Prezident Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib FOTO


Siyasət 10 İyn 2025 14:00:00 91 0

Prezident Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib  FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov dövlətimizin başçısına yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, ümumi sahəsi 25 min kvadratmetr olan 18 mərtəbəli binada komitənin struktur bölmələrinin əməkdaşlarının yüksək səviyyədə çalışması üçün hərtərəfli şərait yaradılıb.

Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının layihə-quraşdırma işlərində maksimum səviyyədə ən müasir texnologiyalardan istifadə olunub. Bütün layihəçilər, mühəndislər və inşaatçılar Azərbaycan vətəndaşlarıdır və ölkə universitetlərinin məzunlarıdırlar.

Buradakı Hədəf Mərkəzində ölkə üzrə yük nəqliyyat vasitələrinin hərəkəti elektron xəritədə müşahidə olunur. Eyni zamanda, Xəzər dənizində gəmilərə gömrük nəzarəti və gömrük postlarına real vaxt rejimində videomüşahidə həyata keçirilir. Binada süni intellekt əsaslı risk idarəetmə sistemi və informasiya texnologiyaları infrastrukturu yaradılıb. Həmçinin burada kibertəhdidlərin kəşfiyyatı və qarşısının alınması ilə bağlı xüsusi avadanlıq yerləşdirilib. Ümumilikdə yeni binada informasiya-kommunikasiya texnologiyaları geniş tətbiq olunub. Bu sistemlər mövcud və gələcək xidmətlərin artırılmasını nəzərdə tutub.

Binanın 5-ci mərtəbəsində 1200 kvadratmetrlik asma bağ salınıb, müxtəlif növ ağac və dekorativ gül kolları əkilib. 500 kvadratmetrlik açıq sahədə əməkdaşların istirahəti və gəzintisi üçün guşə yaradılıb, kafe inşa olunub.

Binada gömrük xidməti əməkdaşlarının iş otaqlarından başqa 500 nəfərlik konfrans zalı, 17 iclas otağı, atıcılıq tiri, idman sahələri, yeməkxana, kafe var.

Dövlətimizin başçısı gömrük orqanları tərəfindən ayrı-ayrı vaxtlarda müsadirə olunmuş tarixi-mədəni əşyalardan ibarət muzeyə baxdı. Burada eramızdan əvvəl birinci minillikdən XX əsrin 50-ci illərinədək dünya ölkələrinin tarixini əhatə edən eksponatlar sərgilənir.

Qeyd edək ki, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri üzərində yerləşən, son illərdə həyata keçirilən irimiqyaslı layihələr hesabına beynəlxalq ticarətin asan və sürətli şəkildə reallaşdırılmasında ölkəmizin əhəmiyyətli rolu nəzərə alınmaqla gömrük işinin müasir səviyyədə təşkili, bu sahədə xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. Azərbaycan Prezidentinin rəhbərliyi ilə gömrük sisteminin inkişafı istiqamətində həyata keçirilən islahatlar hesabına indi ölkəmizin gömrük xidmətində ən müasir texnologiyaların, qabaqcıl təcrübənin, elmi əsaslı layihələrin, rəqəmsal həllərin tətbiqi həyata keçirilir. Reallaşdırılan qabaqcıl texnoloji həllər gömrük əməliyyatlarının asanlaşdırılması və sürətləndirilməsi, iqtisadi təhlükəsizliyin daha etibarlı təmin olunması ilə yanaşı, şəffaflığın artırılmasına, gömrük-biznes əməkdaşlığının qarşılıqlı etimad əsasında gücləndirilməsinə, xidmət səviyyəsinin yüksəldilməsinə əlavə imkanlar yaradıb.

Terrorçuluq barədə yalan məlumat verməkdə təqsirləndirilən şəxsə hökm oxunub like
  • 10 İyn 13:39  
Digərləri Terrorçuluq barədə yalan məlumat verməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən

arrow Ətraflı
Avstriyada orta məktəbə silahlı hücum: like
  • 10 İyn 13:38  
Dünya Avstriyada orta məktəbə silahlı hücum:

Avstriyanın cənubunda yerləşən Qrats şəhərində orta məktəbdə silahl�

arrow Ətraflı
Xaricdə iş tələləri – Vətəndaşlar necə aldadılır? like
  • 10 İyn 13:30  
Digərləri Xaricdə iş tələləri – Vətəndaşlar necə aldadılır?

Tez-tez qarşımıza xaricdə iş təklif edən şirkətlərin elanları çıxı

arrow Ətraflı
Paşinyan yeni katolikos seçkisinə hazırlıq elan etdi like
  • 10 İyn 13:22  
Dünya Paşinyan yeni katolikos seçkisinə hazırlıq elan etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsinin ardıcıl

arrow Ətraflı
"1 qəpiklik olmayan mahnılarımla bilirsən, nə qədər pul işləmisən?" like
  • 10 İyn 13:11  
Şou-biznes "1 qəpiklik olmayan mahnılarımla bilirsən, nə qədər pul işləmisən?"

Xəbər verdiyimiz kimi, klarenet ifaçısı Hüseyn Məhəmmədoğlu ilə meyxa

arrow Ətraflı
Akademik Mustafa Topçubaşovun 130 illiyi qeyd ediləcək like
  • 10 İyn 13:10  
Siyasət Akademik Mustafa Topçubaşovun 130 illiyi qeyd ediləcək

Akademik Mustafa Topçubaşovun 130 illiyi qeyd ediləcək.

arrow Ətraflı
Azərbaycanda mobil operatorların tarifləri kəskin artırmasına RƏSMİ REAKSİYA like
  • 10 İyn 13:00  
Digərləri Azərbaycanda mobil operatorların tarifləri kəskin artırmasına RƏSMİ REAKSİYA

Son günlər ölkənin iki böyük mobil operatoru - "Azercell" və &q

arrow Ətraflı
Hazırda Azərbaycanda qızılcaya yoluxma var? like
  • 10 İyn 12:54  
Digərləri Hazırda Azərbaycanda qızılcaya yoluxma var?

Hazırda Azərbaycanda qızılca xəstəliyi qeydə alınmır.

arrow Ətraflı
İranda xəstəxana binasında güclü yanğın  VİDEO like
  • 10 İyn 12:52  
Dünya İranda xəstəxana binasında güclü yanğın VİDEO

İranda xəstəxananın inzibati binasında yanğın baş verib.

arrow Ətraflı
Sabah 36 dərəcə isti olacaq like
  • 10 İyn 12:49  
Digərləri Sabah 36 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca

arrow Ətraflı
"Ətir seçərkən bu 5 notdan qaçın"  Mütəxəsisdən XƏBƏRDARLIQ like
  • 10 İyn 12:45  
Digərləri "Ətir seçərkən bu 5 notdan qaçın" Mütəxəsisdən XƏBƏRDARLIQ

"Ətir yalnız qoxu deyil, o bir davranış biçimidir. Özünəinam hissin

arrow Ətraflı
ŞAD XƏBƏR  Müavinətlər yenidən artırılır like
  • 10 İyn 12:37  
Digərləri ŞAD XƏBƏR Müavinətlər yenidən artırılır

Azərbaycanda bir sıra sosial müavinətlərin artırılması məsələsi həl�

arrow Ətraflı
Tarixin ən dağıdıcı epidemiyası: "Qara ölüm"  30 milyondan çox insan niyə öldü? like
  • 10 İyn 12:26  
Digərləri Tarixin ən dağıdıcı epidemiyası: "Qara ölüm" 30 milyondan çox insan niyə öldü?

Əsrlər boyu, xüsusilə Avropada olmaqla, dünyanı bürüyən və 30-40 milyo

arrow Ətraflı
Tiktoker "Bəniz" ev dustaqlığına buraxılmadı like
  • 10 İyn 12:15  
Digərləri Tiktoker "Bəniz" ev dustaqlığına buraxılmadı

Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən tiktoker Aybəniz Xə

arrow Ətraflı
Müdafiə Nazirliyi əhalini təşvişə düşməməyə çağırdı like
  • 10 İyn 12:08  
Digərləri Müdafiə Nazirliyi əhalini təşvişə düşməməyə çağırdı

Pirəkəşküldə istismar müddəti başa çatmış və istifadəyə yararsız

arrow Ətraflı