META İranda yaradılan və Azərbaycan əleyhinə fəaliyyət göstərən 60 səhifəni sildi
Digərləri 03 İyn 2025 16:14:00 117 0
META ("Facebook", "Instagram") şirkəti 2025-ci ilin ilk rübünə dair "Adversial Threat" hesabatını dərc edib.
Bu xəbəri də oxu: Müəllimlərin əmək məzuniyyəti necə hesablanır? QAYDALAR
Son.az-ın APA-ya istinadən xəbərinə görə, hesabatda qeyd olunur ki, İranda yaradılan və koordinasiyalı idarə edilən profil və səhifələr müəyyən edilib və onlar şirkət tərəfindən silinib. Onlardan 17-si "Facebook" hesab-profili, 22-si "Facebook" səhifəsi və 21-i isə "Instagram" hesab-profilidir (cəmi 60).
Hesabatda qeyd olunur ki, həmin səhifələr Azərbaycan dilində fəaliyyət göstərib, hədəf kütləsi Azərbaycan və Türkiyə auditoriyası olub.
META onları silmək üçün digər sosial medialardakı fəaliyyətlərini də araşdırıb.
Məlum olub ki, həmin səhifələr öz fəaliyyətlərini gücləndirmək və populyar görünmək məqsədilə saxta izləyici sayından istifadə edib və paylaşımları aktiv göstərmək üçün çoxsaylı rəylər yazıblar.
APA-nın əldə etdiyi məlumata görə, İran Prezidentinin Azərbaycana səfəri zamanı xüsusi fəallıq göstərən və rəyləri bir-birinə oxşayan 20-dən çox profil də müəyyən edilib ki, onlarla bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) vasitəsilə META-ya şikayət göndərilmişdi.
Sənəddə silinən hesabların adları çəkilməsə də, onların məhz ETX-nin şikayəti əsasında bağlandığı aşkarlanıb.
Qeyd olunan fəaliyyətlərlə bağlı mütəmadi əsasda aidiyyəti üzrə monitorinqlər aparılır və son 1 ay ərzində İranla yanaşı, Rusiyadan da idarə edilən və Azərbaycanı hədəfə alan 4 böyük xəbər səhifənin silinməsinə nail olunub.
Türkiyəli məşhur müğənni Rafet El Roman yeni işi ilə diqqət çəkib.

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində hə

Ukrayna Təhlükəsizlik Xidməti Krım körpüsündə partlayış həyata keçi

Azərbaycan tərəfi Muctaba Dəmirçilunun İranın Azərbaycanda yeni səfir k

Azərbaycanda sərhədyanı kəndlərə "Böyük qayıdış"ı təmin

22 may 2025-ci il tarixində 20 yaşlı şəxs (kişi cinsli) ilan sancması sə

Gorus şəhərində Ermənistan və Fransa arasında əməkdaşlığa dair sayca

Meyxanaçı Orxan Lökbatanlı ilə klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu

Rusiya Ukrayna ilə münaqişənin həllinə dair təkliflərində bölgədə se

Rusiya vətəndaşı Azərbaycanda qəfildən ölüb.

Yaponiyada səfərdə olan Azərbaycan Prezidentinin köməkçisi, ölkəmizin &

Bakıda iki uşaq anasının ölümündə təqsirləndirilən həkimə hökm o

Gələn ay Azərbaycanda qadınların pensiya yaşı yenidən qalxacaq.

Keniyada keçirilən dəbdəbəli toy mərasimində inanılmaz hadisə yaşanıb
