəxslər qaytara bilmədilər".
E.Binnətova isə ifadəsində instaqram sosial şəbəkəsində İstanbul Cərrahpaşa Universitetinə qəbulla bağlı "Çağdaş Eğitim" şirkətinin elanını gördüyünü və onlarla əlaqə saxladığını, lakin qarşı tərəfin onu aldadaraq külli miqdarda pul aldığını deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən şəxsə 5 il azadlıqdan məhrumetmə cəzası verib. Lakin cəza şərti hesab edilib və Şəxsət həbsdən azadlığa buraxılıb. Qeyd edilib ki, təqsirləndirilən tərəf zərərçəkmişə vurduğu ziyanın böyük hissəsini ödəyib və 18 min dollarlıq hissə qalıb. Məhkəmə həmin pulun da tutularaq qarşı tərəfə verilməsi barəsində qərar çıxarıb. Mənəvi zərərlə bağlı 5 min manatlıq mülki iddia isə baxılmamış saxlanılıb.
Müğənni Ofeliya Şabanova "Rəngarəng" verilişinə gələrək efi

Şans deyilən bir sirr varsa, açarı bu üç bürcdə gizlidir...

Xəbər verdiyimiz kimi, III ixtisas qrupu üzrə 2 nəfər ən yüksək nəti

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bugünkü iclasında n�

Tanınmış prodüser Anar Mədətov açıqlaması ilə diqqət çəkib.

Azərbaycanın bir çox rayonunda yas mərasimlərində ehsan verilməsi qadağa

"OpenAI" mürəkkəb məsələlərin həllinə yönəlmiş və xüsusi

Əgər avtomobil real bazar qiymətindən çox ucuzdursa, bu, ilk növbədə ş�

İyunun 10-da Dövlət Mahnı Teatrında dünyaşöhrətli müğənni, SSRİ Xal

Azərbaycanda "Qaz təchizatı haqqında" yeni qanun layihəsi də haz

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respubl

Narkotik ittihamı ilə mühakimə edilən, özünü şair və tiktoker kimi tə

İyunun 12-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

Sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı sənəd i

Türkiyəyə dost ölkənin İsraillə əlaqələri üzə çıxdı
