İsmayıllıda sirli partlayış səsləri eşidildi
Digərləri 03 İyn 2025 21:41:00 120 0
İsmayıllının Lahıc kəndində "Diz Əli" adlanan ərazidə və Fit qalasının yaxınlığında sirli partlayış səsləri eşidildiyi iddia edilib.
Bu xəbəri də oxu: BakıQazax sürət qatarının qiyməti məlum oldu
Bu hadisə bölgədə yaşayanların diqqətini çəkib. Dediklərinə görə, ərazidə gizli qazıntı aparılıb.
"Ayın 7-də Niyalda dörd partlayış oldu. Məlumata görə, guya Cavanşirin xəzinəsi qalıb, onu axtarırlar. Daha 2 partlayış da baş verdi. Gedib gördüm ki, hər yeri dağıdıblar. Bizim abidəni dağıtmağa heç kimin haqqı yoxdur", - hadisə şahidi söyləyib.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən bildirilib ki, İsmayıllı rayonu, Lahıc qəsəbəsindən Mücü kəndi istiqamətində 5-6 kilometr məsafədə dağlıq relyefdə yerləşən Niyal qalası Nazirlər Kabinetinin 2001-ci il qərarı ilə ölkə əhəmiyyətli arxeoloji abidə kimi dövlət qeydiyyatına alınıb:
"Müraciətinizə aidiyyəti üzrə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində baxılıb.
Qeyd olunan qanun pozuntusu barədə Dövlət Xidmətinə məlumat daxil olmuş və dərhal məsələnin araşdırılması üçün aidiyyəti üzrə müraciət olunub. Məsələ ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunda istintaq aparılır. İstintaq işləri başa çatdıqdan sonra ictimaiyyətə açıqlama veriləcək". (baku.tv) Son.az
Satış məqsədi olmadan narkotik vasitə saxlama ittihamı ilə həbs edimiş

Bu ilin yanvar-mart aylarında Azərbaycanda nəqliyyat sektorunda çalışan i�

"Məşhur olmaq istəyən ya mənim, ya da qızımın yanına gəlsin"

"Mətanət hegemon idi, sözünü deyirdi. İndiyənə kimi mən var idim,

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əley

Jurnalist Karli Kassella "ScienceAlert" beynəlxalq jurnalında Xəzə

Milli Məclisin sonuncu plenar iclasında sənədsiz evlərlə bağlı problem y

Rusiya atəşkəsə yenə razılaşmayıb. Kreml liderlər arasındakı görüş

Bir küsüb, bir barışan duet ortaqları Nəfəs və Aqşin Fateh bir arada g�

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Azərbaycan Respubl

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al N

Azerbaijan Kids Festivalının finalı Sea Breeze-in ərazisində yerləşən Ni

Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin mü

Meyxanaçı Ağamirzə Məmmədov uzun müddətdir yataq xəstəsi olan həmkar�

Qurban bayramı ilə əlaqədar respublika ərazisində fəaliyyət göstərən
