Rusiya türk dövlətinə hücuma hazırlaşır?


Siyasət 07 İyn 2025 14:45:00 77 0

Rusiya türk dövlətinə hücuma hazırlaşır?

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın növbəti hədəfinin Qazaxıstan ola biləcəyini söyləmişdi. Bu açıqlamadan çox keçməmiş Qazaxıstan səmasında Rusiyaya məxsus "Oreşnik" raketinin görüntülənməsi xəbərləri yayıldı. Bu hadisə Rusiyanın Qazaxıstana hərbi hücuma başlamaq niyyətində olduğuna dair suallar doğurub.

Bu xəbəri də oxu: Kaş zibilə düşərdik...

Politoloq İlyas Hüseynov metbuat.az-a açıqlamasında bildirib ki, Zelenskinin Rusiyanın növbəti hədəfinin Qazaxıstan olacağını qeyd etməsi səbəbsiz deyil:

"Çünki Rusiyanın daxilində müxtəlif imperialist mövqelər mövcuddur və xüsusilə hazırkı dövrdə bu ideyaları reallaşdırmaq üçün bəzi strateqlər düşünür ki, münbit şərait yaranıb. Dünyada baş verən proseslər fonunda yeni dünya nizamının formalaşması zamanı Rusiya öz imperiya maraqlarını təmin etmək üçün aqressiv davranış sərgiləyə bilər. Bu baxımdan Ukraynadan sonra Qazaxıstanın hədəf seçilməsi ilə bağlı proqnozlar əvvəldən var idi və artıq bunun bəzi işartıları da görünməkdədir".

İ.Hüseynov Qazaxıstanda hazırda vəziyyətin fərqli olduğunu hesab edir:

"Baxmayaraq ki, bir neçə il öncə dövlət çevrilişinə cəhd həyata keçirilmişdi və sonrasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvləri bu qiyamı yatırmaq üçün ölkəyə hərbi kontingent göndərmişdi. Ardınca KTMT qüvvələri Qazaxıstanı tərk etdi. Burada xüsusilə Çinin mövqeyi həlledici oldu və bir çox fikirlər bundan ibarətdir ki, Çinin bu məsələdəki mövqeyinin ifadəsindən sonra KTMT qüvvələrinin Qazaxıstanı tərk etməsi baş verdi".

Politoloqun sözlərinə görə, Qazaxıstan üzərində Rusiyanın dominant olması, hərbi güc tətbiq etməsi mümkün olmayacaq:

"Ona görə ki artıq Qazaxıstanda formalaşmış dövlətçilik ənənələri mövcuddur. Həmçinin qonşu dövlətlərin region üzərində maraqları və təhlükəsizlik sisteminin formalaşması prosesi də gedir. Məsələn, Türkiyənin və Mərkəzi Asiyanın türkdilli dövlətlərinin Qazaxıstanla tez-tez birgə hərbi təlimlər keçirməsi bu ölkənin infrastruktur layihələrinin mühafizəsi baxımından əhəmiyyətlidir. Eyni zamanda bu təlimlər müstəqilliyin, ərazi bütövlüyünün və suverenliyin təminatı baxımından da diqqət çəkir. Bu baxımdan, əlbəttə ki, Rusiyanın Qazaxıstana qarşı güc tətbiq etməsi arzuolunmaz bir ssenaridir. Mən bunun baş verəcəyini istisna edir və eləcə də bunu arzuolunmaz bir addım hesab edirəm. Amma hər şey mümkündür".

İ.Hüseynov qeyd edib ki, Qazaxıstan öz müdafiəsini və təhlükəsizliyini preventiv tədbirlər vasitəsilə ən yüksək səviyyədə təmin etməlidir:

"Çünki Qazaxıstan bizə dost Türk Dövlətləri Təşkilatında həmrəy tərəfdaşdır və Vətən müharibəsində də Azərbaycana açıq şəkildə dəstək vermiş bir dövlətdir. Bütün məsələlər, əlbəttə ki, sülh, danışıqlar və dinc yolla həll olunmalıdır və mən ümid edirəm ki, belə də olacaqdır".

17 il əvvəl vəfat edən mayora şəhid adı veriləcək like
  • 07 İyn 14:34  
Digərləri 17 il əvvəl vəfat edən mayora şəhid adı veriləcək

Gəncə İnzibati Məhkəməsi 2008-ci ildə həyatını itirən mayor Abbasov R

arrow Ətraflı
Cəlilabadda maşın kanala aşıb, 5 nəfər xəsarət alıb like
  • 07 İyn 14:17  
Digərləri Cəlilabadda maşın kanala aşıb, 5 nəfər xəsarət alıb

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib, 5 nəfər xəsarət alıb.

arrow Ətraflı
Kaş zibilə düşərdik... like
  • 07 İyn 14:11  
Siyasət Kaş zibilə düşərdik...

Dünən qəti şəkildə əmin oldum ki, bu dünyada xoşbəxtlik hissi təkcə

arrow Ətraflı
Saç tökülməsinə qarşı iki təbii vasitə tapıldı like
  • 07 İyn 13:58  
Digərləri Saç tökülməsinə qarşı iki təbii vasitə tapıldı

Yaponiyanın "Rohto Pharmaceutical Co" dərman şirkətinin alimləri

arrow Ətraflı
Yayda ətir necə seçilməlidir? – Tanınmış əttardan TÖVSİYƏLƏR like
  • 07 İyn 13:46  
Digərləri Yayda ətir necə seçilməlidir? – Tanınmış əttardan TÖVSİYƏLƏR

"Yay aylarında təravət və zəriflik insanın tək geyimində deyil, ist

arrow Ətraflı
NATOa məxsus mərkəzdə Azərbaycan bayrağı qaldırıldı like
  • 07 İyn 13:36  
Siyasət NATOa məxsus mərkəzdə Azərbaycan bayrağı qaldırıldı

Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən Şimali Atlantik

arrow Ətraflı
“Bağışlayın, görmədim” artıq keçməyəcək  Süni intellektli radarlar dövrü başladı like
  • 07 İyn 13:33  
Digərləri “Bağışlayın, görmədim” artıq keçməyəcək Süni intellektli radarlar dövrü başladı

Türkiyədə süni intellektlə təchiz olunmuş radarlar rəsmi olaraq istifad�

arrow Ətraflı
ATƏTdə erməni şousu: məqsəd bəlli, niyyət məkrli like
  • 07 İyn 13:16  
Siyasət ATƏTdə erməni şousu: məqsəd bəlli, niyyət məkrli

2025-ci il iyunun 4-dən 6-dək Varşavada keçirilmiş ATƏT-in Demokratik Təs

arrow Ətraflı
Konservləşdirilmiş qidalarda nələrə fikir vermək lazımdır? like
  • 07 İyn 13:00  
Digərləri Konservləşdirilmiş qidalarda nələrə fikir vermək lazımdır?

Bir qisim insanlar konservləşdirilmiş məhsulları istehlak etmeyi sevir.

arrow Ətraflı
Bu ziyarətgaha gedənlərə şad xəbər like
  • 07 İyn 12:46  
Digərləri Bu ziyarətgaha gedənlərə şad xəbər

"Əshabi-Kəhf" Ziyarətgah Kompleksində yeni tikinti işləri aparı

arrow Ətraflı
2 800 abonent qazsız qalacaq like
  • 07 İyn 12:35  
Digərləri 2 800 abonent qazsız qalacaq

İyunun 10-da Masallı rayonunun bir neçə kəndində təbii qazın verilişind

arrow Ətraflı
Tovuzda müəllim valideynlərdən qızıl tələb edib?  Araşdırma BAŞLADI like
  • 07 İyn 12:24  
Digərləri Tovuzda müəllim valideynlərdən qızıl tələb edib? Araşdırma BAŞLADI

Tovuzda orta məktəb müəlliminə məxsus olduğu iddia edilən qalmaqallı g�

arrow Ətraflı
“TikTok”da səhifəyə kredit üçün yazdı, öz pulundan da oldu like
  • 07 İyn 12:16  
Digərləri “TikTok”da səhifəyə kredit üçün yazdı, öz pulundan da oldu

10 min manat kredit götürmək istəyən vətəndaş öz pulundan da olub.

arrow Ətraflı
Sabah yağış yağacaq, şimşək çaxacaq like
  • 07 İyn 12:13  
Digərləri Sabah yağış yağacaq, şimşək çaxacaq

İyunun 8-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir  FOTO like
  • 07 İyn 12:03  
Digərləri Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi

arrow Ətraflı