Bakıdan Qazaxa qatarla gedə biləcəyik
Digərləri 05 İyn 2025 17:00:00 81 0
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin məmnuniyyətinin təmin edilməsi məqsədilə iyunun 15-dən Bakı-Ağstafa-Bakı istiqamətində hərəkət edən sürətli qatarların marşrutunu Qazax stansiyasına qədər uzadacaq.
Bu xəbəri də oxu: Saçları isti su ilə yumaq düşündüyünüzdən daha zərərlidir
ADY-dən Son.az-a verilən məlumata görə, bilet satışına 15 iyun tarixindən start veriləcək və Bakı-Qazax-Bakı marşrutu üzrə ilk dəfə "Stadler Rail Group" şirkətinin istehsalı olan birmərtəbəli müasir qatarlar hərəkət edəcək.
Sərnişinlər Bakıdan Qazaxa 2019-cu ilin dekabr ayınadək fəaliyyət göstərən qatarla 8 saat 25 dəqiqəyə çatdırılırdısa, artıq bu məsafə 5 saat 36 dəqiqəyə qət olunacaq.
Hərəkət cədvəlinə gəlincə, sürətli sərnişin qatarları hər gün saat 08:00 və 18:00-da Bakıdan Qazaxa yola düşərək müvafiq olaraq saat 13:36 və 23:36-da mənzil başına çatacaq. Qazax-Bakı istiqaməti üzrə isə qatarlar hər gün saat 08:00 və 16:20-də yola düşərək Bakı Dəmiryol Vağzalına saat 13:29 və 21:49-da çatacaq.
Marşrut üzrə dinamik qiymət siyasəti tətbiq olunacaq və Bakıdan Qazaxa kimi bir istiqamətə standart sinif yerlərə minimum gediş haqqı 16.20 AZN təşkil edəcək.
Biletləri dəmiryol kassalarından, "ADY Mobile" tətbiqindən və ya ADY-nin rəsmi saytından (//ticket.ady.az) əldə etmək mümkündür.
ABŞ-nin Kiyevdəki səfirliyi son günlər Rusiya tərəfindən Ukraynaya qarş

"Ermənistanın baş naziri Nikol Paşinyanın kilsəyə qarşı sərt rito

ABŞ-nin Miçiqan ştatında yaşayan bir cütlük evliliklərinin 25-ci ildön�

Beynəlxalq Muğam Mərkəzində "Muğamat axşamı" konsertində Əm�

Xalq artisti Niyameddin Musayev yeni videosu ilə diqqət çəkib.

Dünyanın aparıcı elektron ticarət platformalarından biri və Türkiyənin

Pasiyentinin çılpaq videosunu paylaşan həkim barədə Səhiyyə Nazirliyinin

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və O

Hindistanın Banqalor şəhərində kriket komandası "Royal Challengers Be

Bakı və Abşeron yarımadasında iyunun 6-sı səhərdən 7-si gündüzədək

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası H�

Azərbaycanda mədəni sərvətlərə vahid qaydada pasport veriləcək.

Son günlər müxtəlif tanınmış şəxslərin ölkədən çıxışına qadağ
