Prezidentin köməkçisi Yaponiyanın Baş nazirinin müşaviri ilə görüşdü FOTO
Siyasət 04 İyn 2025 12:14:00 81 0
Yaponiyada səfərdə olan Azərbaycan Prezidentinin köməkçisi, ölkəmizin "Ekspo 2025" üzrə baş komissarı Anar Ələkbərov Yaponiyanın Baş nazirinin müşaviri Akihisa Naqaşima ilə görüşüb.
Bu xəbəri də oxu: Azərbaycanda mədəni sərvətlərə vahid qaydada pasport veriləcək
Trend xəbər verir ki, görüşdə Azərbaycan-Yaponiya arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq məsələləri və birgə layihələr müzakirə olunub.
Baş nazirin müşaviri Akihisa Naqaşima ölkələrimizin energetika, neft-qaz sahəsində əməkdaşlığının yüksək templə inkişaf etdiyini, bərpaolunan enerji sahəsində əməkdaşlığın böyük perspektivlərinin olduğunu deyib. O, Azərbaycanın Osakada keçirilən "Ekspo 2025"də fəal iştirakına görə təşəkkür edib, sərgidəki milli pavilyonun Azərbaycanın zəngin mədəni irsini nümayiş etdirdiyini deyib.
Anar Ələkbərov Azərbaycan Prezidentinin Yaponiya ilə əlaqərin inkişafına böyük önəm verdiyini bildirib, müxtəlif sahələrdə əməkdaşlıq üçün ölkələrimizin geniş potensialının olduğunu qeyd edib. O, işğaldan azad olunan bölgələrdə aparılan bərpa-quruculuq işlərindən söz açaraq, yapon şirkətlərini də bu layihələrdə fəal iştiraka dəvət edib.
Xalqlarımız arasında dostluğun dərinləşdirilməsi istiqamətində humanitar-mədəni tədbirlərin əhəmiyyəti vurğulanıb, o cümlədən paytaxt Tokioda və Osakada Azərbaycan milli gününün keçiriləcəyini diqqətə çatdırıb. Azərbaycan milli pavilyonunun builki dünya sərgisinin ən çox ziyarət edilənləri sırasında olduğu və "Osaka 2025" sərgisinin ən gözəl 10 pavilyonu sırasına daxil edildiyi bildirilib.
Ermənistanda Qərbi Nil qızdırmasının laboratoriya tərəfindən təsdiqlə

Tayvanda kamera qarşısında kosmetik məhsullar yeyən bloger ölüb.

Qurban bayramına az qaldığı üçün hər kəs qurbanlıqların qiyməti ilə

Abşeron rayonu Məhəmmədi kəndində yerləşən göldə balıqların kütlə

Bəzən həyat bizi sınayır. Çətinliklər, maneələr və gözlənilməz dö

İstanbulun Arnavutköy səmtində bir qrup gənc quş oğrularını yaxalayara

Ermənistan indi sanki əyalət teatrıdır: dramatik səhnələr, farslar və f

Xalid Tağı-zadə mübahisəli bəyanatından sonra vəzifəsini itirib

Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzi

Azərbaycanda 2025-ci ilin ötən dövrü ərzində (yanvar-may aylarında) uşa

İyunun 3-də Audiovizual Şuranın növbəti iclası keçirilib. İclas tikilm�

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavin təyi

"Telegram" mesenceri növbəti yenilənmənin təfərrüatını təqdi
