Türk İnvestisiya Fondu inkişaf edə biləcəkmi?


Digərləri 10 İyn 2025 22:00:00 127 0

Türk İnvestisiya Fondu inkişaf edə biləcəkmi?

"Son illər Türk dövlətləri arasında əməkdaşlıq istiqamətində atılan addımlar, xüsusən də Türk İnvestisiya Fondunun (TİF) yaradılması mühüm əhəmiyyət kəsb edir. Lakin bu fondun yalnız "yaxşı niyyət" səviyyəsində qalmaması, əsl beynəlxalq maliyyə institutuna çevrilməsi üçün ciddi məsələlər var.

TİF yaradılarkən kapitalı 500 milyon dollar idi. Hazırda isə TİF-in kapitalı 600 milyon dollar həddindədir. Müqayisə üçün deyim ki, Asiya İnkişaf Bankının ödənilmiş kapitalı 7,5 milyard dolları aşır, əməliyyat portfeli isə 120-130 milyard dollar civarındadır. Türk dövlətləri üçün TİF-in uğurlu gələcəyi ilk növbədə maliyyə dayanıqlığından asılıdır. Kapitalın artırılması, beynəlxalq maliyyə bazarlarına çıxış və etibarlı investisiya mənbələrinin təmin edilməsi burada əsas şərtdir".

Son.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

O, bildirib ki, TİF yalnız bir neçə sahə ilə məhdudlaşmamalı, geniş sektoral və regional portfel formalaşdırmalıdır. Bu, fondun həm təsir dairəsini, həm də dayanıqlığını artıracaq. Əlbəttə ki, beynəlxalq reytinq agentliklərinin qiymətləndirmələri də mütləqdir. Çünki qlobal təcrübə göstərir ki, bu reytinqlər fondun etibarlılığını artırır və beynəlxalq sərmayələri cəlb edir:

"Digər bir vacib məsələ isə idarəetmə və hüquqi baza ilə bağlıdır. Çünki, bu ən azı maliyyə dayanıqlığı qədər əhəmiyyətlidir. Şəffaf və beynəlxalq standartlara uyğun idarəetmə olmadan fondun uğurlu gələcəyi mümkün deyil. Bu məqsədlə, hüquqi baza əvvəlcədən formalaşdırılmalı və beynəlxalq səviyyədə tanınmalıdır. Ümumiyyətlə isə türk dövlətlərinin coğrafi mövqeyi - Şərqlə Qərbin kəsişməsində yerləşməsi, zəngin enerji resursları və nəqliyyat dəhlizlərinin potensialı TİF üçün əvəzolunmaz imkanlar yaradır. Xüsusilə bölgədə müasir logistik mərkəzlərin, rəqəmsal nəqliyyat platformalarının və azad iqtisadi zonaların inkişafı vacib investisiya istiqamətləridir. Bu sahələr Türk dövlətlərinin potensialını daha da üzə çıxaracaq. Bu fondun perspektivlərə dair təkliflərimə gəlincə, TİF-in kapital artımı üçün üzv dövlətlərin əlavə öhdəliklər götürməsi və özəl sektor tərəfdaşlığı modellərinin təşviqi vacibdir. Hüquqi və monitorinq sistemi yaradılaraq, şəffaflıq və hesabatlılıq təmin olunmalıdır. Regional və sektoral balanslı investisiya portfeli hazırlanmalı, beynəlxalq reytinq agentlikləri ilə əməkdaşlığa start verilməlidir. Eyni zamanda, nəqliyyat və logistika, bərpa olunan enerji və rəqəmsal infrastruktur kimi sahələrə xüsusi diqqət ayrılmalıdır.

Vahid valyuta ilə bağlı qeyd etmək istəyirəm ki, indiki mərhələdə bu, mümkün deyil. Çünki müxtəlif dövlətlərin vahid valyutaya keçməsi üçün, hər şeydən əvvəl, onların inkişaf səviyyəsi demək olar ki, eyni olmalı, maliyyə-bank sektoru isə dərin inteqrasiya prosesini keçməlidir. Son illərdə Türk dövlətləri bir-birinə çox yaxınlaşıblar, amma bu yaxınlaşma vahid valyuta rejimi üçün tələb olunan səviyyəyə çatmayıb. Bu ölkələrin inkişaf səviyyəsi, milli valyutalarının möhkəmliyi, eləcə də iqtisadiyyatlarının dayanıqlılığı və sabitliyi çox fərqlidir. Avropa İttifaqının təcrübəsi buna əyani sübutdur.  Onlar vahid valyutaya keçmək üçün 40 ildən çox vaxt sərf etdilər. Bu səbəbdən, vahid valyuta mövzusunu indi gündəmə gətirmək, məncə, hələ tezdir".

Asya Son.az

Qardaşı Dəryanın ölümündən danışdı  tələbə deyilmiş... like
  • 10 İyn 21:46  
Digərləri Qardaşı Dəryanın ölümündən danışdı tələbə deyilmiş...

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Bakıda 20 yaşlı Dərya Namiz

arrow Ətraflı
Azərbaycanlı aktrisanın toyudur like
  • 10 İyn 21:43  
Şou-biznes Azərbaycanlı aktrisanın toyudur

Tanınmış aktrisa Ləman Mərrihlə rejissor Emil Abdullayevin qız toyu keçi

arrow Ətraflı
Paltar asmaq istədi  3cü mərtəbədən yıxıldı like
  • 10 İyn 21:26  
Digərləri Paltar asmaq istədi 3cü mərtəbədən yıxıldı

Bərdədə 50 yaşlı qadın eyvandan paltar asmaq istəyərkən 3-cü mərtəb�

arrow Ətraflı
“102”yə əsassız zənglər etdi, həbs olundu like
  • 10 İyn 21:10  
Kriminal “102”yə əsassız zənglər etdi, həbs olundu

Masallıda sərxoş kişi öz başına iş açıb.

arrow Ətraflı
Azərbaycanlı zəvvarları daşıyan təyyarə İrana təcili ENİŞ ETDİ like
  • 10 İyn 20:55  
Digərləri Azərbaycanlı zəvvarları daşıyan təyyarə İrana təcili ENİŞ ETDİ

20:55 Azərbaycanlı zəvvarları daşıyan təyyarənin İrana təcili eniş

arrow Ətraflı
Vardanyanın məhkəməsi: zərərçəkmişlər ifadə verdi like
  • 10 İyn 20:45  
Siyasət Vardanyanın məhkəməsi: zərərçəkmişlər ifadə verdi

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əley

arrow Ətraflı
"Nənəm bacıma deyirdi ki, qızını Brilliantın yanından çək, ərə getsin" like
  • 10 İyn 20:44  
Şou-biznes "Nənəm bacıma deyirdi ki, qızını Brilliantın yanından çək, ərə getsin"

"Məni heç vaxt stilist geyindirə bilməz. Ancaq özüm geyinirəm. Buna

arrow Ətraflı
“Mən bu sənətlə qurtarmışam” deyən Rəvan Habiloğlu indi haradadır? like
  • 10 İyn 20:14  
Şou-biznes “Mən bu sənətlə qurtarmışam” deyən Rəvan Habiloğlu indi haradadır?

Bir vaxtlar səsi ilə könülləri fəth edən Rəvan Habiloğlundan uzun illə

arrow Ətraflı
Efirdə göz yaşları "sel oldu"  VİDEO like
  • 10 İyn 19:44  
Şou-biznes Efirdə göz yaşları "sel oldu" VİDEO

Müğənni Rahidə Baxışova qonaq olduğu efirdə kövrək anlar yaşayıb.

arrow Ətraflı
Azərbaycanın 700 bal toplayanları  116 nəfər indi harada işləyir və necə yaşayır?  ARAŞDIRMA like
  • 10 İyn 19:30  
Digərləri Azərbaycanın 700 bal toplayanları 116 nəfər indi harada işləyir və necə yaşayır? ARAŞDIRMA

Hər il ali məktəblərə qəbul imtahanında nə qədər abituriyentin 700 bal

arrow Ətraflı
Ən dadlı və şirəli kabab bu ət növündən alınır like
  • 10 İyn 19:14  
Digərləri Ən dadlı və şirəli kabab bu ət növündən alınır

Ləzzətli və şirəli kabab hazırlamaq üçün düzgün əti seçmək, onu ma

arrow Ətraflı
Milli Qurtuluş Günü ilə əlaqədar 3 gün iş olmayacaq like
  • 10 İyn 18:58  
Digərləri Milli Qurtuluş Günü ilə əlaqədar 3 gün iş olmayacaq

Milli Qurtuluş Günü ilə əlaqədar 3 gün iş olmayacaq.

arrow Ətraflı
"29 yaşımdan dul qalmışam, yalan deyim ki, heç kim olmayıb həyatımda?" like
  • 10 İyn 18:30  
Şou-biznes "29 yaşımdan dul qalmışam, yalan deyim ki, heç kim olmayıb həyatımda?"

Meyxanaçı-müğənni Samirə Yusifqızının açıqlaması marağa səbəb olu

arrow Ətraflı
Rusiyada təyyarə ilə əlaqə itdi like
  • 10 İyn 18:14  
Digərləri Rusiyada təyyarə ilə əlaqə itdi

Rusiyada təyyarə ilə əlaqə itib.

arrow Ətraflı
Çəkisi 29 kiloqrama düşən fenomen reanimasiyaya yerləşdirildi like
  • 10 İyn 18:00  
Şou-biznes Çəkisi 29 kiloqrama düşən fenomen reanimasiyaya yerləşdirildi

2023-cü ilin noyabrında çirkli pulların yuyulması və dələduzluq ittiham�

arrow Ətraflı