Kamaləddin Qafarov: “Azərbaycanın yaşıl enerji siyasəti ölkənin əsas prioritetlərindən biridir”


Digərləri 06 İyn 2025 11:00:00 93 0

Kamaləddin Qafarov: “Azərbaycanın yaşıl enerji siyasəti ölkənin əsas prioritetlərindən biridir”

"İyunun 2-də paytaxtımızda start götürmüş Bakı Enerji Həftəsi  çoxdandır təkcə regional anlamda deyil, eləcə də qlobal miqyasda enerji sahəsində ən önəmli beynəlxalq platformalardan biri hesab olunur".

Bu xəbəri də oxu: Şamaxıda zəlzələ olub

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, qeyd edib ki, tədbir çərçivəsində 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi - "Caspian Oil and Gas", 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi - "Caspian Power" və 30-cu Yubiley "Baku Energy Forum"un rəsmi açılış mərasimi keçirilib. "Mərasimdə çıxış edən  Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, "Bakı Enerji Həftəsi" öz zəngin ənənəsinə və innovasiyaya açıqlıq prinsipinə sadiq qalaraq beynəlxalq dialoqun dərinləşməsinə, yeni tərəfdaşlıqlar qurulmasına və faydalı əməkdaşlığın inkişafına mühüm töhfələr verəcək. Dövlət başçımızın çıxışında qeyd olunduğu kimi, "Bakı Enerji Həftəsi" Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə bünövrəsi qoyulmuş "Caspian Oil & Gas" sərgisinin məntiqi davamı kimi formalaşıb və bu gün artıq enerji sahəsində nüfuzlu beynəlxalq hadisəyə çevrilib."       

Deputat fikirlərini davam etdirərək ölkəmizin yaşıl enerji gündəliyi ilə bağlı cənab Prezident İlham Əliyevin çıxışında yer almış açıqlamaların əhəmiyyətini vurğulayıb: "Cənab Prezident öz çıxışında bir daha xatırlatdı ki, uğurlu strateji yanaşmalar enerji sektorunda Azərbaycanın davamlı inkişafı üçün yeni imkanlar yaradır. Bu kontekstdən yanaşdıqda, təbii ki, ölkənin işğaldan azad olunmuş ərazilərinin "yaşıl enerji" zonası kimi inkişaf etdirilməsinin də  dayanıqlı enerji strategiyasının əsas istiqaməti olduğunu görmək olar. Təsadüfi deyil ki, enerji təhlükəsizliyinin gücləndirilməsi, enerji təchizatının şaxələndirilməsi və yaşıl enerji üzrə davamlı inkişaf bu gün ölkəmizin əsas prioritetləri kimi müəyyən edilib. Bu gün Avropanın enerji təhlükəsizliyində ən önəmli və aparıcı rolu hələ də məhz təbii qaz təchizatı oynayır. Buna görə də Azərbaycanın bu qitədə enerji daşıyıcıları sahəsində fəaliyyətini genişləndirməsi həm ölkəmiz, həm də tərəfdaşlarımız üçün zəruridir. Əbəs yerə deyil ki, hazırda enerji təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan qazına ehtiyacı olan bir sıra dövlətlərlə də fəal danışıqlar aparılır. Buna baxmayaraq, ölkəmizin yaşıl enerji gündəliyi də kifayət qədər genişdir. Dövlətimizin başçısının dediyi kimi, Azərbaycan neft və qaz ölkəsi olmaqla yanaşı, investorlarla bərabər məhz yaşıl enerjiyə sərmayə qoyur və bu da dövlətimizin məsuliyyətini nümayiş etdirir".

Uşaqlarının gözü önündə analarını öldürdü like
  • 06 İyn 10:55  
Digərləri Uşaqlarının gözü önündə analarını öldürdü

Şəkinin Cəyirli kəndində 34 yaşlı Zəhra Əliyeva atasının evində qət

arrow Ətraflı
Bu gün bu avtobuslar pulsuz olacaq like
  • 06 İyn 10:40  
Digərləri Bu gün bu avtobuslar pulsuz olacaq

Bu gün "Sea Breeze"də baş tutacaq "Yay musiqi mövsümü"

arrow Ətraflı
Kürü istehsalında rekord artım: Hamı dada biləcək? like
  • 06 İyn 10:34  
Digərləri Kürü istehsalında rekord artım: Hamı dada biləcək?

2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda 529 kiloqram nərə bal

arrow Ətraflı
Paşinyan katolikosa qarşı: seçkidən öncə son döyüş like
  • 06 İyn 10:33  
Siyasət Paşinyan katolikosa qarşı: seçkidən öncə son döyüş

Ermənistan siyasətində yenidən ağır bir gurultu səsləri eşidilir: baş

arrow Ətraflı
Leyla Əliyevanın təşəbbüsü ilə Yevlaxda ailələrə qurban payları çatdırılıb  FOTO like
  • 06 İyn 10:17  
Digərləri Leyla Əliyevanın təşəbbüsü ilə Yevlaxda ailələrə qurban payları çatdırılıb FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi

arrow Ətraflı
Bir sıra bələdiyyə torpaqları satışa çıxarılır  SİYAHI like
  • 06 İyn 10:05  
Digərləri Bir sıra bələdiyyə torpaqları satışa çıxarılır SİYAHI

Azərbaycanın bir sıra rayonlarda daha bir neçə bələdiyyələrə məxsus m

arrow Ətraflı
"Bu məni maraqlandırmır"  QMİ sədri like
  • 06 İyn 09:56  
Digərləri "Bu məni maraqlandırmır" QMİ sədri

Ermənilərin İrəvan Qazılığının bərpası ilə bağlı münasibəti bizi

arrow Ətraflı
“Fənərləri sınmış küçələr”in aktyoru vəfat etdi like
  • 06 İyn 09:30  
Şou-biznes “Fənərləri sınmış küçələr”in aktyoru vəfat etdi

Rusiyanın tanınmış aktyoru Konstantin Şelestun 50 yaşında vəfat edib.

arrow Ətraflı
Şamaxıda zəlzələ olub like
  • 06 İyn 09:22  
Digərləri Şamaxıda zəlzələ olub

İyunun 6-da Şamaxıda zəlzələ baş verib.

arrow Ətraflı
Təzəpir məscidində bayram namazı qılındı like
  • 06 İyn 09:10  
Digərləri Təzəpir məscidində bayram namazı qılındı

Bakıda Təzəpir məscidində Qurban Bayramının namazı qılınıb.

arrow Ətraflı
Tanınmış aktrisanı gənə dişlədi, xəstəxanaya yatırıldı  FOTO like
  • 06 İyn 09:00  
Şou-biznes Tanınmış aktrisanı gənə dişlədi, xəstəxanaya yatırıldı FOTO

Aktrisa Pelin Akilin qolunu gənə dişləyib, o isə paraziti özü çıxarmağ

arrow Ətraflı
Mehriban Əliyeva Qurban Bayramı münasibətilə paylaşım edib  FOTO like
  • 06 İyn 08:36  
Siyasət Mehriban Əliyeva Qurban Bayramı münasibətilə paylaşım edib FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" hesabınd

arrow Ətraflı